AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Boyun disk yırtıqları
29/11/2018 Yazdır

Boyun yırtığı boyun fəqərələrinin arasındakı qığırdağın onurğa beyni kanalına doğru yer dəyişdirməsi, çıxması nəticəsində, qola gələn sinirlərə və onurğaya təzyiq etməsi ilə yaranan xəstəlikdir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Caspian İnternational Hospitalın ortoped-travmatoloqu Vüqar Quliyev məlumat verib.

Həkim deyib: “Bu xəstəli özünü başlanğıcda yüngül ağrılar və boyun tutulması ilə büruzə verir. Xəstəlik zamanı işləmək çətinləşir, hansısa yük daşımaq boyun və kürəkdə ağrılara səbəb olur. Bundan əlavə yırtıq zamanı ağrılar sadəcə boyunda deyil, təzyiqə məruz qalan sinir boyunca kürək, çiyin, qol, əl bölgələrində də olur. Ağrı əsasən gecə yuxuda artır. Bu xəstələrdə sinir üzərində olan təzyiq əllərdə, qollarda gücsüzlüyə və keyləşməyə səbəb olur.

Əşyaların tez-tez əldən düşməsi müşahidə olunur. Ani hərəkət etmədikdə və ya ağır yük qaldırmadıqda da ağrı varsa bunun səbəbi boyun disk yırtığı ola bilər. Boyun yırtığı zamanı başı sağa-sola çevirmək, arxaya əymək çətinləşir. Bu hərəkətlərin edilməsi kəskin ağrılara səbəb olur. Xəstəliyin simptomları olaraq ənsədə ağrı, başgicəllənmə, qulaqlarda səs, ürəkbulanmanı da misal çəkmək olar. Xəstəliyin irəliləməsində isə sidik və nəcisi saxlamaq çətinləşir”.

Boyun yırtığının müalicəsi haqqında məlumat verən həkim bildirib: “Boyun yırtığı müalicəsində ilk olaraq müraciət edilən üsul boyun əzələlərini gücləndirərək onurğaya düşən yükü yüngülləşdirmək üçün edilən məşqlərdir. Bu məşqlər sayəsində yırtığın irəliləməsi dayandırıla bilər. Yırtıq səbəbi ilə yaşanan kəskin ağrıları yüngülləşdirmək üçün həkim ağrıkəsici dərman təklif edə bilər. Dərmanla birlikdə boyun əzələlərini rahatladan məlhəmlərdən də istifadə etmək olar.

Əgər ağrılar dərman müalicəsi ilə azalmırsa və boyun hərəkətləri məhdudiyyətlərə davam edirsə fiziki müalicə üsulu haqqında düşünmək lazımdır. Fiziki müalicə ilə ağrıların görüldüyü bölgələr gücləndirilir və yırtığın sinirlərə etdiyi təzyiqin azaldılması hədəflənir. Bu müalicə üsulları ilə, əlamətləri nəzarət altına alına bilməyən boyun yırtığı üçün əməliyyat tələb oluna bilər. Mütəxəssislər boyun yırtığı əməliyyatını ən son müraciət ediləcək üsul olaraq görürlər”.

Vüqar Quliyev bildirib ki, mikrodiskektomiya ilə cərrahi əməliyyat zamanı boyunun ön nahiyəsində kəsik aparılır, fəqərələrin ön hissəsi əldə edildikdən, disk materialı çıxarıldıqdan sonra yerinə sümük parçasi yerləşdirilərək titan lövhə ilə fiksasiya edilir. Əməliyyatdan sonra bir neçə gün boyun korsetlə gəzmək məsləhət görülür.

 

 

 

 

 

 

 

 

 

 

 

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8109
 GBP :  2.0991
 TRY :  0.0521
 EUR/USD :  1.0652
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft