AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Urmu gölü ətrafından kütləvi köç artıb
30/01/2019 Yazdır

Urmu gölündə böhranlı vəziyyət davam etdikcə, göl ətrafında yerləşən kəndlər əhalidən boşalır.

Təbrizin millət vəkili Əhməd Əlirzabeygi parlamentin agentliyi ilə danışığında gölün ətrafında əkinçiliklə məşğul olan kəndlilərin kütləvi köç etməsi haqda ciddi xəbərdarlıq edib.

“Təəssüflər olsun ki, Urmu Gölünü Canlandırma Mərkəzinin gördüyü işlər nəinki göldə heç bir müsbət dəyişikliyə səbəb olmayıb, hətta bu mərkəz yerli əhalinin məişət və taleyini nəzərə almadan fəaliyyət göstərdiyi üçün bir sıra problemlər yaradır”- deyə o bildirib.

Millət vəkili vurğulayıb ki, Urmu gölündə suyun səviyyəsinin bir neçə santimetr qalxması yağıntılarla bağlıdır, onun Canlandırma Mərkəzinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Hər il payız və qış aylarında yağıntılarla əlaqədar göldə suyun səviyyəsi bir neçə santimetr qalxır, lakin bu müvəqqətidir, yay aylarında yenidən buxarlanır.

Azərbaycanlı millət vəkili Urmu gölü ətrafında əkinçiliklə bağlı yaranan manelərə də işarə edib: “Bölgə əhalisinin fəaliyyətinə məhdudiyyət tətbiq olunarsa, onların məişət problemləri artacaq və nəticə etibarı ilə gündəlik işlərə üz tutub və ya şəhərlərə köçməli olacaqlar. Onların əksəriyyəti qonşu əyalətlərin şəhərlərində qeyri-rəsmi yaşayış məntəqələri və şəhər həndəvərində yaşamağa məcbur qalır.”

Əhməd Əlirzabeygi əlavə edib ki, qarşıdakı ildə (hicri-şəmsi təqvimi ilə 1398-ci il) Urmu gölünün canlandırılması üçün büdcə vəsaiti nəzərdə tutulmayıb. Ayrılan büdcə vəsaiti bütün su hövzələri və gölməçələrə aiddir. Bu o deməkdir ki, gölün ayrıca büdcəsi yoxdur.

Qeyd edək ki, Urmu gölündən qalxan duz fırtınası ətraf ərazilərdəki bağ və əkin yerlərinə ciddi ziyan vurur. Urmu Gölünü Canlandırma Mərkəzi də gölü dirçəltmək bəhanəsi ilə bölgədə əkinçiliklə məşğul olan kənd əhalisinə bir çox manelər yaradır. Bütün bunlar o halda baş verir ki, hökumət əkinçilər üçün alternativ iş nəzərdə tutmayıb. Bunun nəticəsində gölün ətrafındakı kəndlər əhalidən boşalır, onlar ətraf şəhərlərə, bəzi hallarda isə İranın mərkəzi əyalətlərinə üz tutur./gunaz.tv/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft