AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» "Nəsimi ili” ilə bağlı tədbirlər planı müəyyənləşdirilib
30/01/2019 Yazdır

Şərqşünaslıq İnstitutunda "Nəsimi ili” ilə bağlı tədbirlər planı müəyyənləşdirilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ili "Nəsimi ili” elan etməsi ölkə ictimaiyyəti tərəfindən çox əlamətdar və təqdirəlayiq hadisə kimi qarşılanır.

Nəsimi irsinin tədqiqinə öz töhfələrini verən AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu da bu əlamətdar hadisə ilə bağlı öz üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırır.

Məhz bu məqsədlə institutun direktoru akademik Gövhər Baxşəliyevanın rəhbərliyi ilə iclas keçirilib.

Akademik G.Baxşəliyeva Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsini ədəbiyyatımıza verilən yüksək dəyər kimi qiymətləndirərək, bunun elmi və ədəbi ictimaiyyətimiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Bu qərar ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək, yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdıracaq. Nəsimi – böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur.

G.Baxşəliyeva bildirib ki, Nəsiminin yaradıcılığının əsas hissəsi Azərbaycan dilində olması ilə bərabər, müəyyən hissəsinin Şərq dillərindən ərəb və fars dillərində olması, bütövlükdə şairin yaradıcılığı və fəaliyyəti ümumşərq ictimai və ədəbi-fəlsəfi mühitində baş verdiyi üçün onun əsərlərinin tədqiqi şərqşünas alimlərin də üzərinə böyük vəzifələr qoyur.

Qeyd edildi ki, Nəsimi yaradıcılığının tədqiqi və tərcüməsi ilə əlaqədar institutda işçi qrupu yaradılıb. Nəsimişünas alim, f.ü.f.d. Səadət Şıxıyevanın rəhbərlik etdiyi qrupa f.ü.f.d. Günay Verdiyeva, f.ü.f.d. Mahir Həmidov, Flora Hacıyeva və Fidan Nəsirova daxil edilib.

İclasda “Nəsimi ili” ilə bağlı institutda keçiriləcək tədbirlər müzakirə edilərək müəyyənləşdirilib. Bu işlər sırasına Nəsiminin farsca divanının sətri tərcüməsinin həyata keçirilməsi və nəşri, ərəb ölkələrində Nəsimi haqqında yeganə monoqrafiya olan Əbülfəttah Rəvvas Qələçinin “Yaqut-e Hələb İmadəddin-e Nəsimi” əsərinin ərəb dilindən tərcüməsi və nəşri, Nəsiminin “Müqəddimətül-həqayiq” və “Təriqətnamə” adlı nəsr əsərlərinin transliterasiyası və nəşri, f.ü.f.d. Səadət Şıxıyevanın Nəsimi haqqında monoqrafiyasının nəşri, Nəsimi ilə əlaqədar Şərq alimlərinin elmi əhəmiyyətli məqalələrinin toplanaraq bir toplu şəklində nəşri, Nəsimi ilə əlaqədar “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” mövzusunda elmi konfransın, həmçinin şairin yaradıcılığına həsr olunmuş elmi seminarların təşkili, institutun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının Nəsimiyə həsr olunmuş xüsusi buraxılışının hazırlanıb çap olunması kimi işlər var.

İclasda həmçinin Nəsimi haqqında yeni məlumatların və dahi mütəfəkkir şairə məxsus əlyazmaların axtarılması üçün böyük əlyazma xəzinələri olan ərəb ölkələrinə, habelə Suriyanın Hələb şəhərinə elmi ekspedisiyaların təşkili zərurətindən də danışıldı.

İclasda çıxış edənlər Şərqşünaslıq İnstitutunun “Nəsimi ili”nə öz layiqli töhfəsini vermək üçün bütün kollektivin öz səylərini əsirgəməyəcəyini bildirdilər.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft