AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Uyğur türklərindən olan qadın Çin düşərgələrindəki dəhşətlərdən danışır
05/02/2019 Yazdır

Çinin Sincan vilayətində 10 milyon uyğur türkü yaşayır. BMT-nin verdiyi məlumata görə, bir milyondan çox uyğur Çin hökümətinin repressiyalarına məruz qalaraq saxlanma mərkəzlərindədir. Rəsmi Pekin bu mərkəzləri “yenidən təhsil mərkəzləri” adlandırır və istənilən insan haqları pozuntusu hallarını rədd edir. Lakin saxlanma məntəqəsindən Amerika Birləşmiş Ştatlarına (ABŞ) qədər gələn uyğur qadının da təsdiqlədiyi kimi qanun pozuntuları halları barədə məlumatlar hələ də var.

Bu qadın öz uşaqları ilə Virciniya ştatının Feyrfəks şəhərində yaşayır. Paytaxt Vaşinqtonun kənarında yerləşən bu şəhər onun bir zamanlar ölüm və ya ömürlük həbs kimi qaşılaşdığı yerlərdən minlərlə kilometr uzaqdır.

"Heç zaman ABŞ-a gələcəyimi düşünə bilməzdim, Misirə gətsəm ən azından təhlükəsizlikdə olacağımı düşünürdüm", Mihrigül Dursun sabiq düşərgə məhbusu.

Sincanda Uyğur müsəlman ailəsində anadan olan Mihrigül Dursunun arzuları olub. O, TV reklamları modeli olub, sonradan Çində bir sıra müsəlman ölkələrinə səfər etmək imkanı verən ixracat firmasına işə düzəlib. Sonradan o, işi tərk edərək, Misir universitetinə qəbul olub, ailə qurub və üçəm övladları olub. 2015-ci ildə o, anasını görmək üçün evə dönüb, onun problemləri də elə o zaman başlayıb.

"Mən Urumçi hava limanında idim, onlar məni üç uşağımdan ayırdılar, ağzımı lentlə bağlayıb, başıma torba keçirdilər. Əllərimi qandalladılar və saxlanma düşərgəsinə apardılar", Mihrigül Dursun sabiq düşərgə məhbusu.

BMT müsəlmanların bu saxlanma məntəqələrində dinlərini dəyişməyə məcbur edildiklərini bildirib. Çin rəsmiləri bunu inkar edir.

Mihrigül Çin rəsmilərinin onun casus olduğuna inandıqlarını və İslam dininindən dönmədiyi üçün işgəncələrə məruz qaldığını bildirir.

İşgəncələr zamanı artıq çox dözülməz olanda mən özümü saxlaya bilməyib, Ya Allah dedim, beləcə onlar bildilər", Mihrigül Dursun sabiq düşərgə məhbusu..

Bu təkcə fiziki işgəncə deyil, həm də psixoloji işgəncə idi.

"Onlar mənə deyirdilər: dünən anan ölüb, atan da ölüb. Qardaşın və bacın həbsdədir. Sən heç hara gedə bilməzsən. Oğlunun boynu qırılmışdı, o öldü. Qızın xəstəxanadadır, bəlkə də orda ölür. Sən də tezliklə öləcəksən”, Mihrigül Dursun sabiq düşərgə məhbusu.

O öldüyü halda uşaqlarını nə gözlədiyini dərk edib, Çin rəsmilərinə uşaqlarının Misir vətəndaşı olduğunu və onlara zərər verildiyi halda bunun böyük diplomatik qalmaqala səbəb ola biləcəyini deyib.

Çin rəsmiləri Mihrigülün uşaqlarının vətəndaşlığını müəyyən etdikdən sonra onlar uşaqları ölkədən çıxarmaq istəyib. Lakin Misir səfirliyi uşaqların anaları ilə görüşməsinə israr edib. Mehrigül Misir rəsmiləri ilə görüşdüyü zaman özünün də Misir vətəndaşı olduğunu bildirib. Bu keçən il onun "yenidən tərbiyə düşərgəsi"ndən xilas olmağa və ABŞ-a gəlməyinə səbəb olub.

"Saxlanma məntəqəsində olduğum zaman orada azadlığa çıxdıqları zaman nə edəcəklərini düşünən edən bir çox qadın var idi. Mən özümə ölənədək onların səsi olacağıma söz verdim. Onların eşidiləcəyinə əmin olmalıyam", Mihrigül Dursun sabiq düşərgə məhbusu.

Və o bunu edir. Mehrigül öz hekayəsini bölüşmək və Uyğur müsəlmanlarına dəstək qazanmaq üçün ABŞ millət vəkilləri ilə görüşüb. /Amerikanın səsi/

Videonu izləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/uy%C4%9Fur-qad%C4%B1n/4771802.html

 

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft