AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Abxaziya erməniləri Yerevanın Tbilisiyə təsir rıçaqı kimi - FAKTLAR  •   27 illik Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi  •   Çeçenistan müxalifətinin lideri Azərbaycana müraciət etdi: “Çeçenləri təxribata çəkirlər…”  •   Diaspor Komitəsindən xaricdə yaşayan azərbaycanlılarla bağlı vacib xəbər  •   Rusiyanın bu şəhərindən də Bakıya müntəzəm reyslər açılacaq  •   Paşinyan Qarabağ separatçılarının liderinin istefasını istəyir  •   Azərbaycanlı fəal Dr. Camal Musəvinəjad azadlığa buraxılıb  •   İran mediasında Taleh Bağırzadə ilə əlaqəli olaraq anti-Azərbaycan yazılar dərc edilibv  •   Türkiyənin Azərbaycanda yeni hərbi attaşesi təyin edilib  •   Azərbaycanda maraqlı tədqiqat: Uzunömürlülərin qohumları da uzunömürlü ola bilər  •   Təhlükəsizlik qüvvələri milli fəalların ev və iş yerlərinə hücum çəkib  •   Ermənilər Qarabağda yeni səngərlər qazmağa başladılar   •   Şahin Bərzgərin şagirdləri onun azadlığa buraxılmasını tələb edir - Foto  •   Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür  •   Hulusi Kılıç: “1915-ci ildə Makronun heç dədəsi də dünyada deyildi”   •   Azərbaycanda axtarışda olan 22 nəfər saxlanılıb  •   Sarksiyan istintaqda 5 saat dindirildi  •   "Formula 1" daha 3 il Azərbaycanda keçiriləcə  •   Uyğur türklərindən olan qadın Çin düşərgələrindəki dəhşətlərdən danışır  •   Cəmiyyət sədrindən Dövlət Sosial Müdafiə Fonduna ziyarət  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İran mediasında Taleh Bağırzadə ilə əlaqəli olaraq anti-Azərbaycan yazılar dərc edilibv
12/02/2019 Yazdır

İranın “Arannews”, “Dana”, “Farsnews”, “Shia-news”, və “Qafqaz” kimi informasiya resurslarında Azərbaycan Respublikasına qarşı “Azərbaycan Respublikasının Qobustan həbsxanasında nə baş verir” başlıqlı yazılar dərc edilib.

Mətnləri eyni olan məqalələrdə qeyd edilən agentliklər Azərbaycan daxilində bəzi anti-Azərbaycan qüvvələr tərəfindən Taleh Bağırzadə və onun tərəfdarlarının guya həbsxanada “fiziki və psixoloji təzyiqlərə məruz qaldığı” ilə bağlı yayılmış və heç bir əsası olmayan məlumatları dərc ediblər. Hansı ki, bu iddialar öz əksini tapmayıb və qeyd edilən şəxslərin öz məhkumluq dövrlərini Azərbaycan Respublikasının qanunları çərçivəsində keçirdikləri bildirilir.

Agentliklər məqalədə Taleh Bağırzadəni “siyasi” və “vicdan məhbusu” kimi təqdim etməyə çalışaraq, onun  “rüşvətxorluğa qarşı mübarizə aparmaq, imam Hüseyn əzadarlığı, Allahın əmri olan hicabı müdafiə etmək və onu yaymaq” və s. bu kimi digər amillərə görə həbs edildiyini iddia ediblər.

Halbuki Taleh Bağırzadə və ona yaxın şəxslər Azərbaycanın konstitusiya quruluşunu zorla dəyişmək və dini dövlət qurmaq, bu istiqamətdə silah və partlayıcı maddələr əldə etməklə ölkədə terror aktları törətməyə cəhd etdikləri üçün həbs ediliblər. Azərbaycan hüquq-mühafizə orqanlarının 2015-ci ildə Nardaranda bu radikal dini qruplaşmaya qarşı keçirdiyi əməliyyat nəticəsində isə 2 polis islamçıların odlu silahdan açdığı atəş nəticəsində həlak olmuşdular.  Bu isə bir daha Taleh Bağırzadənin Azərbaycan Respublikası ərazisində şəriət dövləti yaratmaq istiqamətində silahlı müqavimətə hazırlaşdığını bir daha nümayiş etdirirdi.

İran media orqanları məqalə içərisində Azərbaycanın konstitusiya quruluşuna da işarə edirlər və bildirirlər ki, “əslində tarixən şiəliyə əsaslanan zəngin mədəniyyət və tarixi olan Azərbaycan kimi ölkələrdə bu kimi addımlar (Taleh Bağırzadənin fəaliyyətləri-red.) milli təhlükəsizlik əleyhinə hesab edilə bilməz, əksinə, tam olaraq milli təhlükəsizliyə xidmət edir, əgər bu ölkənin hakimiyyəti öz mənfəətini xalqın dini və tarixi maraqlarına zidd olaraq müəyyən etməsə”.

Burada İran mediasının hədəfi Azərbaycanın konstitusiyada sekulyar dövlət kimi nəzərdə tutulmasıdır. Agentliklər bununla ölkənin konstitusiyon quruluşuna müdaxilə edərək, əslində Azərbaycanda “şiə mərkəzli dini dövlət”in qurulmasının “daha doğru” olduğu fikrini təlqin edirlər.  

Yazıda həmçinin Azərbaycan xalqı da təhqir edilir, xalqın sekulyar həyat tərzi “yüngül həyat tərzi” kimi qələmə verilir. Belə ki, qeyd edilir ki, “rəqs etmək, spirtli içki qəbul etmək, eyş- işrətlə məşğul olmaq, eləcə də məst müğənniyə 100 dəfə qulaq asmağın əksinə olaraq, Allahdan, hicabdan, Allahın qayda- qanunlarından, Məhəmməd peyğəmdər və Fatimə Zəhra və imamlardan danışan insanlara diqqət ayrılmalıdır və onların qədri bilinməlidir”.

Agentliklər məqalənin digər bölmələrində də bu cür ifadələr səsləndirməklə, Azərbaycan xalqını kütləvi olaraq xaricdən idarə olunan, digər ölkələrin milli və regional maraqlarına xidmət edən düşüncə formalarının Azərbaycan Respublikasında tətbiq edilməsinə çalışan Taleh Bağırzadə kimi insanlara tam dəstək göstərərək, ölkəmizdə konstitusiya quruluşunu zorla dəyişdirərək, dini dövlət modeli yaratmağa çağırırlar.

Məqalənin sonlarında isə Azərbaycanın hakimiyyət orqanları təhdid edilir və bildirilir ki, onların “müsəlman cavanlara qarşı bu etdikləri bağışlanmaz günahdır” və “bu, regionun digər müsəlman ölkələri arasında ciddi narazılığa səbəb olacaq”.

Qeyd etmək lazımdır ki, İranın yuxarıda adları qeyd edilən KİV-lərindən başqa, bir sıra Azərbaycan üzrə istisaslaşmış digər informasiya resursları da müntəzəm olaraq Azərbaycan Respublikasına qarşı düşmən mövqeyi sərgiləyən silsilə yazılar dərc edirlər./gunaz.tv/


+ Benzer Haberler
» Abxaziya erməniləri Yerevanın Tbilisiyə təsir rıçaqı kimi - FAKTLAR
» 27 illik Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi
» Çeçenistan müxalifətinin lideri Azərbaycana müraciət etdi: “Çeçenləri təxribata çəkirlər…”
» Diaspor Komitəsindən xaricdə yaşayan azərbaycanlılarla bağlı vacib xəbər
» Rusiyanın bu şəhərindən də Bakıya müntəzəm reyslər açılacaq
» Paşinyan Qarabağ separatçılarının liderinin istefasını istəyir
» Türkiyənin Azərbaycanda yeni hərbi attaşesi təyin edilib
» Azərbaycanda maraqlı tədqiqat: Uzunömürlülərin qohumları da uzunömürlü ola bilər
» Təhlükəsizlik qüvvələri milli fəalların ev və iş yerlərinə hücum çəkib
» Ermənilər Qarabağda yeni səngərlər qazmağa başladılar
» Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
» Hulusi Kılıç: “1915-ci ildə Makronun heç dədəsi də dünyada deyildi”
» Azərbaycanda axtarışda olan 22 nəfər saxlanılıb
» Sarksiyan istintaqda 5 saat dindirildi
» Cəmiyyət sədrindən Dövlət Sosial Müdafiə Fonduna ziyarət
» “Traxtur” klubundan son xəbər
» Kəlbəcərdə zəlzələ olub
» Deputat əhaliyə çağırış etdi
» Şamaxı şəhəri 2019-cu ildə Azərbaycanın “Gənclər paytaxtı” elan edilib
» Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.9284
 GBP :  2.2203
 TRY :  0.3215
 EUR/USD :  1.1344
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Azərbaycanın KTMT üzvlüyü nə dərəcədə realdır?
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Doğu ve Batı’yı birleştirecek stratejik hat
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft