AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Nəsibli: “Azərbaycanda coğrafiya əsaslı tarix anlayışından, millət əsaslı tarix anlayışına keçilməlidir”  •   Kazinoda azərbaycanlı qadın döyüldü  •   Təbrizdə ustad Həsən Dəmirçinin vəfatının birinci ildönümü mərasimi keçiriləcək  •   Atəşkəs iriçaplı pulemyotlarla pozulub - 16 dəfə  •   Abbas Lisaninin ikinci məhkəmə iclası keçirilib, fəal aclıq aksiyasını şərti olaraq dayandırıb  •   Avropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdı  •   Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir  •   Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub  •   Biləsuvar kəndlərində içməli su problemi əhalinin etirazına səbəb olub  •   Mehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı verdi  •   Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir  •   İcra nümayəndəsi: “O qaloş deyil, seyidin papağıdır, şəkk eləməyin!”  •   Güney azərbaycanlı fəal Əli Əzizi Urmiyədə saxlanılıb  •   İran mətbuatından Azərbaycana qarşı yenidən qərəzli mövqe  •   İzmirdə AXC-nin quruluşunun 101-ci il dönümü münasibətiylə konferans təşkil edildi  •   Cəmiyyət növbəti qurultayını keçirtdi  •   27 ildir işğalda qalan Laçın...  •   Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır  •   “Ərdəbil səhiyyə turizmində Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verir”  •   Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası keçiriləcək  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Salam Polkovnik!
01/04/2019 Yazdır

Amerika Birləşmiş Ştatlarında xüsusi təyinatlıların “Ranger” kursunu bitirən ilk və tək Azərbaycanlı, Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid zabiti, polkovnik-leytenant Murad Mirzəyevin əziz xatirəsinə...

Bu yaşa gələnə qədər ölümün insana başucalığı gətirə biləcəyini bilmirdim... Onu da Sən öyrətdin bizə. Şərəfli ömür, şərəfli ölüm hərkəsə nəsib olmayan bir zirvəymiş. Yaşadığımız həyatda bəzi dəyərlərimiz var idi ki, onlar Səndən sonra çox dəyişdi. Artıq Üçrəngli Bayrağımıza baxanda Səni görürük, himnimizi eşidəndə ilk öncə Sən gəlirsən ağlımıza, yoldan bir əsgər keçəndə az qalırıq qucaqlayıb bağrımıza basaq. Budur Sənin bizlərdə qoyub getdiyin izlər...

Səni heç xatırlamırıq, çünkü heç yadımızdan, ağlımızdan çıxmırsan ki xatırlayaq da... Sözümüz də, söhbətimiz də Sən olmusan...

Getdiyimiz bütün tədbirlərdə, oxuduğumuz hər qəhrəmanlıq hekayələrində Səndən danışırlar... Sosial şəbəkələrdə hamı Səni paylaşır, hamı Sənin igidliyindən, şücaətindən söz açır...

Sən gedəndən sonra evindən qonaq-qaran heç çəkilmədi. Fizzəni, Nurlanı, Dənizi Sənə söz verdiyimiz kimi yalnız qoymuruq. Qayınanan Həqiqət xanım, qayınatan Səlim müəllim artıq sənin evinin daimi sakininə çevrildilər... Övladların hələ də yolunu səbirsizliklə gözləyir, hey Səndən danışırlar, hər telefon zəngi gələndə “Ana bəlkə atamdır” deyə ürəyimizi parçalayırlar, hələ də özümüzdə cəsarət toplayıb onlara Sənin əbədiyyətə qovuşduğunu deyə bilməmişik...

Hələ də hər gün Səninlə bağlı bir hadisə, bizdən gizlətdiyin, sirr kimi saxladığın, Səninlə fəxr etməmizə imkan vermədiyin uğurunu eşidirik, həyatdaykən Sənə layiqi qiymət verə bilməmə təəssüfünü yaşayırıq ... İinsanlar Səni paylaşa paylaşa bitirə bilmirlər... Heç tanımadığımız birinin komandiri, birinin dostu, başqa birinin həyatını qurtaran qəhrəmanı, birinin kursant yoldaşı, birinin döyüş yoldaşı, birinin isə sirdaşı olmusan... Hər kəsdə Səni sahiblənmə, Sənin ona daha yaxın olman qüruru var...

40 mərasimində Sənin keçdiyin şərəfli  həyat yolunu işıqlandırmaq məqsədilə “Milli Qəhrəman Murad Mirzəyev Guşəsi” təşkil etdik. Səhərdən axşamadək Səni ziyarətə gəlmiş insanlarla yanaşı, ətrafdan gəlmiş gənclərlə, uşaqlarla doldu daşdı...

Şəhidlik zirvəsindən sonra da vətənpərvərlik nümunəsi olmaqda davam etdin, gənclərdə, uşaqlarda indidən Xüsusi təyinatlı əsgər, zabit olmaq, Vətənə layiqincə xidmət etmək, yeri gəldiyində Vətən uğrunda canından keçmək, şəhid olmaq  qığılcımını atəşlədin... Xalqımızda, millətimizdə 23 ildən bəri həsrət qaldığımız Qələbəyə inam əzmini, sevincini təkrar oyatdın, Qələbəyə ruhlandırdın...

Sən bizim üçün çox böyük işlər gördün, içimizdə heç ölməyən Milli ruhumuzun təkrar oyanmasına səbəb oldun...Heç alışıq olmadığımız, eyvanlarımızdan Azərbaycan Bayrağı, Zəfər Bayrağı dalğalandırmamıza vəsilə oldun, səbəb oldun...

Bəlkə eşidirsən, görürsən, biz Sənin üçün çox darıxmışıq... Ruhunu hər daim yanımızda hissedirik... İnşallah bir gün Sənin qanının yerdə qalmayacağına and içmiş neçə neçə qəhrəman oğullarımızla işğal altındakı bütün torpaqlarımızı düşməndən azad edərik, Sənin uğrunda döyüşdüyün, düşdüyün, qanının Vətən torpağına qarışdığı  o yerləri ziyarətə gələrik, bizi döyüş yoldaşların Samitlə, Mühütlə, Vüqarla, Adillə, Cavidlə, Pəncəliylə, eləcə də Vətən uğrunda canlarından keçmiş digər igidlərimizlə doğma Qarabağımızda salamlayarsan, qarşılayarsan.  İnanırıq ki o gün çox yaxındadır, görüşmək diləyilə cənab polkovnik...

Maqsud Həsənov

 

 


+ Benzer Haberler
» Nəsibli: “Azərbaycanda coğrafiya əsaslı tarix anlayışından, millət əsaslı tarix anlayışına keçilməlidir”
» Kazinoda azərbaycanlı qadın döyüldü
» Atəşkəs iriçaplı pulemyotlarla pozulub - 16 dəfə
» Avropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdı
» Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir
» Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub
» Mehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı verdi
» Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir
» İcra nümayəndəsi: “O qaloş deyil, seyidin papağıdır, şəkk eləməyin!”
» İran mətbuatından Azərbaycana qarşı yenidən qərəzli mövqe
» İzmirdə AXC-nin quruluşunun 101-ci il dönümü münasibətiylə konferans təşkil edildi
» Cəmiyyət növbəti qurultayını keçirtdi
» 27 ildir işğalda qalan Laçın...
» Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır
» “Ərdəbil səhiyyə turizmində Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verir”
» Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası keçiriləcək
» Əcnəbi kürəkənlər - Qızlarımız onlarda nə görüb...
» “Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
» Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini yad edir
» Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artacaq


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details. (11)

Məzənnələr
 USD :  1.7
 EUR :  1.902
 GBP :  2.1349
 TRY :  0.2889
 EUR/USD :  1.1188
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Tiflisdəki bəyanatlarda kənar izlər
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Armenia’s Untimely Preconditions on Nagorno-Karabakh Conflict
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft