AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : İranda 14 qadın fəalı birgə bəyanat yayaraq Xamneyinin istefaya getməsini tələb ediblər  •   Ekoloq Bakıdakı tozanağa görə dövlət qurumlarını İTTİHAM ETDİ  •   6 güney azərbaycanlı fəal haqda məhkəmə hökmü çıxarılıb  •   Bu gün “Qarabağ”ın rəqibləri müəyyənləşəcək  •   Azərbaycan Avropada gənclərin faizinin ən çox olduğu ölkədir  •   Təbrizdə “farsca yetərlilik” testinin tətbiqinə etiraz edən Bildiriş yayılıb – Video  •   “Qarabağ”dan səfərdə uğurlu çıxış  •   MiQ-29 təyyarəsi ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb  •   Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub  •   “Traxtur” komandası Türkiyədən qayıtdı  •   “Ermənistanın əsl niyyəti hamıya bəllidir”  •   Şərqi Azərbaycan valisi məktəblərdə ana dilinin tədris olunmasını tələb edib  •   “Mən olan yerdə probleminizi valideynlərinizlə bölüşməyin” - Murov Qartalı RAQUF ORUCOV  •   İki güləşçimiz qələbə qazanıb, biri isə məğlub olub - "Minsk-2019"  •   Qənirə Paşayeva: “Dilqəmlə Şahbazın azad olunması üçün Ermənistana təzyiq göstərilməlidir".  •   Erməni və azərbaycanlı girovlar dəyişdirildi  •   Xoyda sel baş verib: Ölənlər var- FOTO  •   Yurdu viran olan CABBAR ƏMİ - Foto  •   Təbriz ətrafında yerləşən evlərin uçma təhlükəsi yaranıb  •   Türkiyədə həlak olan həmyerlimizin meyiti Azərbaycana göndərilib  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Çin dünyanın əməkdaşlıq xəritəsini dəyişir – Bəs, Azərbaycan harda olacaq?
27/04/2019 Yazdır

Hazırda dünya diqqətini Çinə yönəldib. Ötən güb Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu keçirilib.

Forumda 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Builki Foruma Azərbaycan, Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Belarus, Çexiya, Yunanıstan, Macarıstan, İtaliya, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin liderləri qatılıblar.

Bu toplantının ölkəmiz üçün siyasi əhəmiyyəti nədən ibarət ola bilkər?

Atlas Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, Çin “bir kəmər, bir yol” strategiyasını 2013-cü ildə irəli sürüb.

“Strategiya tarixi İpək yolunun yeni variantda bərpası ilə Çinin Avropa və digər dünya ölkələri ilə iqtisadi əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur. Çin hökuməti müxtəlif ölkələrin strategiyanın icrasına cəlb olunması istiqamətində aktiv siyasət yürütməkdədir. Ayrı-ayrı ölkələrə maliyyə-iqtisadi dəstəyin göstərilməsi bu siyasətin əsas tərkib hissəsidir. 2013-2018-ci illərdə “bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi ölkələrlə Çin arasında ticarət dövriyyəsinin ümumi məbləği 6 trilyon ABŞ dollarını ötüb.

Çinin irəli sürdüyü “bir kəmər, bir yol” təşəbbüsünü 150 ölkə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar dəstəkləyir. Bu o deməkdir ki, faktiki bu təşəbbüs

dünyanın əməkdaşlıq xəritəsini dəyişmək gücündədir. Aydındır ki, bu layihənin reallaşmasında maraqlı olan əsas ölkə Çindir.

Birincisi, Çin bu təşəbbüs vasitəsilə dünya bazarlarına daha çox mal nəql etmək imkanına malik olur.

İkincisi, Çin “bir kəmər, bir yol” təşəbbüsü vasitəsilə müxtəlif qitələrin müxtəlif ölkələri ilə daha sıx əlaqələrə malik olacaq. İqtisadi və ticarət əlaqələri siyasi əlaqələri də gücləndirəcək. Məsələn, Çin lideri Pekindəki konfransdan əvvəl Avropa ölkələrində olmuşdu, İtaliya və Fransa ilə milyardlarla dollarlıq müqavilələr imzalanmışdı”.

Burada diqqəti cəlb edən məsələ tədbirə Cənubi Qafqaz ölkələrindən dövlət başçısı olaraq yalınız Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunmasıdır.

Politoloq deyir ki, Azərbaycan gələcəkdə “bir kəmər, bir yol” təşəbbüsünün bir parçasına çevriləcək. “Təsadüfi deyil ki, Azərbaycan Prezidenti ilə görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin belə bir ifadə işlədib: “Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Azərbaycan Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır”. Çin lideri eyni zamanda “bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edib.

Çin liderinin sözlərindən çıxan nəticə budur ki, Çin gələcəkdə Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən dünya bazarlarına daha çox mal daşımağı planlaşdırır. Rəsmi Bakı illərdir buna çalışır. Rəsmi Bakı Çinin Ələt limanından və Bakı-Tbilisi-Qars dəmiryolundan istifadəsini istəyir. Çin Azərbaycan üzərindən mallarının nəqlinə başlasa da, yüklərin həcmi hələ yüksək deyil. Pekin sanki bu marşruta bir az ehtiyatla yanaşır. Ancaq Çin liderinin son açqılamasından sonra Pekinin artıq Azərbaycanın nəqliyyat imkanlarından istifadəyə artıq qərar verdiyini söyləmək mümkündür. Çin mallarının 5-7 faizini Azərbaycan üzərindən Avropaya daşımağa qərar versə, bu həm Ələt limanının, həm də Bakı-Tbilisi-Qars dəmir yolunun kifayət qədər yüklənməsinə və Azərbaycanın gəlirlərinin artmasına imkan verəcək. Bunun Azərbaycan üçün siyasi əhəmiyyəti də var. Azərbaycanın Avrasiya bölgəsindəki rolu artacaq”.

E. Şahinoğlu bildirib ki, İlham Əliyev Çində bu ölkənin müxtəlif rəsmiləri və şirkət rəhbərləri ilə də görüşdü. “Səfər nəticəsində iki ölkə arasında 821 milyon dollarlıq 10 müqavilə imzalanıb. Çin investorları Azərbaycana 800 milyon dollardan çox sərmayə qoyublar. Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1,7 milyard dollar təşkil edir. İki ölkə arasında sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, humanitar sahələrdə əlaqələr genişlənir. Çin Azərbaycanda sənaye parklarının yaradılmasına maraq göstərir.

İlham Əliyev səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə də görüşdü. Prezidentlər iki ölkə arasında artan iqtisadi və ticarət əməkdaşlığından məmnun qaldıqalarını söylədilər. Ticarət mübadiləsi 2.5 milyard dollara çatıb. Bu görüşdə səslənən digər xəbər odur ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək. Bu sammitdə də əsas mövzulardan biri nəqliyyat xətlərinin istifadəsi olacaq. Ancaq bu görüş İran üçün ağır bir dövrə də təsadüf edəcək. ABŞ mayın 2-dən başlayaraq İrandan neft alan ölkələrə qarşı da sanksiyaların tətbiqinə başlayacaq. Bu səbəbdən İran üçün qonşularla iqtisadi və siyasi əlaqələri gücləndirmək və birgə layihələrdə iştirak etməyin əhəmiyyəti artır”.Hazırda dünya diqqətini Çinə yönəldib. Ötən güb Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu keçirilib.

Forumda 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Builki Foruma Azərbaycan, Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Belarus, Çexiya, Yunanıstan, Macarıstan, İtaliya, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin liderləri qatılıblar.

Bu toplantının ölkəmiz üçün siyasi əhəmiyyəti nədən ibarət ola bilkər?

Atlas Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, Çin “bir kəmər, bir yol” strategiyasını 2013-cü ildə irəli sürüb.

“Strategiya tarixi İpək yolunun yeni variantda bərpası ilə Çinin Avropa və digər dünya ölkələri ilə iqtisadi əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur. Çin hökuməti müxtəlif ölkələrin strategiyanın icrasına cəlb olunması istiqamətində aktiv siyasət yürütməkdədir. Ayrı-ayrı ölkələrə maliyyə-iqtisadi dəstəyin göstərilməsi bu siyasətin əsas tərkib hissəsidir. 2013-2018-ci illərdə “bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi ölkələrlə Çin arasında ticarət dövriyyəsinin ümumi məbləği 6 trilyon ABŞ dollarını ötüb.

Çinin irəli sürdüyü “bir kəmər, bir yol” təşəbbüsünü 150 ölkə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar dəstəkləyir. Bu o deməkdir ki, faktiki bu təşəbbüs

dünyanın əməkdaşlıq xəritəsini dəyişmək gücündədir. Aydındır ki, bu layihənin reallaşmasında maraqlı olan əsas ölkə Çindir.

Birincisi, Çin bu təşəbbüs vasitəsilə dünya bazarlarına daha çox mal nəql etmək imkanına malik olur.

İkincisi, Çin “bir kəmər, bir yol” təşəbbüsü vasitəsilə müxtəlif qitələrin müxtəlif ölkələri ilə daha sıx əlaqələrə malik olacaq. İqtisadi və ticarət əlaqələri siyasi əlaqələri də gücləndirəcək. Məsələn, Çin lideri Pekindəki konfransdan əvvəl Avropa ölkələrində olmuşdu, İtaliya və Fransa ilə milyardlarla dollarlıq müqavilələr imzalanmışdı”.

Burada diqqəti cəlb edən məsələ tədbirə Cənubi Qafqaz ölkələrindən dövlət başçısı olaraq yalınız Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunmasıdır.

Politoloq deyir ki, Azərbaycan gələcəkdə “bir kəmər, bir yol” təşəbbüsünün bir parçasına çevriləcək. “Təsadüfi deyil ki, Azərbaycan Prezidenti ilə görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin belə bir ifadə işlədib: “Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Azərbaycan Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır”. Çin lideri eyni zamanda “bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edib.

Çin liderinin sözlərindən çıxan nəticə budur ki, Çin gələcəkdə Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən dünya bazarlarına daha çox mal daşımağı planlaşdırır. Rəsmi Bakı illərdir buna çalışır. Rəsmi Bakı Çinin Ələt limanından və Bakı-Tbilisi-Qars dəmiryolundan istifadəsini istəyir. Çin Azərbaycan üzərindən mallarının nəqlinə başlasa da, yüklərin həcmi hələ yüksək deyil. Pekin sanki bu marşruta bir az ehtiyatla yanaşır. Ancaq Çin liderinin son açqılamasından sonra Pekinin artıq Azərbaycanın nəqliyyat imkanlarından istifadəyə artıq qərar verdiyini söyləmək mümkündür. Çin mallarının 5-7 faizini Azərbaycan üzərindən Avropaya daşımağa qərar versə, bu həm Ələt limanının, həm də Bakı-Tbilisi-Qars dəmir yolunun kifayət qədər yüklənməsinə və Azərbaycanın gəlirlərinin artmasına imkan verəcək. Bunun Azərbaycan üçün siyasi əhəmiyyəti də var. Azərbaycanın Avrasiya bölgəsindəki rolu artacaq”.

E. Şahinoğlu bildirib ki, İlham Əliyev Çində bu ölkənin müxtəlif rəsmiləri və şirkət rəhbərləri ilə də görüşdü. “Səfər nəticəsində iki ölkə arasında 821 milyon dollarlıq 10 müqavilə imzalanıb. Çin investorları Azərbaycana 800 milyon dollardan çox sərmayə qoyublar. Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1,7 milyard dollar təşkil edir. İki ölkə arasında sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, humanitar sahələrdə əlaqələr genişlənir. Çin Azərbaycanda sənaye parklarının yaradılmasına maraq göstərir.

İlham Əliyev səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə də görüşdü. Prezidentlər iki ölkə arasında artan iqtisadi və ticarət əməkdaşlığından məmnun qaldıqalarını söylədilər. Ticarət mübadiləsi 2.5 milyard dollara çatıb. Bu görüşdə səslənən digər xəbər odur ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək. Bu sammitdə də əsas mövzulardan biri nəqliyyat xətlərinin istifadəsi olacaq. Ancaq bu görüş İran üçün ağır bir dövrə də təsadüf edəcək. ABŞ mayın 2-dən başlayaraq İrandan neft alan ölkələrə qarşı da sanksiyaların tətbiqinə başlayacaq. Bu səbəbdən İran üçün qonşularla iqtisadi və siyasi əlaqələri gücləndirmək və birgə layihələrdə iştirak etməyin əhəmiyyəti artır”.


+ Benzer Haberler
» Ekoloq Bakıdakı tozanağa görə dövlət qurumlarını İTTİHAM ETDİ
» 6 güney azərbaycanlı fəal haqda məhkəmə hökmü çıxarılıb
» Azərbaycan Avropada gənclərin faizinin ən çox olduğu ölkədir
» Təbrizdə “farsca yetərlilik” testinin tətbiqinə etiraz edən Bildiriş yayılıb – Video
» MiQ-29 təyyarəsi ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb
» Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub
» “Traxtur” komandası Türkiyədən qayıtdı
» “Ermənistanın əsl niyyəti hamıya bəllidir”
» Şərqi Azərbaycan valisi məktəblərdə ana dilinin tədris olunmasını tələb edib
» “Mən olan yerdə probleminizi valideynlərinizlə bölüşməyin” - Murov Qartalı RAQUF ORUCOV
» İki güləşçimiz qələbə qazanıb, biri isə məğlub olub - "Minsk-2019"
» Qənirə Paşayeva: “Dilqəmlə Şahbazın azad olunması üçün Ermənistana təzyiq göstərilməlidir".
» Erməni və azərbaycanlı girovlar dəyişdirildi
» Xoyda sel baş verib: Ölənlər var- FOTO
» Yurdu viran olan CABBAR ƏMİ - Foto
» Türkiyədə həlak olan həmyerlimizin meyiti Azərbaycana göndərilib
» Gürcüstanın azərbaycanlı deputatları Tbilisidəki vəziyyəti şərh etdilər
» Bakıda QDİƏT Parlament Məclisi Baş Assambleyasının 53-cü plenar sessiyası işə başlayıb
» Təbrizdə ustad Həsən Dəmirçinin vəfatının birinci ildönümü mərasimi keçirilib
» Nazirlər Kabinetinin növbəti iclası keçirilib


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8766
 GBP :  2.1213
 TRY :  0.299
 EUR/USD :  1.1039
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Türkiye, Azerbaycan ve Gürcistan örnek bir bölgesel iş birliği modeli geliştirmişti
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Armenia’s Untimely Preconditions on Nagorno-Karabakh Conflict
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft