Google Maps xəritəsində İrəvan küçələrinin adının dəyişdirilməsi erməniləri hiddətləndirib.
Modern.az-ın məlumatına görə, bu barədə məlumatı “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zoqrabyan özünün Facebook səhifəsində yazıb.
“Həmin xəritəyə baxsaq, mən faktiki olaraq Polad Həşimovun adını daşıyan küçədə yaşayıram”,-deyə erməni deputat qəzəbini boğa bilməyib.
Məlumat Ermənistan KİV-lərində də dərc olunaraq, geniş əks-səda doğurub. Ermənilər bu işdə azərbaycanlı hakerləri ittiham ediblər.
|