AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İranda rejimə qarşı etirazlar davam edir, aksiyalarda ölənlərin sayı 24 nəfərə çatıb
03/01/2018 Yazdır

İranda hakim axundların dini rejiminə qarşı bir həftə əvvəldən başlanan xalq üsyanı və kütləvi etirazlar davam edir.

Yanvarın 2-də paytaxtın bütün əsas küçə və meydanlarının rejim qüvvələri tərəfindən nəzarətə götürülməsinə baxmayaraq, on minlərlə etirazçı Tehranın Əmirabad məntəqəsində və digər küçlərdə toplaşaraq islam respublikasına və onun rəhbərlərinə qarşı şüarlar səsləndiriblər.

“Xamneyiyə ölüm”, “Diktatora ölüm”, “Xamneyi! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək”, “Millət acından dilənir, Ağa (Xamneyi) isə Allahlıq edir”, “Siyasi məhbuslara azadlıq” və digər şüarlar səsləndirən aksiyaçılar, rejimə etirazlarını gecə saatlarına qədər davam etdiriblər. Həmin gün, etirazlar ölkənin Rəşt, Əhvaz, Həmədan, İslamabadi-Qərb və Kərəcin Gövhərdəşt məntəqəsində də davam edib.

Həmədanda aksiyaçılar “Xamneyi qatildir, onun daşıdığı vəzifə qanunsuzdur” şüarını səsləndirərək İranın dini liderinin hökmranlığına və onun özbaşınalığına son qoyulmasını tələb ediblər. Kərəcin Gövhərdəşt məntəqəsində isə etirazçılarla hökumət qüvvələri arasında toqquşma yaranıb. Aksiyaçılar onlara atılan gözyaşardıcı qazı zərərsizləşdirmək üçün küçədəki zibil yeşiklərini yandırmaq məcburiyyətində qalıblar. Bildirilir ki, bir gün əvvəl həmin məntəqədə keçirilən aksiyada, etirazçılar hökumətin “Kövsər” bankına hücum edərək ona od vurublar.

Əhvazda,  hüquq-mühafizə qüvvələrinin qarşısında dayanıb rejim rəsmilərinə etiraz bildirən aksiyaçılar, “Polis! dətək ver, dəstək ver” şüarını səsləndirərək hüquq-mühafizə əməkdaşlarını xalq sıralarına qoşulmağa çağırıblar. Keçirilən bütün etirazlarda onlarla aksiyaçı yaxalanaraq naməlum istiqamətə aparılıb.

Yayılan son məlumatlara əsasən, yanvarın 2-də müxtəlif şəhərlərində keçirilən etirazlarda ölənlərin sayı 24 nəfərə çatıb. Onlardan 3-ünün polis əməkdaşı olduğu bildirilir. Qeyd olunur ki, son günlər etirazlara qatılan 1000-dən çox insan yaxalanıb.

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.

 İranın 40-a yaxın şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, yoxsulluğa, repressiyalara, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda, axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib. Etirazlar davam edir./gunaz.tv/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8109
 GBP :  2.1183
 TRY :  0.0525
 EUR/USD :  1.0652
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft