AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : İranda 4 qadın haqları fəalı ümumilikdə 16 il 8 ay həbs cəzasına məhkum edilib  •   Azərbaycanlı turistlərin Gürcüstanda xərcləri artıb  •   ABŞ Senatı “erməni soyqırımı”nı tanıdı  •   “21 Azər Hərəkatı"nın 74-cü ildönümüdür  •   Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər  •   Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur  •   “Təhlükəsizlik qüvvələri etirazçıların əhalinin kasıb təqəbəsindən olduğunu etiraf edirlər”  •   Münaqişə ocaqlarından qayıdan 110 nəfərdən çox azərbaycanlı məsuliyyətə cəlb edilib  •   Türkiyədə zəlzələ baş verib  •   Bakı-Sumqayıt yerüstü metro xətti çəkiləcək?  •   Azərbaycan Rusiyaya 1,2 milyard dollar investisiya yatırıb  •   Azərbaycanda qızıl və gümüş ucuzlaşıb  •   Azərbaycanla sərhəddə “donuz qripi” TƏHLÜKƏSİ  •   Noyabr ayı etirazları zamanı yoxa çıxan rejissorun cansız bədəni tapılıb  •   Azərbaycanda qadın və kişilərin orta nikah yaşı çoxalıb: Kişilər son 29 ilin rekordunu vurdular  •   2020-ci ildə BTQ ilə yük daşımalarının həcmi 15 milyon tondan çox olacaq  •   Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edildi  •   Zaur Əliyevin Erməni yalanlarına qarşı yeni kitabı çapdan çıxdı  •   Azərbaycan Albaniya 500 min avroluq yardım etdi  •   İranda son etirazlara qatılanların kütləvi həbsinə başlanılıb  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İstanbul hava limanı təyyarə yanacağını SOCAR-dan alacaq
10/04/2019 Yazdır

Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) İstanbul hava limanının elan etdiyi təyyarə yanacağı tenderində “SOCAR Aviation” markası ilə qalib gəlib.

Şirkətdən Trend-ə verilən məlumata gpörə, “SOCAR Türkiye”nin ticarət üzrə direktoru Murad Ərdoğan 5 il müddətində İstanbul hava limanında təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu ödəyəcəklərini bildirib. “SOCAR Türkiye” İstanbul hava limanı tərəfindən elan olunan, yerli və xarici şirkətlərin iştirak etdiyi tenderdə “SOCAR Aviation” markası ilə qalib gəlib.

İstanbul hava limanındakı təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu ödəyəcək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Türkiyənin aviasiya sektoruna 2013-cü ildə daxil olmasına baxmayaraq, qısa müddətdə sektorun yanacaq ehtiyacını ödəyən ən böyük 3 şirkət arasında yer alıb.

M.Ərdoğan “SOCAR Türkiye”nin maye yanacaq təchizatı sahəsində mühüm investisiyalar həyata keçirdiyini də bildirib: “Türkiyədə aviasiya sektoru genişlənir. Tam gücü ilə işə başladıqdan sonra İGA-nın Türkiyədə təyyarə yanacağı istehlakının 60 faizini qarşılayacağı gözlənilir. Hava limanı və Türkiyə aviasiya sektoru ilə paralel böyüyən markamız “SOCAR Aviation”un xarici və yerli rəqibləri arasında belə böyük həcmdə yanacaq təchizatını yerinə yetirməsi bizə qürur verir”.

SOCAR-ın törəmə şirkəti olan STAR neft emalı zavodunun tam gücü ilə istehsala başlaması ilə ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal edəcəyini xatırladan M.Ərdoğan daha sonra deyib: “SOCAR Aviation” qurulduğu gündən etibarən çox səmərəli fəaliyyət göstərib, bir sıra hava limanlarının təyyarə yanacağı tədarükçüsü olub. STAR NEZ-in məhsulları ilə artıq yolumuza daha güclü bir şəkildə davam edəcəyik. “SOCAR Türkiye”nin qurduğu inteqrasiya olunmuş dəyər zənciri çərçivəsində fəaliyyətimizi genişləndirəcəyik”.

Qeyd edək ki, Türkiyənin aviasiya sektoruna 2013-cü ildə “SOCAR Aviation” ilə daxil olan SOCAR təyyarə yanacağı təchizatına ilk olaraq İstanbulun Sabiha Gökçen hava limanında “Pegasus” aviaşirkəti ilə böyük bir saziş imzalayaraq başlayıb. Sektorun qabaqcıl qlobal şirkətləri ilə bağladığı müqavilələrlə genişlənməyə davam eden “SOCAR Aviation” 2016-cı ildə “Türk Hava Yolları”nın Atatürk hava limanındakı yanacaq ehtiyacının bir hissəsi ilə yanaşı, İzmirin Adnan Menderes hava limanı və Bodrum hava limanını da yanacaqla təchiz etməyə başlayıb. Cari il ərzində “Türk Hava Yolları”nın Sabiha Gökçen hava limanında yanacaq istehlakının yarısı, eləcə də İzmir, Bodrum, Antalya və Dalaman hava limanlarının yanacaq təchizatı “SOCAR Aviation” tərəfindən həyata keçiriləcək.


+ Benzer Haberler
» Beynəlxalq Bankın Rəhbərliyində TƏYİNAT!
» Ölkənin qızıl-gümüş bazarında ucuzlaşma var
» “35 manatlıq kəlağayı Bakıda 100 manata satılır”
» Generalların vəzifədən çıxarılması kadr islahatlarının tərkib hissəsidir
» Manat ucuzlaşmayacaq
» Azərbaycanın xarici dövlət borcu artıb
» Azərbaycanda 2018-2019-cu illər üçün neft hasilatı ilə bağlı proqnozlar
» Ərzaq malları bir ildə 16,4 faiz bahalaşıb - RƏSMİ
» Bakı-Tbilisi-Qars dəmir yolu dünyada sabitliyin, təhlükəsizliyin təminatçısıdır
» Prezident: "Azəri", "Çıraq" və "Günəşli" nəhəng neft yataqlarının işlənməsində yeni dövr başlayır
» Azərbaycan və Türkiyə arasında pul köçürmələri üzrə yeni sistem istifadəyə veriləcək
» Azərbaycan neft hasilatını 9,5% azaldıb
» Martın 10-na manatın dollara nisbətdə orta çəkili məzənnəsi
» SOCAR neft və qaz hasilatında planı yerinə yetirə bilməyib
» “İpoteka kreditinin verilməsi bərpa olunacaq”
» Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
» Xarici və yerli sahibkarlar mütləq oxusunlar - QAYDALAR
» BP: Dünya bazarında neft çatışmazlığı dörd ildən sonra yaranacaq
» Mobil telefon idxalında say məhdudiyyəti ləğv oluna bilər
» Dollar və manatın bugünkü məzənnəsi


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8991
 GBP :  2.2877
 TRY :  0.294
 EUR/USD :  1.1171
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Türkiye, Azerbaycan ve Gürcistan örnek bir bölgesel iş birliği modeli geliştirmişti
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Qoşulmama Hərəkatı və Azərbaycan
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft