AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Lapşinin Azərbaycana gətirilməsi təcrübəsini Xocalı soyqırımını törədənlərə qarşı da davam etdirmək olar
25/02/2017 Yazdır

Azərbaycanının dövlət sərhədlərini qanunsuz olaraq keçmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirən Aleksandr Lapşinin Azərbaycana gətirilməsi ilə bağlı müsbət təcrübəni Xocalı soyqırımı cinayətinin törədilməsində məsuliyyət daşıyan şəxslərə münasibətdə də davam etdirmək olar.

Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

25 il bundan əvvəl - fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarlarının keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək xalqımıza qarşı genosid cinayətini törətdiyini xatırladan A.Səfixanlı qeyd edib ki, Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq, həmçinin dövlətdaxili hüquqa əsasən məhz genosid kimi tövsif edilməlidir:

"Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Belə əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir. Genosid cinayətinin hüquqi əsası, BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilib, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilib.

Həmin Konvensiyaya görə, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə genosid sayılır.

Analoji normalar Yuqoslaviya beynəlxalq cinayət tribunalının Nizamnaməsində (4-cü maddə), Ruanda beynəlxalq cinayət tribunalının Nizamnaməsində (3-cü maddə) və bir sıra dövlətlərin cinayət qanunvericiliyində, o cümlədən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsində təsbit olunub”.

A.Səfixanlı deyib ki, Xocalı soyqırımı zamanı ermənilər tərəfindən adı çəkilən beynəlxalq sənədlərdə və cinayət qanunvericiliyimizdə təsbit olunmuş genosid cinayətinin tərkibini təşkil edən bütün əməllər törədilib.

Onun sözlərinə görə, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi də öhdələrinə götürüblər:

“Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımının beynəlxalq miqyasda hüquqi qiymətini almaması, bu cinayəti törədənlərin cəzalandırılmaması, günahkarların özlərini cəzasızlıq mühitində hiss edərək kütləvi insan qırğınları ilə müşayət olunan yeni cinayətlər törətməsinə rəvac verib. Bu da sülhə və bəşəriyyətə açıq təhdiddir”.

A.Səfixanlı bildirib ki, Xocalı soyqrımı cinayətini törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün bir sıra mexanizmlər mövcuddur:

"Bunlardan biri Xocalı soyqırımı cinayətinin araşdırılması və bu cinayəti törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılmasıdır. “Beynəlxalq tribunallar, beynəlxalq cinayətlərin törədilməsində ittiham olunan fiziki şəxslər və dövlətlər üzərində ədalət mühakiməsinin həyata keçirilməsi üçün yaradılan bir mexanizmdir.

Tarixdə müxtəlif vaxtlarda müxtəlif hadisələrlə bağlı beynəlxalq tribunallar yaradılıb. İlk dəfə ikinci dünya müharibəsindən sonra, sülh və bəşəriyyət əleyhinə cinayətlərdə təqsirləndirilən şəxslərin cəzalandırılması üçün Nürnberq və Tokio tribunalları təsis olunub, sonra keçmiş Yuqoslaviya və Ruanda ərazisində baş vermiş genosid, sülh və bəşəriyyət əleyhinə olan cinayətləri törətmiş şəxslər üzərində ədalət mühakiməsinin həyata keçirilməsi üçün Yuqoslaviya və Ruanda ad hoc beynəlxalq cinayət tribunalları yaradılıb.

Beynəlxalq tribunallar genosid, sülh və bəşəriyyət əleyhinə olan cinayətləri törətmiş şəxslər üzərində ədalət mühakiməsi həyata keçirir. BMT Təhlükəsizlik Şurası keçmiş Yuqoslaviya və Ruanda ərazisində baş verən silahlı münaqişə zamanı törədilən genosid və soyqırım cinayətlərini məhz beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə kimi qiymətləndirərək və BMT Nizamnaməsinin VII fəsilində təsbit olunmuş müddəaları rəhbər tutaraq bu cinayətlərin törədilməsində məsuliyyət daşıyan şəxslərin məhkəmə təqibi məqsədilə iki beynəlxalq tribunal təsis edib”.

A.Səfixanlı hesab edir ki, Xocalı faciəsi zamanı baş verən hadisələr zamanı törədilən əməllər genosid və insanlıq əleyhinə cinayətlərin tərkib hissəsini yaratdığından Xocalı soyqırımı üzrə beynəlxalq tribunal yaradılmalıdır:

“Təəssüflə qeyd etmək istərdim ki, Xocalı soyqırımı cinayətini törədilməsində məsuliyyət daşıyan şəxslərin məhkəmə təqibini həyata keçirmək üçün kifayət qədər hüquqi əsaslar və analoji məhkəmə təcrübələri olmasına baxmayaraq, Azərbaycana qarşı tətbiq edilən ikili standartlar bu günə kimi məsələyə beynəlxalq hüquqi qiymətin verilməməsinə, genosid və insanlıq əleyhinə cinayətləri törətmiş şəxslərin hələ də məsuliyyətdən yayınaraq yeni-yeni cinayətlər etməsinə səbəb olub.

Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Prezidentinin yürütdüyü cəsarətli xarici siyasət nəticəsində müxtəlif beynəlxalq və regional təşkilatlar tərəfindən Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bir çox qətnamə və qərarların qəbul edilməsi, Xocalı faciəsinin bir çox ölkələr tərəfindən tanınması, tezliklə Xocalı soyqırımı cinayətini törədilməsində məsuliyyət daşıyan şəxslərin cəzalandırılacağına inamı artırır.

Xüsusi olaraq vurğulamaq istərdim ki, “Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında” 26 noyabr 1968-ci il tarixli Konvensiyanın tələblərinə əsasən, törədilmə vaxtından asılı olmayaraq genosid cinayətini törətmiş şəxslərin istənilən vaxt cinayət məsuliyyətinə cəlb oluna bilməsi tələbi də məsələnin aktuallığını daim saxlamış olur.

Prezident İlham Əliyevin Münhendə BMT-nin baş katibi Antoniu Quterreş ilə görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məlumat verərkən BMT-nin və baş katib Antonio Quterreşin mövcud vəziyyətə müdaxilə edib, prosesin sürətlənməsinə daha yaxından təkan verməsinin əhəmiyyətini vurğulaması BMT-ni bu məsələdə daha fəal olmağa sövq edəcək.

Xocalı soyqırımı cinayətinin törədilməsində məsuliyyət daşıyan şəxslərin cəzalandırılması istiqamətində atılacaq digər addım isə bu cinayətin törədilməsində iştirakı sübuta yetirilmiş şəxslərin beynəlxalq axtarışa verilərək Azərbaycana gətirilməsinə nail olmaq və barələrində cinayət təqibini həyata keçirməkdir.

Qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Xocalı soyqırımı ilə bağlı başlanmış cinayəti işi çərçivəsində 7500-dən artıq istintaq hərəkəti aparılıb və 39 nəfərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib. BMT Baş Məclisinin 3 dekabr 1973-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş “Hərbi cinayətlərdə, bəşəriyyətə qarşı cinayətlərdə müqəssir olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair beynəlxalq əməkdaşlıq prinsipləri”nə müvafiq olaraq, hərbi cinayətlərdə və bəşəriyyətə qarşı cinayətlərdə təqsirkar olan şəxslərin məhkəmə təqibinin və cəzalandırılmasının təmin edilməsinə yönəldilmiş beynəlxalq tədbirlərin görülməsinə xüsusi zərurət var.

Hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər nə vaxt və harada törədilməsindən asılı olmayaraq araşdırılmalı, belə cinayətlərin törədilməsində təqsirləndirilən şəxslər barəsində axtarış elan olunmalı, tutularaq ədalət mühakiməsinə təhvil verilməlidir”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft