Dəniz Qalata: Urmiyə gölünün quruması sadəcə Güneyin deyil bütün bölgənin problemidir - Video

09 Eylül 2014 Salı 09:00

ABŞ-ın Los Anceles şəhərində yaşayan güneyli gənc müğənni Dəniz Qalata Amerikanın Səsi ilə söhbətdə musiqi yolu ilə xalqının qarşılaşdığı problemləri gündəmə gətirmək üçün, onun azadlığı və kimliyi uğrunda mübarizə apardığını söyləyir.

Təbrizdə Qaradağ bölgəsindən olan bir ata və İstanbullu anadan dünyaya gələn Dəniz həmin şəhərdə pop və rok musiqilərinə baş vurduğunu deyir.

“Musiqi sahəsində dərs almağa imkanım olmadı, özüm çalışıb və bilənlərdən öyrəndim... Pop və rok tərzində Təbrizdə fəaliyyət etməyə başladım. Ancaq, İran İslam Respublikasında bu tərzlərdə musiqi fəaliyyəti çətin olur,” deyə Amerikada mühacirət həyatı yaşayan gənc musiqiçi dilə gətirir.

Onun sözləriə görə, “İranda pop və rok musiqiçilərinin konsert verməsi çətindir. Müstəqil televiziya yoxdur və dövlət televiziyasına çıxmaq da mümkün olmur.”

Dəniz Qalatanın YouTube ve sosial şəbəkələrdə yerləşdirdiyi mahnılarından biri Urmiyə gölü ətrafında cərəyan edən ekoloji fəlakətlə bağlıdır.

O, Urmiyə gölünün qurumasını sadəcə Güneyin deyil bütün bölgənin problemi olduğunu vurğulayır.

“Heyvanlar ölür. İnsanlar öz yurdundan köçmək məcburiyyətində qalır. Hələ tək məsələmiz Urmiyə gölü deyil, başqa problemlərimiz də var. Bu mahnılarla dünyanın,  ən çox da öz xalqımızın diqqətini Güney Azərbaycanın problemlərinə cəlb etmək istəyirəm,” deyə Dəniz Qalata əlavə edir.

Benzer Haberler