"Ən yaxşı şeir müsabiqəsi- 2014” müsabiqəsinin yekunlarına həsr olunan tədbir keçirilib.
ANS-in AYB-nin mətbuat xidmətindən aldığı məlumata görə, ötən gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Ən yaxşı şeir müsabiqəsi- 2014” müsabiqəsinin yekunlarına həsr olunan tədbir baş tutub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid qonaqları salamladıqdan sonra "Ən yaxşı şeir müsabiqəsi – 2014” müsabiqəsinin qaliblərini təbrik edib, layihəyə dəstək verənlərə təşəkkürünü bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxışında müsabiqənin təşkilatçılarına, "10 şair 100 şeir” kitabının naşirinə təşəkkür edib, qalibləri təbrik edib.
Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza çıxışında "Ən yaxşı şeir müsabiqəsi – 2014” müsabiqəsi haqqında, layihəyə dəstək olanlar barəsində tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri Bəhruz Axundov şıxış edərək müsabiqənin gedişatı haqqında danışıb, yazarların, xüsusilə gənclərin belə müsabiqələrdə iştirakının vacibliyini vurğulayıb: "Müsabiqəyə təqdim olunan 106 şeirin hər biri münsiflər heyəti tərəfindən müzakirə olunub. Gənc isdedadların, həmçinin orta nəsildən olan şairlərin çap olunmaq çətinliyini nəzərə alaraq birinci yerin qalibini və ən yaxşı şeirlərin müəliiflərinin hər birinin 10 şeirini "10 şair – 100 şeir” poeziya almanaxı şəklində nəşr elədik”.
Müsabiqədə birinci yerin qalibi, Gürcüstanda yaşayan həmyerlimiz İbrahimxəlil Məhəmmədəli oğlu Tamıyev xüsusi Diplom və qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Münsiflər Heyətinin qərarına görə Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, Emin Piri, Həyat Şəmi, İntiqam Yaşar, Səyyarə Məmmədli, Adil Cəmil, Şəbnəm Xeyrulla, Ələmdar Cabbarlı Diplomlarla mükafatlandırılıblar.
"Ən yaxşı şeir müsabiqəsi – 2014” yekunlarına həsr olunan mərasimdə millət vəkili Aqil Abbas, Vaqif Bəhmənli, münsiflər heyətinin üzvü Qulu Ağsəs və İradə Musayeva çıxış edərək belə müsabiqələrin keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd ediblər, müsabiqələrdə yeni imzaların olmasını arzulayıblar, həmçinin ədəbi orqanların da mükafatlarının təsis olunmasını tövsiyə ediblər.
Tədbirdə Türkiyədən təşrif buyuran qonaq Mehmet Özkaya iştirak edib, xalq yazıçısı Anara öz hədiyyəsini təqdim edib.
Mərasimdə çıxış edən İbrahimxəlil, Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, İntiqam Yaşar, Ələmdar Cabbarlı müsabiqənin obyektiv keçirilməsinə görə təşkilatçılara, münsiflər heyətinə təşəkkür ediblər, şeirlərini səsləndiriblər.




2014-ün ən yaxşıları seçildi - Foto
26 Aralık 2014 Cuma 07:00

"Nəsimi ili” ilə bağlı tədbirlər planı müəyyənləşdirilib
Təbrizdə Azərbaycan aşıqlarının 23-cü toplantısı keçiriləcək
Qəbələ "İslam dünyasının turizm paytaxtı" seçildi
Təbrizli sənətçilərin ‘Səttarxan’ tamaşası Türkiyədə səhnəyə qoyulur
Toğrul İsmayıl: Azərilik Sovet və İran ideoloji sisteminin ortaya atdığı bir ideoloji görüşdür.
Şair və tərcüməçi Xaqani Qayıblı ilə oxucuların görüşü keçirilib - Fotolar
Səfir: Azərbaycan və Türkiyə bir-birinin sevincini, kədərini paylaşan qardaş ölkələrdir - Foto
Bir qadının uğuru, ya uğursuzluğu?
Zəncanda 11-ci ‘Aşıqlar Bayramı’ keçirilib
İranda musiqi festivalı keçirilir
Azərbaycanın “Eurovision-2016” təmsilçisinin adı və mahnısı açıqlanıb
Bərdədə “Qaçqın düşmüş musiqi” festivalı keçirilib
Azərbaycanlı uşaq rusları heyran etdi- Video
Bakıda çəkilmiş dini film Təbrizdə nümayiş etdirilib
Azərbaycanda ilk dəfə dövlət dilinin informasiya bazası yaradılacaq
Şeyx Əbdül “Qanlı Yanvar” barədə: “Vahid Mustafayev orada olmayıb”
"O səs Türkiyə”yə çıxan azərbaycanlılar herkesi coşdurdu - Video
Dünyaca məşhur müğənni 9 yaşlı azərbaycanlı qızla duet oxudu - Video
Tovuzda “Türk dövlət və toplumlarını yaxından tanıyaq” adlı tədbir keçirilib
MTRŞ: Telekanalların hərbi-vətənpərvərliklə bağlı proqram siyasəti bizi qane etmir