AŞPA-nın sədri Azərbaycana səfərə gəlib

29 Şubat 2016 Pazartesi 10:00

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramuntun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 29-da Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda AŞPA-nın sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov qarşılayıb.

Pedro Aqramunt aeroportda jurnalistlərə müsahibəsində AŞPA ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, səfəri çərçivəsində bir sıra dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirəcəyini bildirib./modern/ 

Benzer Haberler