Azərbaycan Yazıçılar Birliyinin Tərcümə Mərkəzinin yeni direktoru, şair Səlim Babullaoğlu yazıçı Afaq Məsudla guya aralarında olan narazıçılıq barədə açıqlama verdi.
ANS-in məlumatına görə, Səlim Babullaoğlu qeyd etdi ki, yayılan informasiya düzgün deyil, Afaq xanımla görüşməmişəm, aramızda da heç bir münaqişə yoxdur.
“Binanın ayrılması Nazirlər Kabinetinin ixtiyarındadır. Onlar necə qərar verəcəklərsə, elə də olacaq”, - deyə AYB-nin Tərcümə Mərkəzinin yeni direktoru bildirdi.
Qeyd edək ki, mətbuatda Afaq Məsudun bu yaxınlarda Nazirlər Kabineti yanında yaradılmış Tərcümə qurumuna rəhbər təyin olunsa da əvvəlki iş yerini təhvil-təslim etmək istəmədiyi yazılıb.
Şair Səlim Babullaoğlu bu haqda fikirlərini belə bölüşdürdü: “O binanın taleyi Nazirlər Kabinetinin yurisdiksiyasındadır. O bina bu iki qurumdan birinə veriləcək. Digəri isə başqa binaya köçəcək”.
Səlim Babullaoğlu hazırda AYB-də əvvəlki otağında oturduğunu dedi.
Yazıçı Afaq Məsud da bu informasiyanın yalan olduğunu söylədi: “Səlim Babullaoğlu bura gəlməyib, nə də bura gəlmək üçün müraciət edib. Biz oturub öz işimizlə məşğul oluruq. Binanın hansı quruma verilməsi məsələsi ilə Nazirlər Kabineti məşğul olur”.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi mayın 16-da yaradılıb və Afaq Məsud bu quruma sədr təyin edilib.




AYB-də nələr baş verir? - Foto
02 Temmuz 2014 Çarşamba 09:00

Ramazan bayramı ilə əlaqədar iki gün iş günü olmayacaq
“Qarabağ”la bağlı monitorinq: Rusdilli mediadan gözlənilməz mövqe
Bu ilin ilk 5 ayı ərzində Azərbaycanda 67 min körpə doğulub
Bakıdan keçən 3 ton heroin
Azərbaycan sülhməramlıları Əfqanıstandan qayıdıb
Ramil Usubov rəisləri topladı
“Vaxt qoymuşam ki, biz bu məsələni üç il ərzində həll etməliyik”
"Nida"-çı Şahin Novruzlu prezident İlham Əliyevə əfv müraciəti edib
Tanınmış aparıcı azərbaycanlı kişilərlə görüşənlərə xəbərdarlıq etdi
Qarpız alanda diqqətli olun!
Sabirabadlı deputat “saqqal qalmaqalı”ndan danışdı
Bakıda 17 yaşlı qız qarpızdan zəhərlənərək ölüb
İlham Əliyevin müşaviri zərərli dini cərəyanlardan danışdı
“Sovetski”dən sürətli köç başlayıb
Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin 5-ci müşavirəsi keçiriləcək
Gürcüstan parlamentinin spikeri Azərbaycana gəlir
TN Azərbaycandakı türk tələbələrin hansı universitetləri seçdiyini açıqladı
Cəriməni ödəməyən piyadanı nə gözləyir?
“Bakıda ağır şəraitdə yaşayan məcburi köçkünlərin sayı 300 min nəfərdən çoxdur”
"Bu ölüm-dirim məsələsidir"