Azərbaycan klubları Avropa Liqasında növbəti oyunlarını keçirəcək

09 Temmuz 2015 Perşembe 07:00
Bu gün futbol üzrə Avropa Liqasında ilk təsnifat mərhələsinin cavab oyunları baş tutacaq.

Azərbaycanın üç klubu turnirdə mübarizəni davam etdirəcək.

Bakının “İnter” klubu öz meydanında Albaniyanın “Laçi” klubunu  qəbul edəcək. Bu komandalar arasında oynanılan birinci matç 1:1 hesabı ilə başa çatıb.  “İnter Arena”da keçiriləcək oyun saat 20:30-da başlayacaq.

Qəbələ” Tiflisin “Dinamo” klubu ilə qarşılaşacaq. Komandalar arasında oynanılan birinci matç  Gürcüstan komandasının qələbəsi ilə nəticələnib (2:1). Qəbələ şəhər stadionunda keçiriləcək matça saat 21:00-da start veriləcək.

Bakının “Neftçi” klubu isə səfərdə Monteqronun “Mladost” klubu ilə qarşılaşacaq. Bakıda keçirilən ilk oyunda 2:2 hesablı bərabərlik qeydə alınmışdı. Matç Bakı vaxtı ilə saat 23:30-da başlayacaq./apa/

Benzer Haberler