Azərbaycanın Ukraynadakı səfirliyi Lvovda fəaliyyətini davam etdirir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda səfirlik vətəndaşlarımızın Ukraynadan təxliyəsi ilə məşğuldur.
Xatırladaq ki, Ukraynada vəziyyətin kəskinləşməsi və Kiyev şəhəri üçün təhlükənin artması fonunda mart ayının əvvəllərində azərbaycanlı diplomatlar paytaxtdan Lvova köçürülüblər.