Corc Fridman: “Dağıdıcı müharibələrə hazır olun”

10 Mart 2016 Perşembe 07:00

“Dövlətlər arasında dağıdıcı müharibələr yenilənə bilər”.  

Bu barədə ABŞ kəşfiyyatının kölgəsi kimi tanınan “Stratfor" Qlobal Analitik Mərkəzinin prezidenti Corc Fridman bildirib. 

Fridman qeyd edib ki, tarixdə hələ elə bir əsr olmayıb ki, «bütün sistemi silkələyən» sistem müharibəsi baş verməsin. Yəni istənilən beynəlxalq sistem ayrılmaz, qaçılmaz nöqsanlara malikdir.

ABŞ kəşfiyyatının kölgəsi "Stratfor" üçüncü dünya müharibəsinin siqnallarını verib. Fridman Yaxın Şərq və Avropada müharibənin başlaması üçün bütün lazımı şəraitin olduğunu vurğulayıb.  

"Nə vaxt ki, Almaniya, Çin və Rusiya kimi ölkələr başqalarıyla tənəzzül edir və sıxışdırılıb çıxardılır, sistem müharibələri başlanır.   1871-ci ildə Almaniya birləşdi və kim bilir nələr başlandı. XX əsrin başlanğıcında Yaponiya gücləndi və sonra xaos başlandı. Beləliklə, biz sistemin silkələndiyini görürük. Müharibəyə hazır olun", - deyə Fridman vurğulayıb.  

“Müharibənin harada başlaması mümkündür” sualına Fridman belə cavab verib: "Çox güman ki, inkişaf edən dövlətlərdə - bu Yaponiya, Türkiyə və Polşadır. Beləliklə, mən deyərdim ki, Şərqi Avropada və Yaxın Şərqdə müharibələr mümkündür. Həmçinin Yaponiya dəniz müharibəsinə başlaya bilər".  

Onun sözlərinə görə, bu vəziyyətdə bir dövlətlərin başqaları ilə əvəzlənməsi özü təhlükə törətmir, əsl təhlükə yeni dözlətlərin düşdüyü vəziyyətdir. Bununla yanaşı, o, hər hansı bir dövlət tərəfindən rəqibinə qarşı nüvə silahının istifadə olunacağı ehtimalına şübhə ilə yanaşır./ans/ 

Benzer Haberler