Martın 15-də Azərbaycanın İctimai Televiziyası ölkəni bu il “Eurovision” Mahnı Müsabiqəsində təmsil edəcək müğənninin adını açıqlayıb. Bu, Elnur Hüseynovdur.
Dünyanın ən məşhur mahnı müsabiqəsində Elnur Hüseynovun ifa edəcəyi mistik və müasir ballada isə “Hour of the Wolf” adlanır.
İTV-nin daxili seçiminin ardından “Eurovision 2015” təmsilçisinin “Hour of the Wolf” mahnısı ilə Elnur Hüseynov olduğu açıqlanıb.
Qeyd edək ki, bu, Elnur Hüseynovun nüfuzlu müsabiqədə ikinci iştirakı olacaq. Müğənni Azərbaycanı ilk dəfə 2008-ci ildəki yarışmada təmsil edib.
“O səs Türkiyə” yarışmasının sonuncu qalibi olan Elnur Hüseynov təmsilçi kimi seçilməsinə bu cür reaksiya göstərib:
““Eurovision 2015” özümü bir solo ifaçı kimi təsdiq etməyim üçün böyük şansdır. Öz mahnıma güvənirəm, çünki onun çox güclü ismarıcları var. Bu, həqiqətən də böyük mənası olan bir mahnıdır. Ən önəmlisi “bir savaşa layiqdir ürək” mesajıdır – biz heç vaxt təslim olmamalıyıq. Öz xoşbəxtliyimiz və daha yaxşı gələcəyimiz üçün daim savaşmalıyıq. “Eurovision”a bu ismarışı avropalılarla paylaşmaq üçün gedirəm”./modern.az/