Elnurdan “O səs Türkiyə”də daha bir möhtəşəm ifa - Video

29 Ocak 2015 Perşembe 08:00

Həmyerlimiz növbəti mərhələdə.

Türkiyənin məşhur “O səs Türkiyə” mahnı yarışmasının növbəti mərhələsi baş tutub.

Ebru Gündeşin komandasında səhnəyə çıxan həmyerlimiz Elnur Hüseynov “Habanera” opera parçasını səsləndirib.

Hadisənin komandasında olan Sidenur və Mazhar-Özkan cütlüyünün komandasında olan Naciyə ilə yarışan həmyerlimiz yenə də qalib olub.

Zalın səsverməsinə görə üçlüydə ən çox səs toplayan Elnur növbəti mərhələyə keçib./oxu.az/

Benzer Haberler