“Eurovision-2015”-də iştirak edəcək ölkələrin sayı dəqiqləşib

05 Ocak 2015 Pazartesi 08:00

“Eurovision-2015”-də iştirak edəcək ölkələrin sayı dəqiqləşib.

Modern.az müsabiqənin rəsmi saytına istinadən bildirir ki, Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsində iştirak edəcək ölkələrin sayı dəqiqləşib.

Belə ki, Vyanada 60-cı dəfə təşkil ediləcək nüfuzlu mahnı müsabiqəsində 39 ölkə təmsil olunacaq ki, bu da ötən illə müqayisədə iki iştirkaçı çoxluğu deməkdir. Kipr, Çexiya və Serbiya yenidən müsabiqəyə qayıdıb.

Ukrayna müsabiqədə iştirak etməyəcəyini bildirib.

Bu ilki “Eurovision” mahnı müsabiqəsinin iştirakçı ölkələrini təqdim edirik: Albaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Kipr, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Çernoqoriya, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, İsveç, Böyük Britaniya və Ermənistan təmsil olunacaq.

Yarışmanın I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.

Benzer Haberler