Fransada azərbaycanlıları döyən ermənilər istintaqa cəlb olunmayıb

12 Ocak 2015 Pazartesi 09:00

“İstintaq gedir, konkret nəticə yoxdur. Fransada belə məsələlərin araşdırılması  uzun sürür. Ona görə prosesin nə qədər çəkəcəyini, nə zaman tamamlanacağını deyə bilmərəm”.

Bunu modern.az-a açıqlamasında Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən “Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva parlamentin binasında erməni disporunun nümayəndələri tərəfindən döyüldükdən sonra açılan cinayət işinin gedişi barədə məlumat verərkən deyib.

O, prosesin gedişində istintaqa cəlb olunan hər hansı erməni dispor nümayəndəsi olmadığını qeyd edib: “İstintaq zamanı ötən ilin iyun, iyul aylarında mən və Vüsal Hüseynov ifadə vermişdik, konkret nəticə yoxdur. Məndə olan ən son məlumatlara görə araşdırmalar davam edir”.

2013-cü il fevralın 26-da “Paris Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyevanı və tələbə Vüsal Hüseynovu Fransa parlamentinin binasında erməni diasporunun nümayəndələri vəhşicəsinə döyüblər.

Faktla bağlı iş əvvəlcə Fransa Jandarmeriyasına, daha sonra Paris prokurorluğuna verilib. Azərbaycanın baş prokuroru hadisə ilə bağlı Fransanın Ali Məhkəməsi yanında baş prokurora və Paris Apelyasiya Məhkəməsi yanında baş prokurora müraciət edib.

Benzer Haberler