Gələn il Şuşanı nələr GÖZLƏYİR...

05 Nisan 2022 Salı 14:00

Şuşa şəhəri 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub. TÜRKSOY Daimi Şurasının ötən həftə Bursa şəhərində keçirilən növbədənkənar iclasında bununla bağlı qərar qəbul edilib.

 

Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsinin əhəmiyyəti barədə Modern.az-a danışan deputatlar TÜRKSOY-un qərarını yüksək qiymətləndiriblər.

Deputat Əziz Ələkbərli bildirib ki, Şuşa bütün dövrlərin mədəniyyət mərkəzi kimi imicini qoruyur:

 

“2021-ci ilin yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”, – dedi. Həmin il mayın 7-də cənab Prezident “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncam imzaladı. 5 yanvar 2022-ci il tarixdə isə Cənab Prezidentin Sərəncamı ilə 2022-ci il Şuşa ili elan edildi. İndi Şuşa şəhəri 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilib.

Benzer Haberler