Göyçayda qardaş bacısını qətlə yetirib

14 Kasım 2016 Pazartesi 08:00

Göyçay rayonunda qətl hadisəsi törədilib.

Hadisə bu gün axşam saatlarında Göyçayın Alpoud kəndində qeydə alınıb.

Sumqayıt şəhər sakini Kərimov Araz İlqar oğlu Bakıdan Göyçayın Alpoud kəndinə qonaq gələn bacısı, 1988-ci il təvəllüdlü İsrafilova Zeynəb İlqar qızını bıçaqlayaraq qətlə yetirib.

Nənəsinin evində bıçaqlanan Zeynəb İsrafilova təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılarkən çoxsaylı qan itirməsi səbəbindən yolda dünyasını dəyişib.

İki uşaq anasının həyat yoldaşından ayrıldığı və onun qardaşı tərəfindən qısqanclıq zəmnində aralarında baş verən dava zamanı qətlə yetirildiyi bildirilir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./apa/

Benzer Haberler