Türkiyədə Azərbaycanın daha da yaxından tanıtılması, Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə vermək, bu istiqamətdə fəaliyyət göstərən qurum və fərdlərə dəstək olunması məqsədi ilə qurulmuş olan Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti 31 Dekabr Dünya Azərbaycanlıları Həmrəylik Günü münasibətiylə tədbir təşkil etdi.
İzmirin ən gözəl guşələrindən biri olan Səfərihisar Euphoria Otelde təşkil olunan tədbirdə cəmiyyətin idarə heyəti və üzvləri ilə yanaşı, qeyri-hökümət təşkilatlarının sədrləri, is dünyasının nümayəndələri, İzmirdə fəaliyyət göstərən Azərbaycanlı müəllim və müxtəlif peşə sahibləri ilə çox sayıda Azərbaycan dostu şəxslər iştirak etdi.
31 Dekabr Dünya Azərbaycanlıları Günü haqqında iştirakçılara məlumat veriləndən sonra söz alan cəmiyyət sədri Dr.Asif Qurban qonaqlara xoş gəldin dedi.
Cəmuyyət sədri daha sonra bu gün və cəmiyyətin gələcək planları haqqında məlumat verərək, cəmiyyətin bundan sonra da önəmli və qalıcı fəaləyyətlər həyata keçirəcəyini vurguladı və bunun üçün hər kəsi cəmiyyət ətrafında sıx birləşməyə dəvət etdi.
Daha sonra cəmiyyətin idarə heyətinin almış olduğu bir qərar haqqında tədbir iştirakçılarına məlumat verildi. Bu, ilk əvvəl İzmirdə daha sonra Türkiyədə olmaq üzərə, il ərzində müxtəlif sahələrdə fəaliyyət göstətən şəxs və qurumlardan öz fəaliyyətlərində Azərbaycanla bağlı işlər görənləri seçərək onları o ilin Azərbaycan Dostu mükafatı ilə mükafatlandırılması qərarı idi.
Cəmiyyət 2014 ili üçün bir qurum və bir şəxsi bu mükafata laiq görmüşdür.
Qurum olaraq, öz fəaliyyətlərində Azərbaycan və Türk Dünyasına önəmli yer verən və bu il İzmirdə 40-a yaxın cəmiyyətin bir araya gələrək təşkil olunan Xocalı Platformunun təşkilatcılarından biri olan Zəkariya Doğan Mədəniyyət Təhsil və İdman Cəmiyyəti seçilmişdir.
“2014 İli Azərbaycan Dostu Qeyri-Hökümət Təşkilatı” mükafatını cəmiyyətin sədri Kenan Doğana Asif Qurban təqdim etdi. Kenan Doğan, bu mükafatı almasından ötrü məmnun olduğunu, bundan sonra da bu yöndə fəaliyyətlərinə dəvam edəcəyini və Azərbaycan Cəmiyyəti ilə də əməkdaşlıq etmək istədiyini ifadə etdi.
Digər mükafata isə İzmirdə fəaliyyət göstərən, geniş bir dinləyici kitləsinə sahib olan Can Radyoda siyasət üzərinə veriliş hazırlayan və aparan Doğan Beyazgül laiq görüldü.
“2014 İli Azərbaycan Dostu Medya İşçisi” mükafatını Doğan Beyazgülə Müstəqil Sənayici İş Adamları Assosasiyası İzmir Şöbəsi Sədr Müavini Hakan Şəkərci təqdim etdi.
Doğan Beyazgül də mükafat üçün təşəkkür edərək, müxtəlif zamanlarda Türkiyə mətbuatında Azərbaycan əleyhinə çıxışlar olduğu və son dönəmlərdə erməni tərəfdarlarının aktivləşdiyini vurguladı və bundan sonra da var güçümlə Azərbaycan gerçəklərinin Türkiyə insanına çatdırılması üçün çalışacağam deyə ifadə etdi.
Tədbirdə iştirak edən qonaqlar İstanbulda yaşayan, “O Səs Türkiyə” yarışmasında Azərbaycanı laiqincə təmsil edən, gənç sənətçi Elgün Guliyev ve İzmirdə hər zaman Azərbaycan musiqisinin təbliğində böyük əməği olan sənətçi Erdal Baydarın doyumsuz musiqiləri ilə eyləncəli anlar yaşadılar.
Tədbir eyni zamanda insanların bir-birləri ilə tanışmaları, yeni əməkdaşlıqların qurulmasi ilə də yadda qaldı.
/newsaze/