Lavrov: "Ermənistan Dağlıq Qarabağın statusunun birtərəfli qaydada müəyyən olunmayacağını bəyan edib"

05 Mayıs 2016 Perşembe 06:00

“Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı müzakirə aparacağı ilə bağlı xəbərlərdən təlaş keçirməyə səbəb yoxdur, çünki Ermənistan bəyan edir ki, regionun statusu birtərəfli qaydada müəyyən edilməyəcək”.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində deyib.

Nazir bildirib ki, Ermənistan bu məsələni müzakirə etmir: “Bu, parlamentin 2 üzvünün təklifidir. Ermənistan hökuməti də öz qanunlarına əsasən bu qanun layihəsi üçün yekun rəy hazırlamalıdır.

Mən İrəvanda olanda və daha sonra həmkarımla telefon danışığı zamanı, eləcə də aprel hadisələrindən sonra o Moskvaya gələrkən aydın şəkildə bildirdilər ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə sadiqdir.

Bu, o deməkdir ki, Dağlıq Qarabağın statusu birtərəfli qaydada deyil,  ümumi razılıq əsasında müəyyənləşdiriləcək”./apa/

Benzer Haberler