Litvanın Kaunas şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL), Litva DJ-lər Assosasiyanın təşkilatı dəstəyi ilə "DJ Contest" (DJ müsabiqəsi) adlı layihə icra olunub.
Tədbirdə Litva DJ-lər Assosasiyasının seçimlərindən keçmiş on DJ öz gücünü sınayıb.
Finala çıxan üç DJ müsiflər heyəti tərəfindən seçilmiş müasir Azərbaycan müsiqilərindən birinin üzərində öz performanslarını göstərdilər. Qalib olmuş Simonas Kuoqaylayla yanaşı digər qaliblərə də qiymətli hədiyyələr və diplomlar təqdim olundu, qalan yeddi iştirakçı isə sertifikatla mükafatlandırıldı.
Qeyd edək ki, müsiflər heyyətinin üzvləri rejissor Rüfət Həsənov, məhşur jazz ifaçısı Ülviyyə Rəhimova, Litva DJ-lər Assosasiyasının rəhbəri Raimondas Vanaqas və AYOL-un sədri Şahsuvar Hacızadə idi. Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətinin, müasir müsiqisinin Litvada ictimaiyyəti arasında təbliği və Avropa mədəniyyətinə inteqrasiyasına dəstək göstərmək idi.
Layihənin rəhbəri Aqil Qasımzadə bildirib ki, gənclər arasında keçirilən müasir müsiqili müsabiqə Kaunas şəhərində böyük marağa səbəb olmuş, Azərbaycan mədəniyyətinin bu tip müsabiqələrə biganə qalmadığını, Avropa mədəniyyətinə nümunə ola biləcəyini bir daha göstərdi.
Elnur Eltürk