Litvada idmançılarımız möhtəşəm qələbə qazanıblar. Eyni zamanda Litvada təhsil alan azərbaycanlı gənclər "Girovları azad et!" aksiyasına start veriblər.
BayMedia xəbər verir ki, Litva Azərbaycanlı Gənclər Təşkilatının üzvləri 8-10 Noyabr 2014-cü il tarixində Litvanın Kaunas şəhərində keçirilən 16-22 yaşlı gənclər arasında Avropa üzrə Karate kyokşin çempionatında iştirak edən idmançılarımıza dəstək olublar.
Çempionata 5 imdançı ilə yollanan Azərbaycan heyəti vətənə bir qızıl və bir gümüş medalla geri qayıdıb. Hər iki medal 65 kq çəki dərəcəsində əldə olunub. Finalda döyüşən iki azərbaycanlı idmançıdan biri Emin İsmayıllı qızıl medala, digər idmançımız Eltac Hümbətov isə gümüş medal qazanıblar.
Bundan əlavə təşkilat üzvləri "Girovları azad et!" virtual flaşmob aksiyasına dəstək olmaq üçün Litvalı gənclər arasında virtual petisiya aksiyasına start veriblər.
Elnur Eltürk