Professor Məryəm Mirzəxani riyaziyyat üzrə ən böyük mükafata layiq görüldü
ABŞ-ın Stanford Universitetinin professoru Azərbaycan Türkü, İran vətəndaşı Məryəm Mirzəxani Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən təsis olunan Filds medalına layiq görülüb.
Məryəm Mirzəxani ali təhsilini Tehranda aldıqdan sonra Harvard Universitetində davam etdirib. 2008-ci ildən Stanford Universitetində professor kimi çalışır.
Filds medalı Nobel mükafatına bərabər tutulur. Nobel mükafatı riyaziyyatçılara verilmədiyi üçün bu sahədə Filds dünyanın ən yüksək mükafatı sayılır.
Filds mükafatı 1936-cı ildə təsis olunub və dörd ildən bir təqdim olunur. İndiyədək 56 nəfərə verilib.
Bu il təqdimat mərasimi Cənubi Koreyanın paytaxtı Seulda baş tutub.
37 yaşlı Məryəm bu mükafatı alan ilk qadın alimdir./ans/