Nalbandyanı susduran İsveç Azərbaycan Gənclər Təşkilatı haqqında nə bilirik?

05 Aralık 2014 Cuma 11:00

Mahirə Muxtarlı:” Təşkilatımızın başlıca məqsədi Dağlıq Qarabağ probleminin tanıdılmasıdır- Müsahibə

İsveç-Azərbaycan Gənclər Təşkilatının həmsədri Mahirə Muxtarlı ilə müsahibə

- Oxucularımıza İsveç Azərbaycan Gənclər Təşkilatı haqqında məlumat vərəsiniz.

-İsveç-Azərbaycan Gənclər Təşkilatı (Sveriges Unga Azerbajdzjaner (SUA)) təşkilatı İsveçdə qeydiyyatdan keçib. Fəaliyyətimiz qeyri-dini və qeyri-siyasi olaraq, Azərbaycan mədəniyyətinin İsveçdə tanıdılması, İsveçlə Azərbaycan əlaqlərinin güclənməsi, İsveçdəki azərbaycanlı gənclərinin yaşadıqları cəmiyyətə inteqrasiya etməsini dəstəkləmək, ən başlıcası isə Dağlıq Qarabağ probleminin tanıdılması istiqamətində işlərin görülməsidir.

-Ümumiyyətlə,təşkilatınız İsveç cəmiyyəti ilə fəaliyyəti necə qurur?

-Fəaliyyətimizin ən başlıca istiqamətlərindən biri isveçlilərlə və onların işlədikləri cəmiyyətlərlə əlaqələrin qurulmasıdır. Bu əlaqələr həyata keçirdiyimiz layihələr, tədbirlər və şəxsi tanışıqlar (məs,universitet yoldaşları, müəllimlər, və ya iş yoldaşları ) vasitəsilə də həyata keçirilir. İsveçdə olan azərbaycanlı yaşlı nəsillə müqayisədə gənclər yerli cəmiyyətlə daha asan əlaqələr qura bilir. Bunun birinci səbəbi gənclərin İsveçdə ali təhsil alması və ömürlərinin əsas hissəsini İsveçdə yaşamaqdırsa, ikinci isə yerli mədəniyyəti, etik normaları yaxşı bilmələri və loru dildə desək işveçlinin öz “dil”-ində məsələlərə yanaşmasıdır.

-Yerli İsveç mediasına çıxışınız hansı səviyyədədir?

- Yerli mediaya çıxış-İsveçdə fəaliyyət göstərən cəmiyyətlərin, o cümlədən də bizim cəmiyyətin qarşılaşdığı əsas maneələrdəndir. İsveç mediası İsveçi əlaqələndirən və çoxsaylı oxucu auditoriyası qazanacağı mövzulara üstünlük verir. Bizim 2015-ci il fəaliyyətimizin əsas sahəsini media tutacaq və bu məsələyə pozitiv yanaşaraq qeyd etmək istəyirəm ki, İsveçin media sahəsi ilə olan layihələrimiz vasitəsiIə əmədaşlıqlar gözlənilir.

-İsveç cəmiyyətində Azərbaycan haqqında fikirlər hansı yerdədir?Ölkəmiz yetirincə tanınırmı? -Regional yanaşma baxımdan Azərbaycan İsveçdən bir qədər uzaqda yerləşdiyinə görə, ölkə haqqında daha geniş məlumatları yoxdur. Siyasi mövqeden yanaşsaq, Azərbaycan Rusiya Federasiyasının qonşuluğunda yerləşən və Avropa Birliyini qonşuluq siyasətində olan dövlətdir. Bu baxımdan bəzi iş adamlarında Azərbaycan maraq yarada bilir. Ölkəmizi zənginliyini İsveçdə tanınması bizim təşkilatın prioritet sahələrimizdən biridir. Bu sahədə Azərbaycanın İsveçdəki səfiri cənab Adış Məmmədovun başçılığı ilə səfirlik silsilə tədbirlər təşkil edilir və eyni zamanda bizim təşkilata da dəstək olurlar.

-Erməni diasporu fəaliyyətinizə hansısa çətinliklər yaradırmı?

-Bizim fəaliyyətimizə indiyədək ermeni diasporu çətinlik yaratmayıb, tam əksinə biz onların “anti-Azərbaycan” və “anti-Türkiyə” propaqandalarını məhdudlaşdırmağa çalışırıq. Bu yaxınlarda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İsveçə səfəri çərçivəsində Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunda “Cənubi Qafqazda təhlükəsizlik problemləri” çıxışı zamanı təşkilatımızın nümayəndələri ilə tədbirdə iştirak edərək suallar verdik.

Verilən suallarda Ermənistanın 20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar dövlət kimi tanıyaraq onun silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb etməsi qeyd olunub. Bundan başqa, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin erməni hərbi birləşmələri tərəfindən bir gecədə yerlə-yeksan edilməsini, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc Xocalı sakinini qəddarlıqla qətlə yetirilməsini tədbir iştirakçılarının diqqətinə çatdırdıq.

Tədbirdə erməni diasporundan heç kimin iştirak etmədiyini şahidi olduq. Ən maraqlı gələn isə o oldu ki, nazirin İsveçdə gözləmədiyi bir anda bu qədər azərbaycanlı gənclərlə qarşılasması naziri və erməni diplomatik korpusunu təlaşa salmışdı. Onu da qeyd edim ki, artıq İsveçdə Ermənistan səfirliyi açıldı və bəlkə bundan sonra onların bizə qarşı müəyyən fəaliyyəti haqqıda düşünə bilərik.

-Sonda nə qeyd etmək istərdiz?

-Sizə öz təşəkkürümü bildirirəm ki, bizim fəaliyyətimizlə maraqlanırsız və geniş ictimaiyyətə çatdırırsız. Əlavə olaraq da qeyd etmək istərdim ki, hal-hazırda təşkilatımızın fəaliyyət istiqamətinə başçılıq etmək üçün İsveçdə təhsil almış, ən azı beş dildə danışa bilən gənclərdən təşkil edilmiş heyətimiz var.

Təşkilatın fəallarından Rəsul Məcidov, Allahverdi Verdiyev, Mədinə Adilova, Zahid Talibov, Aysel Yusubova, Ruslan Hüseynov və Elmar Muradov təşkilatın inkişaf etdirilməsi istiqamətində təqdirə layiq işlər görürlər. Həmçinin təşkilatımız gənclər sektorunda Azərbaycanla və regional əməkdaşlığı da üstünlür verir. Bizimlə əmədaşlıq etmək istəyənlər facebook və elektron poçt vasitəsi ilə əlaqə saxlaya bilərlər.

Facebook səhifəsi https://www.facebook.com/pages/Sveriges-Unga-Azerbajdzjaner-SUA-t%C9%99%C5%9Fkilat%C4%B1/125157434213895

Elektron poçt ünvanımız və internet səhifəmiz: sua_organization@ymail.com,  www.suaz.org Sveriges Unga Azerbajdzjaner (SUA təşkilatı)

Elnur Eltürk

GünAz.tv

Benzer Haberler