Nobel Sülh mükafatının sahibi məlum olub

07 Ekim 2016 Cuma 13:00

2016-cı il üçün Nobel Sülh mükafatının sahibi açıqlanıb.

Mükafata Kolumbiya prezidenti Xuan Manuel Santos Kalderon layiq görülüb.

O, Kolumbiya İnqilabi Silahlı Qüvvələri ilə hökumət arasında sülh əldə olunmasına görə Nobel Sülh mükafatına layiq bilinib.

Tərəflər arasında sülh müqaviləsi bu il sentyabrın 26-da imzalanıb.

Qeyd edək ki, ölkədə vətəndaş müharibəsi 50 ildən artıq davam edib. 220 min nəfər 1964-cü ildən başlayan müharibənin qurbanı olub./apa/

Benzer Haberler