Tarixlərində ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsində yüksələn "Qəbələ" və “Inter” futbol klublarının bu mərhələdəki rəqibləri müəyyənləşib.
“Qəbələ” Kiprin "Apollon" klubu, “Inter” isə İspaniyanın "Atletik" (Bilbao) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 30 iyul və 6 avqust tarixlərində keçiriləcək./apa/