Səfir: Misir və Azərbaycan arasında həmişə möhkəm əməkdaşlıq olub

15 Haziran 2016 Çarşamba 08:00

Misir və Azərbaycan arasında mütəmadi siyasi dialoq mövcuddur, iki ölkə arasında həmişə möhkəm əməkdaşlıq olub.

Bunu Trend-ə Misirin Azərbaycandakı səfiri Suzan Cəmil deyib.

Onun sözlərinə görə, bu il Misirdən Azərbaycana bir sıra yüksək səfərlər baş tutacaq.

Səfir Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycana dəstəyini ifadə edib: "Misir BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi üzrə 4 qətnaməsini və bu məsələdə Azərbaycanı dəstəkləyir. Biz münaqişənin sülh yolu ilə həll olunacağına ümid edirik".

Benzer Haberler