“Türkə və özəldə Avropa Türkünə genəl bir baxış” kitabı haqqında fikirlər

26 Aralık 2014 Cuma 03:00

“Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən- nəsillərə yetirən fikir gəmisidir” (F.Bekon)

Murat Gedik imzası bir çox Azərbaycan oxucuları üçün də yad bir imza deyil. Ölkəmizdə fəaliyyət göstərən bəzi qəzet və internet portalları zaman-zaman onun yazılarına diqqət göstərib, öz səhifələrində veriblər.

Hollandiya Türk Federasiyasının (HTF) genel başqanı olmaqla bərabər, Murat bəy Hollandiyada işıq üzü görən bir çox Türk dilli mətbuatda müntəzəm olaraq yazılarla çıxış edir. Özünün dediyi kimi, HTF idarə heyətində olanların və digər dostların təşəbbüsü ilə bu yazıları bir kitab halına salmağa qərar verib. Bekonun dili ilə desək, daha bir kitab zaman dalğaları üzərində səyahətə çıxdı və bu kitaba yığılmış dəyərli fikirləri gələcək nəsillərə aparmaqdadır.

Bu günlərdə Hollandiyanın Rotterdam şəhərindəki Oba restoranında HTF – nin genel başqanı Murat Gedikin yuxarıda sözünü etdiyim, “Türkə və özəldə Avropa Türkünə genəl bir baxış” adlı kitabının təqdimat mərasimi keçirildi. Təqdimata Hollandiyada fəaliyyət göstərən, Türk kökənli insanları ətrafında birləşdirən, çoxsaylı təşkilat rəhbər və təmsilçiləri, iş adamları, jurnalistlər və ayrı-ayrı şəxslər qatılmışdılar.

Tədbiri giriş sözü ilə açan Erim Uğurlu gələn qonaqları salamladıqdan sonra, sözü HTF başqanı və təqdimatına toplaşdığımız kitabın müəllifi Murat Gedikə verdi. Müəllif kitabın ərsəyə gəlməsi səbəblərindən danışdıqdan sonra, kitabdan bəzi hissələri toplaşanlara oxudu.

Diqqətimi çəkən məqamlardan biri də o idi ki, sözü gedən kitabda bir dənə də olsun foto, rəsm yoxdur. Lakin Murat bəy kitabdan hissələri oxuyan zaman, orda sözlə çəkilmiş rəsmlər, fotlar və hətta xəritələr (Türk dünyasının xəritəsi) olduğu təsəvvürü yarandı.

“Nereli?” – kitabdakı bölmələrdən biri belə adlanır. “...Bundan dolayı sorarlarsa haralısan deyə, cavabında demən gərəkdir ki, əslən Türk elindən Kırşəhərə köçüb yerləşmiş (müəllifin əsli ordandır V.A.), ordan da Hollandiyaya köç edən bir ailənin Naymixendə (Nijmegen – Hollandiyada şəhər, müəllifin doğulduğu yer) doğulmuş bir övladıyam.

Uzun və zor bir cavab, amma həyatın da zor olduğunu unutmamaq lazım. Hələ bu dünyada haqq bir dinə mənsub olmaq, üstəlik Türk olmaq daha da zor. Kolay cavab vermək istəyirsənsə, belə bir cavab da verə bilərsən ki, harda bir Türk varsa, mən oralıyam.”

Kitabı vərəqdlədikcə müəllifin bu yazdıqlarının tək sözdə deyil, həm də əməldə olduğunun şahidi olursan. Murat bəy bu kitabda bir növ, Avropa türklərindən başlamış, Türkiyə, Azərbaycan, Krım və bütün Türk dünyasının, dünyada türklərin yaşadığı ərazilərin xəritsəini çəkib.

“Novruz Türk Birliyinin vazkeçilməz dəyəridir” – deyən müəllif, kitabda bayramlarımız barədə söhbət açıb. Türk dünyasının böyük şəxsiyyətləri, Atatürk, Türkeş, Elçibəy, Rauf Denktaş, Sadık Ahmetlə bərabər, Türk dünyasının ədəbiyyatına da bir işıq salıb müəllif. Əzilməkdə olan, haqsızlığa məruz qalan ellərimizə, Qarabağa, Xocalıya, Krıma, Türkmənelinə, Doğu Türküstana da nəzər salmağı unutmayıb Murat bəy qələmə aldığı bu kitabda.

“Yolun açıq olsun, Türk Milləti” – kitaba verilmış son məqalə belə adlanır və müəllif məqaləsini belə tamamlayır: ”Türklüyün yaşaması mənim yaşamamdır. Bu keçici dünyada tək diləyim sənə layiq ola bilməkdir, sən bunu anlasan da, anlamasan da. Sənə son sözüm hər vaxt: “Yolun açıq olsun, Türk milləti!” olacaqdır.”

Vüqar Abbasov

Benzer Haberler