Vətən müharibəsində itkin düşənlərlə bağlı Beynəlxalq Komissiyaya müraciət olunub

05 Nisan 2022 Salı 14:00

“İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın beynəlxalq səviyyədə yüksək iş təcrübəsi var və orada yüksək səviyyəli mütəxəssislər mövcuddur".

Modern.az xəbər verir ki, bunu Dövlət Komissiyasının katibi İsmayıl Axundov mətbuat konfransında deyib.

İ.Axundov bildirib ki, bu Komissiya ilə əməkdaşlıq etmək qərara alınıb:

"I Qarabağ müharibəsi dövründə itkin düşən şəxslərin axtarışları, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı bu təşkilatdan yardım almaq niyyətindəyik. Vətən müharibəsində itkin düşən 5 nəfərin tapılması və axtarışı üçün də bu komissiyaya müraciət olunub”.

Benzer Haberler