"Qarabağ" Avstriyada hazırıqlarını davam etdirir.
Futbolxeber.az-ın məlumatına görə, hazırlığın növbəti günündə 2 məşq baş tutub.
Yerli vaxtla 11:00-da (Azərbaycan vaxtıyla 14:00) start götürən çalışma 90 dəqiqə davam edib. Məşq daha çox fiziki hazırlıq üzərində baş tutub.
Günün 2-ci çalışması yerli vaxtla 19:00-da başlayıb. Daha çox toplu çalışmalar üzərində qurulan məşq saat yarım davam edib.
Dünən yeni transferi Elvin Yunuszadə də komandanın düşərgəsinə qoşulub.
Amma gec gəldiyinə görə müdafiəçi məşqə qatılmayıb.