AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Məmmədyarov: Ermənistan anlamalıdır ki, status-kvo və silahlı təxribatlara uymaq çox ciddi səhvdir
20/09/2016 Yazdır

Ermənistan anlamalıdır ki, status-kvo və silahlı təxribatlara uymaq çox ciddi səhvdir.

XİN-dən Trend-ə verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təsis edilmiş Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun ilk iclasında çıxışında deyib.

İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun ilk iclasını təşkil etdiyinə və eyni zamanda iclasa sədrlik etdiyinə görə Baş Katib İyad Amin Mədəniyə təşəkkürünü bildirən E.Məmmədyarov bildirib ki, İƏT Kontakt Qruplarının təsis edilməsi Təşkilat üçün mühüm əhəmiyyətə malik məsələlərə İƏT Üzv Dövlətlərin daha çox diqqət yetirməsi üçün uğurlu təcrübə olmaqda özünü sübut edib:

"Bu baxımdan mən inanıram ki, bu Kontakt Qrupun iclasları Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilərindəki son vəziyyət barədə İƏT Üzv Dövlətlərini məlumatlandırmaq və münaqişənin nizamlanması prosesinə İƏT-in mümkün töhfələrinə dair fikir mübadiləsi aparmaq üçün fürsət olacaq.

Ermənistan Azərbaycana qarşı müharibəyə başlayıb və güc tətbiq edib, Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon da daxil olmaqla, ərazisinin beşdə birini işğal edib, bir milyondan çox azərbaycanlı əhalini didərgin salmaqla işğal edilmiş ərazilərdə etnik təmizləmə aparmış və münaqişə dövründə digər ağır cinayətlər törədib".

Nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət dəfələrlə Azərbaycana qarşı hərbi güc tətbiqini və nəticə olaraq ərazilərinin işğalını pisləyib: "1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını qınayan və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib.

Bu qətnamələrdə Təhlükəsizlik Şurası bir daha Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. BMT Baş Assambleyası münaqişəyə dair üç qətnamə (20 dekabr 1993-cü il tarixli, 48/114 saylı, 7 sentyabr 2006-cı il tarixli, 60/285 saylı və 14 mart 2008-ci il tarixli, 62/243 saylı) qəbul edib və 2004-cü ildən etibarən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı xüsusi bənd BMT Baş Assambleyası sessiyalarının gündəliyinə daxil edilib.

Ermənistan və Azərbaycan arasında münaqişə baş verdikdən sonra İƏT BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanaraq, Ermənistanın Azərbaycan ərazilərindəki hərəkətlərini açıq-aşkar təcavüz adlandırıb və Azərbaycana qarşı güc tətbiqini və onun ərazilərinin işğalını ən kəskin şəkildə pisləyib. Fürsətdən istifadə edərək, Azərbaycanın haqlı mövqeyini dəstəklədikləri və bununla bağlı həmrəylik göstərdikləri üçün İƏT Üzv Dövlətlərə öz təşəkkürümü bildirmək istərdim".

XİN rəhbəri həmçinin bildirib ki, silahlı münaqişənin başlanmasından iyirmi dörd il keçib: "Buna baxmayaraq, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə, İƏT və digər beynəlxalq təşkilatların qərarlarına və ayrıca Dövlətlərin mövqelərinə məhəl qoymayaraq və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobul şəkildə pozaraq, Ermənistan Azərbaycan ərazilərini qanunsuz şəkildə işğal altında saxlamaqda davam edir.

Ermənistan işğal edilmiş ərazilərdə öz hərbi potensialını gücləndirməklə, əraziləri demoqrafik, mədəni və fiziki cəhətdən dəyişməklə, zorla didərgin salınmış yüz minlərlə azərbaycanlı əhalinin öz doğma yurd-yuvalarına və mülklərinə qayıtmasının qarşısını almaqla işğala əsaslanan mövcud status-kvonu daha da möhkəmləndirmək üçün səy göstərməkdə davam edir. Bundan əlavə, atəşkəsin müntəzəm şəkildə pozulması, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti və iki dövlət arasındakı sərhəd boyunca yerləşən şəhər və kəndlərə hücumlar son zamanlar daha mütəmadi və zorakı xarakter almış və çoxlu sayda azərbaycanlı mülki əhalinin öldürülməsi və yaralanması ilə nəticələnib. Ən son bu ilin aprel ayının əvvəllərində Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı genişmiqyaslı hücumlar həyata keçirib.

Aprel hadisələri qabarıq şəkildə göstərdi ki, beynəlxalq ictimaiyyət tərəfindən qeyri-davamlı və qəbuledilməz hesab olunan status-kvo təhlükəlidir və gözlənilməz nəticələr ilə hər an gərginliyin artması ehtimalı var. Ermənistan anlamalıdır ki, status-kvo və silahlı təxribatlara uymaq çox ciddi səhvdir.

Azərbaycan Ermənistandan işğal olunmuş ərazilərdə öz hərbi mövcudluğunu dayandırmağı və həlli uzanmış münaqişənin siyasi həllini tapmaq üçün xoş niyyətlə Azərbaycanla danışıqlara başlamağı gözləyir. Ermənistan nə qədər tez öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsa, bir o qədər regional təhlükəsizlik üçün faydalı olar".

Nazir E.Məmmədyarov qeyd edib ki, Ermənistanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün birgə səy göstərilməsinin və Ermənistanın təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoymaq üçün belə effektiv siyasi və iqtisadi tədbirlər görmək məqsədilə İƏT tərəfindən Üzv Dövlətlərə və beynəlxalq ictimaiyyətə davamlı çağırışlar edilməsinin vacibliyini nəzərə alaraq, İƏT Kontakt Qrupunun təsis edilməsi və onun effektif fəaliyyəti böyük əhəmiyyətə malikdir:

"Biz inanırıq ki, bu Kontakt Qrup çərçivəsində müzakirələr müvafiq İƏT qətnamələrinin həyata keçirilməsinə öz töhfəsini verəcək və bu xüsusda İƏT Üzv Dövlətlərinin ayrıca və birgə səylərini tarazlaşdırmağa kömək edəcək. Mən İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupuna uğurlu başlanğıc və məhsuldar müzakirələr arzulamaq və bir daha bu Kontakt Qrupun məqsəd və məramlarının müəyyənləşdirilməsi və həyata keçirilməsində öz dəyərli dəstəkləri üçün İƏT Baş Katibi cənab İyad Amin Mədəni və onun peşəkar kollektivinə təşəkkürümü bildirmək istərdim".

Qeyd edək ki, iclasa İƏT-in Baş katibi İyad bin Amin Mədəni sədrlik edib. Kontakt Qrupunun tərkibinə yeddi dövlət - Türkiyə, Mərakeş Krallığı, Səudiyyə Ərəbistanı Krallığı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxildir. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə İƏT çərçivəsində olan bütün regionlar təmsil olunub.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft