AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Rəsulzadənin ev muzeyi açılmalıdır: “AXC-100”-lə bağlı TƏKLİF  •   Türkiyə prezidenti İrana gedir  •   Prezidentlərin övladları Bakıya gələcək  •   Azərbaycanda nikaha daxil olmaq istəyən 225 nəfərdə təhlükəli virus aşkar edilib  •   Nadir Qazipur: Urmu Gölünü Canlandırma Mərkəzi Azərbaycanın ölüm mərkəzinə çevrilib  •   Sumqayıtda it dişləyən 5 yaşlı uşaq öldü  •   Türkiyədə dəhşətli qəza: Azərbaycanlılar öldü – Video  •   Mandatı ləğv edilmiş deputatlar: Onların deputat kreslosunu itirmələrinin səbəbləri - SİYAHI   •   Yaşar Əsədi: İranda milli fəalların sürgün edilməsi psixoloji təzyiq vasitəsidir  •   Azərbaycanda boşanan ailələrin 50 faizi uşaqsızdır  •   İran Nazirlər Kabinetinə Namizədlər Siyahısında Heç Bir Türk Yer Almadı  •   Dilqəm Əsgərovun oğlu: “6 aydır xəbər almırıq”  •   Bakıda 17 uşağı gün vurub, 41 nəfər xəstəxanaya yerləşdirilib  •   İran rejiminin erməni sevgisi: Ermənilər Çaldıranda mərasimə başlayıb  •   Bakıda 11 avtomobilin iştirakı ilə zəncirvari qəza: 4 nəfər xəsarət alıb   •   Rusiya-Ermənistan birgə qoşun qüvvələrinin yaradılması haqqında saziş: Qarabağla bağlı öhdəlik   •   Türk Şurasının baş katibi qızıl medalla təltif olunub - Foto  •   Gürcüstanda azərbaycanlı gəncə yüksək vəzifə həvalə olunub  •   Toğrul İsmayıl: Azərilik Sovet və İran ideoloji sisteminin ortaya atdığı bir ideoloji görüşdür.  •   Güney Azərbaycanda Milli Qiyamın 11-ci ildönümüdür - VİDEO  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Mərkəzi Bank tərəfindən banklara hansı növ kreditlərin hansı şərtlərlə veriləcəyi açıqlanıb
20/05/2016 Yazdır

Mərkəzi Bankın İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nı təsdiq edib.

Bu qaydalar Mərkəzi Bank tərəfindən Azərbaycanda fəaliyyət göstərən banklara kreditlərin verilməsi qaydalarını müəyyən edir.

Mərkəzi Bank banklara 3 növ - yenidənmaliyyələşdirmə,  sonuncu instansiya və məqsədli kreditlər verir. Yenidənmaliyyələşdirmə kreditləri banklara 30 günədək, 360 günədək və 360 gündən yuxarı müddətə verilə bilər. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri birbaşa və ya dolayı hərraclar vasitəsilə verilir.

30 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə faiz dərəcələri dəhlizinin yuxarı həddi arasında müəyyən edilmiş faiz dərəcəsi ilə verilir. Yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir), kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər qismində aktivlərlə təmin olunmalıdır.

30 günədək yenidənmaliyyələşdirmə kreditləri birdəfəlik kredit formasında verilir və müddəti uzadılmır. Təminat hərracın keçirildiyi gündən 5  iş günü ərzində rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina olunur. 360 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 360 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə verilir. 

360 günədək verilən yenidənmaliyyələşdirmə kreditləri dövlət zəmanəti, Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir), kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər, daşınmaz əmlak və qızıl külçə formasında bank metalı qismində aktivlərlə təmin olunmalıdır.

Makroiqtisadi vəziyyət nəzərə alınmaqla 360 gündən yuxarı müddətədək yenidənmaliyyələşdirmə kreditləri verilə bilər. Bu növ kreditlərin verilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edilir. Belə kreditlərin verilməsi şərtləri hər bir halda Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə müəyyən edilir.

Mərkəzi Bank bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 6 aydan artıq olmayan müddətə sonuncu instansiya kreditləri verə bilər. Mərkəzi Bank müraciət daxil olduqdan sonra 2 iş günündən gec olmayaraq kreditin verilib-verilməməsi barədə qərar qəbul edir. Mərkəzi Bankın İdarə Heyəti sonuncu instansiya kreditinin verilməsinə dair qərar qəbul edərkən pul siyasəti hədəfləri, kreditin məbləği, müddəti və ödəmə qrafikini nəzərə alır.

Sonuncu instansiya kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə verilir. Sonuncu instansiya kreditinin verilməsi forması, müddəti və ödəniş şərtləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən olunur. Sonuncu instansiya kreditləri      dövlət zəmanəti, Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir), kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər, daşınmaz əmlak və  qızıl külçə formasında bank metalı qismində aktivlərlə təmin olunmalıdır.  

Sonuncu instansiya kreditinin verilməsi üçün barəsində müraciət olunan bankın sistem əhəmiyyətini və sektorun maliyyə sabitliyinin qorunmasına təsirini nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyəti 6 aydan artıq olmayan müddət çərçivəsində digər şərtlərlə də sonuncu instansiya kreditinin verilməsi barədə qərar qəbul edə bilər.

Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir.

Banklara kreditlər birdəfəlik və ya kredit xətti formasında verilir. Mərkəzi Bank tərəfindən kreditin faiz dərəcəsinin elan olunması üsulu ilə həyata keçirilən hərrac birbaşa hərrac, Mərkəzi Bank tərəfindən veriləcək kreditin ümumi məbləğinin elan olunması üsulu ilə həyata keçirilən hərrac dolayı hərracdır. Faiz dərəcələri dəhlizi Mərkəzi Bankın açıq bazarda apardığı əməliyyatlar üzrə faiz dərəcələrinin müəyyən olunmuş aşağı və yuxarı həddi arasında dəhlizdir.

Kredit hərraclarının keçirilmə tezliyi və forması, hərraca çıxarılan kreditlərin həcmi, müddəti və birbaşa hərrac üzrə faiz dərəcələri Mərkəzi Bankın daxili reqlamentinə uyğun olaraq müəyyən edilir.  Kredit hərracının keçirilməsinə dair məlumat hərracın keçirildiyi gündən ən azı 3 iş günü əvvəl Mərkəzi Bankın internet səhifəsində elan olunur. 

Birbaşa hərracda banklar tərəfindən verilmiş sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq olmadıqda sifarişlər tam həcmdə, sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq olduqda sifarişlər mütənasib qaydada təmin edilir.  Dolayı hərracda banklar tərəfindən verilmiş sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq olmadıqda sifarişlər tam həcmdə, sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq olduqda, daha yüksək faiz dərəcəsi ilə verilən sifarişlər ardıcıllıqla təmin olunur. Dolayı hərracda eyni faiz dərəcəsi ilə verilmiş sifarişlər mütənasib qaydada təmin edilir.

Kreditlər üzrə təminat predmetinin kredit öhdəliyinə (əsas və faiz borcu) nisbəti ən azı aşağıdakı kimi olmalıdır:

- Dövlət zəmanəti və dövlət qiymətli kağızları - 100%;

-  Müxbir hesablardakı vəsaitlər, dövlət qiymətli kağızları istisna olmaqla Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar və qızıl külçə formasında bank metalı - 110%;

-  Daşınmaz əmlak - likvid qiymətinin 150%-i.

Təminat qismində təklif edilən daşınmaz əmlak barədə müstəqil qiymətləndiricinin rəyində təminatın bazar və likvid qiyməti göstərilməlidir./apa/


+ Benzer Haberler
» Azərbaycan neft hasilatını 9,5% azaldıb
» Martın 10-na manatın dollara nisbətdə orta çəkili məzənnəsi
» SOCAR neft və qaz hasilatında planı yerinə yetirə bilməyib
» “İpoteka kreditinin verilməsi bərpa olunacaq”
» Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
» Xarici və yerli sahibkarlar mütləq oxusunlar - QAYDALAR
» BP: Dünya bazarında neft çatışmazlığı dörd ildən sonra yaranacaq
» Mobil telefon idxalında say məhdudiyyəti ləğv oluna bilər
» Dollar və manatın bugünkü məzənnəsi
» Bakıda evlərin qiyməti qalxmağa başladı
» Qeydiyyatdan keçməmiş dərmanları satanlar yüksək məbləğdə cərimələnəcək
» Prezident: “Yerli məhsul xarici məhsuldan əhəmiyyətli dərəcədə ucuz olmalıdır”
» Oktyabrın 11-dən “Bank Standard”ın qorunan əmanətçilərinə kompensasiyanın verilməsinə başlanacaq
» Azərbaycanda dollarlaşma 80 faizi keçib
» Azərbaycanda bir neçə iş adamına ölkədən çıxmaq qadağan olundu
» Mərkəzi Bankın dövlət təşkilatlarına verdiyi 500 mln. manatın vaxtı keçib
» Neft bazarının durumu və bölgədə enerji rəqabəti
» Prezident iqtisadi amnistiya elan etdi
» Tarif Şurası: Tarif dəyişikliyinin qiymətlərə təsiri hiss olunmayacaq
» ABŞ Azərbaycana iqtisadiyyatının şaxələndirilməsinə kömək etməkdə maraqlıdır


 
Hava Vəziyyəti
19-08-17
 Bakı
+22C /+31C  
 Gəncə
+22C /+33C  
 Naxçıvan
+21C /+30C 
 Şuşa
+24C /+32C 
Məzənnələr
 USD :  1.7008
 EUR :  1.9963
 GBP :  2.1926
 TRY :  0.4822
 EUR/USD :  1.1737
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-DƏN BÖYÜK RƏQƏM VARMI?
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Ermenistan’da Etnik Hoşgörüsüzlük ve Yezidilerin Durumu
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Elmin və Pulun Tərəzisidəki Çəkisi
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Sovyetler Sonrası Azerbaycan – Ermenistan İlişkileri Ve Rusya Faktörü
Selçuk DÜZGÜN
"İslam Birliği" Konferansı Üzerine
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİEV
Azerbaijan-Turkey relationship passed the 2015 exam
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft