AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Mahmud Bilgin: Hakimiyyətə basqı olunmasa Urmiyə Gölü böhranı çözülməyəcək
28/11/2015 Yazdır

Diaspor fəalı Mahmud Bilgin Amerikanın Səsi ilə söhbətdə Avropa Parlamentinin üzvü Prof. Klaus Buchnerin ev sahibliyi və UNPO və Güney Azərbaycan İttifaqının əməkdaşlığı ilə bu yaxınlarda Avropa Parlamentində keçirilən “Urmiyə Gölü - İranda İnsani və Ekoloji Fəlakət” adlı konfrans haqqında danışıb.

Mahmud Bilgin Avropa Parlamenti üzvləri, avropalı akademiklər və siyasətçilər, Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı (UNPO) və Güney Azərbaycan İttifaqının təmsilçilərindən əlavə bir neçə İranlı qrupun nümayəndələrinin də Brüsseldə təşkil olunan konfransda iştirak etdiyini bildirib.

Onun söylədiklərinə görə, tədbirdə Urmiyə Gölü ətrafında cərəyan edən ekoloji böhran həm elmi və siyasi baxımdan, həm də türklərə qarşı tətbiq edilən etnik ayrı-seçkilik kontekstində dəyərləndirilib.

“Konfransa qatılan bəzi iranlı qruplar ekoloji böhranın siyasi və etnik məsələlərlə əlaqəli olmadığını irəli sürdülər. Amma bizdən əlavə avropalı iştirakçılar da buna münasibət bildirdilər ki, Urmiyə Gölü məsələsini siyasətdən ayırmaq olmaz. Onlar başqa ölkələrdə baş verən oxşar problemlərə işarə edərək dedilər ki, bunların hamısında biz siyasi məsələlərlə qarşı qarşıya gəlirik,”- deyə Bilgin qeyd edib.

Güney Azərbaycan İttifaqı konfrasda qeyri-fars bölgələr, o cümlədən, türklərin yaşadığı Azərbaycan vilayətlərində yürüdülən sistemli ayrı-seçkilik siyasətini gündəmə gətirərək Urmiyə Gölü böhranının da həmin siyasətlərin istiqamətində və qəsdən yaradıldığını önə çəkib. Mahmud Bilginin söylədiklərinə əsasən, UNPO təmsilçisi də digər qeyri-fars bölgələrdə ortaya çıxan quraqlıqlara işarə edərək bu sözləri qısmən təsdiq edib.

Güneyli fəal nüvə məsələsində olduğu kimi İran dövlətinə basqı edilmədiyi təqdirdə Urmiyə Gölü böhranının çözülməsinin mümkün olmadığını vurğulayaraq konfransda iştirak edən Avropa rəsmiləri, o cümlədən, Avropa Parlamentində “Yaşıllar – Avropa Azad Alyansı” qrupunun üzvü prof. Klaus Buchnerin də eyni düşüncədə olduğunu söylərib.

“Avropa Birliyi bundan sonra İranla bütün görüşlərində digər məsələlərin yanında Urmiyə Gölü məsələsini də bir sual kimi gündəmə gətirəcək,”-deyə Mahmud Bilgin tədbirə qatılan Avropa rəsmilərinə istinadən söyləyib.

Cənab Bilgin Ayda Kərimli və Əmir Mərdani ilə bərabər “Urmiyə Gölü - İranda İnsani və Ekoloji Fəlakət” konfransında Güney Azərbaycan İttifaqını təmsil ediblər.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft