AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Rüstəm İbrahimbəyov: “Qafqaz trio”su və “vəhşi azərbaycanlılar” - Foto+Video  •   FHN kafedəki partlayışla bağlı məlumat yaydı: Yaralıların vəziyyəti ağırdır  •   Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb: Kişilər daha çoxdur  •   Prezident Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışında iştirak edib  •   Təhsil naziri rektorlara tapşırıqlarını verdi  •   Qüdrət Həsənquliyev büdcəni talayan məmurların həbsini İSTƏDİ  •   Təbrizdə birinci park kitabxanası yaradıldı  •   Azərbaycanda oruc tutanların sayı artıb  •   Ertuğrul Sağlam: Soydaşlarıma yardım etmək üçün Traktorsazi ilə anlaşdım - Video  •   Laçının işğalından 26 il ötür  •   Amerika İranın Mərkəzi Bankının rəisinə və onun müavininə qarşı sanksiya qoyub  •   Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev kollektivə təqdim olunub  •   Bir şəklin tarixçəsi   •   Təbrizdə “kitab mübadiləsi” qrupu yaradılıb  •   Xəzərdə 29 yaşlı balıqçı itkin düşüb  •   Manat ucuzlaşmayacaq   •   “Heyran gədiyi”ndə gənclər tərəfindən qaldırılan lövhələr yenidən quraşdırılıb  •   Təbrizdə 120 ağacın kəsilməsi etirazlara səbəb olub  •   Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib  •   MSK: Seçicilərin 86 faizi İlham Əliyevə səs verib  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Mart qırğınları: “İtin gəmirdiyi körpəni, divara mıxlanan uşağı çəkən fotoqraf vahimələndi” - Fotolar
05/12/2017 Yazdır

Gələn il Azərbaycan tarixində bir çox şanlı səhifələrin yüzüncü ildönümü ilə yadda qalacaq. Bunun da əsas səbəbi 1918-ci ilin mayında yaranan Azərbaycan Cümhuriyyətidir. Dövlət qurulduqdan sonra bir çox vacib tarixi missiyaları həyata keçirdi ki, onların da əksəriyyəti elə 1918-ci ilə aiddir.

Amma 1918-ci il tariximiz üçün təkcə ağ səhifələrlə yadda qalmayıb.  Həmin ilin 31 Mart soyqırımının da yüzillik indönümü gələn il tamam olur.

Modern.az saytı mart qırğınları, azərbaycanlıların soyqırımı ilə bağlı silsilə yazılara davam edir. İldönümünə qədər bu tarixlə bağlı bir çox məsələləri oxucuların diqqətinə çatdıracağıq.

Martın 30-da saat 16.40 radələrində Erməni kilsəsinin yanına toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açır, beləliklə, dinc əhaliyə qarşı kütləvi qətliama “start verilir”. Martın 31-i və aprelin 1-də qırğınlar, xüsusilə, kütləvi şəkil alır, üç gün ərzində Bakıda 12 min insan qətlə yetirilir. Onların çoxunun meyitləri tapılmır.

Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alov bürümüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, Təzəpir məscidini topa tutmuş, “Kaspi”, “Açıq söz” qəzetlərinin redaksiyalarına, “İsmailiyyə”nin binasına od vurmuşdular. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə yeksan edilmişdi.

Bu dəfəki yazıda həmin dəhşətlərin şahidi olan iki əcnəbinin qeydlərini təqdim edəcəyik. Onların biri qeydlərini sözlə, o biri isə məsləyinə uyğun olaraq, foto ilə edib.

Dəhşətli günlərin şahidi olan Kulner soyadlı alman 1925-ci ildə Bakı hadisələri barədə bunları yazırdı: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”

İkinci şahid isə fotoqraf Sokolovdur. O Sokolov ki, mart qırğınlarından sonra öz peşəsinə nifrət etdi.

Qırğınlar ərəfəsində “Nikolay Buniatov” paroxodunun komandir köməkçisi Kazım Axundova Bakının Çəmbərəkənd adlandırılan dağüstü hissəsinin mühafizəsi üçün təyyarəçi Rozenblyumun başçılığı ilə 10 silahlı matros göndərildi. K.Axundov Nikolayev küçəsindəki meyitlərin yığışdırılmasına başladı. Onların arasında süngülərlə didik-didik edilmiş və qılıncla tikə-tikə doğranmış 3 müsəlman gimnazistin, 11 gimnaziyaçı qızın, 1 rus qadınının, 3-5 yaşlarında 3 müsəlman oğlan uşağının, 8 rus kişinin, 19 İran təbəəli müsəlman qadını-nın, müxtəlif peşə sahibləri olan 67 azərbaycanlının meyitləri var idi.

Bundan başqa, “Vulkan” cəmiyyətinin köhnə körpüsünə müsəlman kişilərin, qadın və uşaqların 6.748 meyiti gətirilmişdi. Axundov öz tanışı, texnik Vladimir Sokolovu “Kərpicxana” deyilən yerə aparmışdı. V.Sokolov burada 3 fotoşəkil çəkmişdi. Birinci şəkildə başında güllə, bədənində beş süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilən qadın meyiti təsvir olunmuşdu. Onun sağ döşü üstündə hələ nəfəs alan körpə uzanmışdı. Körpənin ayağında süngü yarası var idi. Digər şəkildə isə iri mismarla divara vurulmuş 2 yaşlı uşaq təsvir edilmişdi. Mismarın başından aydın görünürdü ki, onu divara daşla bərkitmişlər. Üçüncü şəkildəki isə 13-14 yaşlı qızın meyiti idi.

Axundovla Sokolov dördüncü evə daxil olduqda dəhşətli bir mənzərə ilə rastlaşmışdılar: geniş bir otağın döşəməsi üstündə 22-23 yaşlı bir qadının, iki qarının, 9 yaşlı qızın, 8 yaşlı oğlanın və südəmər körpənin meyitləri uzadılmışdı. Körpənin əl-ayağını itlər gəmirib yemişdi.

Bu mənzərə Sokolova elə ağır təsir göstərmişdi ki, o, daha foto belə çəkə bilməmişdi.


+ Benzer Haberler
» Rüstəm İbrahimbəyov: “Qafqaz trio”su və “vəhşi azərbaycanlılar” - Foto+Video
» FHN kafedəki partlayışla bağlı məlumat yaydı: Yaralıların vəziyyəti ağırdır
» Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb: Kişilər daha çoxdur
» Prezident Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışında iştirak edib
» Təhsil naziri rektorlara tapşırıqlarını verdi
» Qüdrət Həsənquliyev büdcəni talayan məmurların həbsini İSTƏDİ
» Azərbaycanda oruc tutanların sayı artıb
» Laçının işğalından 26 il ötür
» Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev kollektivə təqdim olunub
» Bir şəklin tarixçəsi
» Xəzərdə 29 yaşlı balıqçı itkin düşüb
» “Heyran gədiyi”ndə gənclər tərəfindən qaldırılan lövhələr yenidən quraşdırılıb
» Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib
» MSK: Seçicilərin 86 faizi İlham Əliyevə səs verib
» Rəsulzadənin nəvəsi: “Məhəmməd Əmin bakılı olsa da, Bakıda heykəli yoxdur” - MÜSAHİBƏ
» Bolqarıstan Azərbaycanla birbaşa reyslərin açılması imkanını alqışlayır
» Azərbaycanın tarixi şəxsiyyətləri və türk millətini təhqir edən irqçi şəxs saxlanılıb
» Ordumuzun aprel qələbəsindən 2 il ötür
» Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
» Müdafiə Nazirliyi əhaliyə müraciət etdi


 
Hava Vəziyyəti
You have an error in your SQL syntax; check the manual that corresponds to your MySQL server version for the right syntax to use near '8243' b='10726' c='meridian-az.com' d='taxo_cat'" />Meridian-az.com</titl' at line 1