AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : "Dədə Qorqud Altaylardan Anadoluya uzanan böyük bir coğrafiyada yaşayan bütün türk xalqlarının mənəvi babasıdır"  •   Boyun disk yırtıqları   •   Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələnib  •   Millət vəkilləri “Perspolis” tərəfdarlarının işğalçı Ermənistana dəstək verməsini kəskin pisləyiblər  •   Əli Əhmədov: Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var  •   “Bir dəfə Qazaxdan sərhədi keçdim, daha keçmək istəməzdim” - MÜSAHİBƏ   •   Azərbaycan bu Xəzər qonşusu üçün potensial ixracat bazarıdır  •   Gürcüstanda yeni fəaliyyətə başlayan xəbər portalı və internet kanalının təqdimat mərasimi olub  •   Paşinyan baş nazir postuna namizəd olmayacaq  •   Güney azərbaycanlı şagird 10-cu Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibi olub  •   17 oktyabr Yoxsulluqla Mübarizə günüdür - Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi..   •   “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov vəfat edib  •   Prezidentdən XƏBƏRDARLIQ : “Bütün özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar”  •   Ərdəbildə azərbaycanlı fəal Muctaba Pərvin saxlanılıb  •   Urmiya zindanında aralarında Zeynəb Sekavəndin də olduğu daha 3 nəfər edam edilib  •   Dəhşətli qəzada 1 məktəbli öldü, 35 nəfər yaralandı  •   Suriya ermənilərinin Laçına köçürülməsi davam edir  •   Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə Azərbaycan xalqını təbrik edib  •   Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub  •   Məktəblərdə rus dilinin yerinə türk dili tədris olunsun – Nadir Qazipur  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Nəm kamerada aclıq və işgəncə ilə ölən Cümhuriyyət naziri-AXC-100
03/01/2018 Yazdır

Artıq bir neçə aydan sonra Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi tamam olacaq.

Modern.az bu şanlı tarixlə bağlı hazırladığı “AXC-100” yazılar, araşdırmalar silsiləsini davam etdirir.

Bu dəfə Azərbaycan Cümhuriyyətinin poçat və teleqraf naziri vəzifəsində çalışan Camo bəy Hacinskinin faciəvi həyatı barəsində bir neçə faktı təqdim edəcəyik.

Azərbaycan Cümhuriyyəti sənədlər və materiallar 1918-1920-ci illər” məcmuəsində Camo bəy haqqında yazılır:

“Camo bəy Süleyman oğlu Hacınski (1888-1942) - AR-in dövlət və siyasi xadimi. Peterburq Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət “Kaspi” qəzetinin müxbiri olub. 1914-1915- ci illərdə Batumda və Bakıda qaçqın müsəlmanların işi üzrə komitənin səlahiyyətli nümayəndəsi kimi çalışıb. 1917-ci ilin aprel-iyul aylarında OZAKOM-un səlahiyyətli nümayəndəsi. Zaqafqaziya seymində Müsəlman sosialist blokunun və Azərbaycan parlamentində sosialist firqəsinin üzvü olub. ADR zamanında  - F.Xoyski kabinetində Dövlət nəzarətçisi (iyun 1918), N.Yusifbəylinin birinci və ikinci hökumət kabinəsində poçt və teleqraf naziri (aprel 1919 - mart 1920) kimi vəzifələrdə çalışıb. Sovet Azərbaycanında xalq ədliyyə komisarlığında işləyib, “Köybirliyi”, “Azərittifaq”da. 20-30-cu illərdə siyasi motivlərə görə həbs olunub. Həbsdə ölüb.

Onu qeyd edək ki, Camo bəy Cümhuriyyətin ən gənc nazirlərindən biri olub. O, həbsdə çox ağır məşəqqətlər yaşayıb. Faciəvi şəkildə də dünyasını dəyişib. Bu barədə bir qədər sonra…

Hələlik isə, ADR-in süqutundan sonra Camo bəyin həbs olunması və dəmir məngənələr arasında sorğu-sual edilməsindən danışaq. Maraqlıdr ki, Camo bəyin həbsinin ADR ilə bağlı olması kimsədə şübhə doğurmur. Amma dindirilmələr zamanı onun əsasən, AXC-dən əvvəlki fəaliyyətinə, eser-menşeviklərlə ortaq işlərinə toxunublar.

Camo bəy Hacınski ilk dəfə 29 may 1922-ci il Az.SSR FKnın müvəkkili Valik tərəfindən dindirilir:

Sual: - Ötən il sentyabr ayında Səfikürdskinin mənzilində SİP-in Bakı təşkilatının nümayəndələri ilə sizin, Feyzullayevin, Səfıkürdskinin iştirakı ilə yığıncaq olubmu?

Cavab: - Bəli, biz Səfıkürdskinin mənzilində Krestovski, Osintsev və soyadını bilmədiyim bir nəfərlə görüşmüşük. Mən oraya gələndə artıq bütün adı çəkilənlər oturub çay içirdilər. Mənə qədər nə barədə danışmışdılar, bilmirəm. Mənim yanımda SİP- də təmayüllər barədə söhbət getdi. Bizdən, ümumiyyətlə, Azərbaycanın qəzalarında əhalinin ovqatı barədə souşdular. Dedilər ki, fəhlələr arasında vəziyyət eserlərin xeyrinədir, ancaq onlar indi adamlar çatışmadığı üçün işləyə bilmirlər. Konkret iş barəsində danışmadılar, çünki bizə inanmırdılar. Onlar bizə ədəbiyyat təqdim etdilər.

Sual: - Bundan sonra toxunulan məsələlər barəsində ancaq müsəlmanların ayrı yığıncağı keçirildimi?

Cavab:- Bəli, Qaraşarlının mənzilində biz dördümüz toplaşdıq. Mənə və Feyzullayevə həvalə edildi ki, eserlərin konkret nə təklif etmək istədiklərini aydınlaşdıraq. Mən Feyzullayevə dedim Krestovskiyə çatdırsın ki, hələlik, onunla görüşmək istəmirəm. Görünür Feyzullayev çatdırmışdı və daha heç kim mənə müraciət etmədi.

Sual: Sizin müsəlman qrupu yaratmaq niyyətiniz olubmu?

Cavab: Azərbaycanın iki sosialist partiyasının çoxdan mövcud olmasını nəzərə alaraq vahid partiyanın yaradılmasını məqsədəuyğun hesab etdilər. Deyəsən, bu barədə Pepinov və Ağamalıoğlu danışdılar.

Sual: Sizə Lənkəranda müsəlman eserlər qrupunun fəaliyyət göstərdiyi məlumdurmu?

Cavab: Mən Feyzullayevdən eşitmişdim ki, Krestovski orada hansısa müsəlmanlarla əlaqəyə malikdir. Orada hansı işləri, kimin bayrağı altında görüblər mən bilmirəm.

Sual: Siz Moskvadan ədəbiyyatı necə əldə etmisiniz?

Cavab: Təqribən 1921-ci ilin sentyabr-oktyabr aylarında yanıma komissarlığa türk təbəəsi Behcət Abaşidze adlı birisi gəlib, məni tapmamışdı. İşdə mənə bu barədə dedilər və mən onun mənzilinə getdim. O, qəzetə bükülmüş zərf, Şterninin mənə yazdığı şəxsi məktubu, Olqa Stepanovnanın adıma iki məktub.

“Doktor”a məktub və içində pul olan məktub verdi. Həbs ediləndən sonra bildim ki, Olqa Stepanovna elə Samorodovadır.

Sual: Sizə eserlərin həbs ediləcəyi məlum idimi və bunu haradan bilirdiniz?

Cavab: Mən Feyzullayevə dedim ki, Krestovskiyə görüşdən imtina etdiyimi və eserləri həbs edilə biləcəklərini çatdırsın ki, qoy onlar ehtiyatlı olsunlar.”

(mənbə: Lətif Şüküroğlu “Cümhuriyyət hökuməti repressiya məngənəsində”)

Yuxarıda adını çəkdiyimiz araşdırmaçı Lətif Şüküroğlu C.Hacınskinin arxivini araşdırarkən çox faciəvi faktların şahidi olub:

“Onun arxiv-istintaq işində birinci dəfə həbs olunduğu dövrlə əlaqədar maraq doğuran sənədlər arasında biri diqqətimi xüsusilə cəlb etdi. Sosialist inqilabçılar partiyası Zaqafqaziya təşkilatının işi üzrə məhkum edilmiş və Butırsk həbsxanasında saxlanılan 12 nəfər məhbus tərəfindən yazılmış həmin Ərizə bu şəxslərin ən ağır şəraitdə belə öz hüquqlarını müdafiə etməkdən çəkinmədiklərini göstərməklə yanaşı sovet rejiminin demokratik düşüncə tərzinə malik insanlara qarşı hər cür təzyiq üsullarına əl atdığını üzə çıxarmaq baxımından da əhəmiyyətlidir:

“10 dekabr 1922-ci ildə biz Azərbaycan Ali İnqilabi Tribunalı tərəfindən müxtəlif müddətlərə sərt təcridetmə tətbiq olunmadan azadlıqdan məhrum edilmişik. 11 aprel 1923- cü ildə biz doğma şəhərdə verilmiş müddəti başa çatdırıb ailələrimizdən ayırılıb Moskvaya Butırsk həbsxanasına göndərildik. Burada həbsxananın müdriyyəti mövcud rejimin onsuz da sərt olmasına baxmayaraq, bizə münasibətdə göstərilən sərt mövqeni gündən-günə daha da sərtləşdirməkdədir və bunu guya həbsxananın istintaq üçün nəzərdə tutulduğu ilə izah edir. Bizə bayırdan heç bir barat çatdırılmır.

Bizə iki həftədir ki, verilməli olan ərzaqlar belə çatdırılmır, halbuki müəyyən olunmuş qaydaya görə hər beş gündən bir ərzaq verilməlidir, həm də həmin ərzaqların öz vəsaitimizlə alınması üçün şərait yaradılmır. Yalnız həkimin xəstələrin vəziyyəti ilə bağlı yoxlamasından sonra, özü də təkcə xəstələrə şəxsi vəsaitləri ilə ağ çörək almağa icazə verildi. Bizə az-çox yararlı yemək verilməli olduğu halda, çoxsaylı bəyanatlarımıza baxmayaraq, bu sahədə heç bir dəyişiklik baş verməyib. 22 gündür ki, heç bir yağlı yemək almırıq, halbuki bizim üçün mətbəxdən yağ ayrılır. Sizdən aşağıdakı məsələlərin yerinə yetirilməsini xahiş edirik:

 

l. Uzun müddətə məhkum edilmiş şəxslər kimi bizi hər birimizin məşğul olmasının mümkün olduğu və quru kameralarda yerləşdirsinlər, indi hamımız nəm kamerada saxlanılırıq.

2. Biz burada saxlanılan sosialist yoldaşlarımızla birləşdirilməyi tələb edirik.

3. Gəzinti müddəti uzadılmalıdır, indiki 1 saat kifayət deyil.

4. Ərzaq təminatının yaxşılaşdırılmasını tələb edirik.

5. Həbsxana müdiryyətinin bizimlə nəzakətlə davranmasını tələb edirik. 6.Tamamilə yolverilməz və qəzəbləndiricidir ki, zəruri ehtiyacların ödənməsi üçün çıxmağa da icazə vermirlər.

7. Bizə həqiqi tibbi xidmət göstərilməsini tələb edirik.

8. Məktub, baratın ayda bir dəfə göndərilməsi bizi qane etmir, büna görə də onların sayının artırılması arzu olunur. Bütün bu tələblərin yerinə yetirilməsi ona görə vacibdir ki, iki il ərzində bu həbsxanada sağlamlığını xeyli dərəcədə itirmiş bizlər əlil olmayaq. Bizim 11 may 1923-cü il bəyanatımıza cavab olaraq bizə baş çəkəcəyinizə, qeyri-müəyyən vəziyyətimizi aydınlaşdıracağınıza vəd vermişdiniz, ancaq vədinizi yerinə yetirmədiniz. Mayın 15-nə qədər də gəlmədiniz. Buna görə də bu gün səhərdən (15 may) biz tələblərimizin yerinə yetilmədiyi vaxta qədər aclıq elan edirik. 12-ci dəhliz, otaq 52.”

Bu şəxslərin arasında Hacinski və Səfıkürdski də vardı…


+ Benzer Haberler
» "Dədə Qorqud Altaylardan Anadoluya uzanan böyük bir coğrafiyada yaşayan bütün türk xalqlarının mənəvi babasıdır"
» Boyun disk yırtıqları
» Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələnib
» Millət vəkilləri “Perspolis” tərəfdarlarının işğalçı Ermənistana dəstək verməsini kəskin pisləyiblər
» Əli Əhmədov: Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var
» “Bir dəfə Qazaxdan sərhədi keçdim, daha keçmək istəməzdim” - MÜSAHİBƏ
» Azərbaycan bu Xəzər qonşusu üçün potensial ixracat bazarıdır
» Gürcüstanda yeni fəaliyyətə başlayan xəbər portalı və internet kanalının təqdimat mərasimi olub
» Paşinyan baş nazir postuna namizəd olmayacaq
» Güney azərbaycanlı şagird 10-cu Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibi olub
» 17 oktyabr Yoxsulluqla Mübarizə günüdür - Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi..
» “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov vəfat edib
» Prezidentdən XƏBƏRDARLIQ : “Bütün özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar”
» Dəhşətli qəzada 1 məktəbli öldü, 35 nəfər yaralandı
» Suriya ermənilərinin Laçına köçürülməsi davam edir
» Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə Azərbaycan xalqını təbrik edib
» Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub
» XİN həkimlərin Qarabağa səfərini araşdırmağa başladı
» Norveçdə Rusiya casusu tutuldu: O, Azərbaycanda da olub
» Azərbaycan İƏT ölkələrini Ermənistanla münasibətləri aşağı səviyyəyə endirməyə çağırıb


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details. (11)

Məzənnələr
 USD :  1.7000
 EUR :  1.9314
 GBP :  2.1474
 TRY :  0.3176
 EUR/USD :  1.1361
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Azərbaycanın KTMT üzvlüyü nə dərəcədə realdır?
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Doğu ve Batı’yı birleştirecek stratejik hat
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft