AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : FHN kafedəki partlayışla bağlı məlumat yaydı: Yaralıların vəziyyəti ağırdır  •   Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb: Kişilər daha çoxdur  •   Prezident Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışında iştirak edib  •   Təhsil naziri rektorlara tapşırıqlarını verdi  •   Qüdrət Həsənquliyev büdcəni talayan məmurların həbsini İSTƏDİ  •   Təbrizdə birinci park kitabxanası yaradıldı  •   Azərbaycanda oruc tutanların sayı artıb  •   Ertuğrul Sağlam: Soydaşlarıma yardım etmək üçün Traktorsazi ilə anlaşdım - Video  •   Laçının işğalından 26 il ötür  •   Amerika İranın Mərkəzi Bankının rəisinə və onun müavininə qarşı sanksiya qoyub  •   Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev kollektivə təqdim olunub  •   Bir şəklin tarixçəsi   •   Təbrizdə “kitab mübadiləsi” qrupu yaradılıb  •   Xəzərdə 29 yaşlı balıqçı itkin düşüb  •   Manat ucuzlaşmayacaq   •   “Heyran gədiyi”ndə gənclər tərəfindən qaldırılan lövhələr yenidən quraşdırılıb  •   Təbrizdə 120 ağacın kəsilməsi etirazlara səbəb olub  •   Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib  •   MSK: Seçicilərin 86 faizi İlham Əliyevə səs verib  •   Rəsulzadənin nəvəsi: “Məhəmməd Əmin bakılı olsa da, Bakıda heykəli yoxdur” - MÜSAHİBƏ  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Nəsib Nəsibli: Güneyin İrandakı siyasi proseslərin gedişindən geri qalması təhlükəlidir
14/01/2018 Yazdır

Türkiyədə yaşayan və Ankara Universitetində dərs deyən azərbaycanlı tarixçi alim professor Nəsib Nəsibli İranda baş verən etiraz aksiyaları və davam edən gərginlik barədə “Xeber365.com”-a müsahibə verib.

 Müsahibəni olduğu kimi təqdim edirik:

- Nəsib bəy, İranda yaşananlar Azərbaycanda müxtəlif müstəvidə qəbul olundu, etiraz aksiyaları ilə bağlı fərqli şərhlər verildi. Bəs azərbaycanlı tarixçi olaraq bu günlərdə Türkiyədən İrana baxanda hansı mənzərəni görürdünüz, daha çox nə nəzərə çarpırdı?

- İran sıradan bir ölkə deyil. Həm qonşuların, həm də bu ölkədə maraqları olan böyük dövlətlərin İrandakı son prosesləri diqqətlə izləmələri çox təbiidir. Türkiyə iqtidarının olaylara münasibətini ölkə prezidenti və xarici işlər nazirinin qonşu ölkədəki tərəfdaşları ilə telefon danışıqları, bu danışıqların mediaya sızan bilgilərdən bilirik. Televiziya kanallarında son həftə hər gün İran hadisələri müzakirə edildi. Türkiyədə İran haqqında bilgilərin bu qədər bəsit və səthi olmasını bilirdim. Bu bəsitlikdən başqa, həm də hadisələrin təhlilində təktərəfli yanaşma  bir daha məni xəyal qırıqlığına uğratdı. Mediadakı dırnaqarası dərin analizlər bu səviyyədə qalacaqsa, yaxın zamanlarda İranda baş verəcək daha dərin hadisələrə Türkiyənin “hazır olmadığını” bir daha görəcəyik.

 - Həmyerlilərimizin vətəndaş olaraq bu çaxnaşmanı o taylı-bu taylı Azərbaycanın birləşmək fürsəti kimi görməsi, həyəcan keçirməsi təbiidir. Bəs hadisələri tarixi və siyasi baxımdan bir peşəkar kimi təhlil etdikdə ortaya hansı nəticə çıxır: doğrudanmı, bu, bir fürsət idi?

- Quzey Azərbaycanda olayların həyəcanla izlənməsindən təbii bir şey ola bilməz. Bu olaylar perspektivdə birləşmək arzusu yarada bilər və yaratmalıdır. Amma son olaylar tamamilə başqa məsələləri ortaya qoydu.

 - Bəs Güney Azərbaycandakı həmvətənlərimizin bu mənada, belə desək, soyuqqanlılıq göstərməsini necə dəyərləndirirsiniz?

- Bu, ətraflı və dərin müzakirənin mövzusudur. Qısaca onu deyim ki, son onilliklərdə Güneydə gedən siyasi proseslərin özünəməxsus gedişi ciddi analiz olunmalı, ciddi də qərarlar qəbul edilməlidir. Hərəkat artıq aydınlanma, oyanış mərhələsindən çıxıb, məqsədyönlü  əməli fəaliyyətə keçməlidir. Vaxt yoxdur. Güney siyasi proseslərin gedişindən geri qalır. Bu da milli maraqlar baxımından təhlükəli durum yaradır. 

 - Sizcə, cənubi azərbaycanlılar İranda nə baş verdiyini dəqiqliyi ilə anlayıb çözə bildilərmi? Yoxsa elə onların özünə də qaranlıq qalan məqamlar oldu?

- Ümumiyyətlə, son olayların mahiyyətiylə bağlı çox suallar qalır. Hələ olaylar davam etməkdədir. Bir daha təkrar edim. Son olayları milli fəallar çox ciddi şəkildə analiz edib, ciddi qərarlar verməlidirlər.

 - Nəsib bəy, aksiyaların Məşhəddən başlaması təsadüfi qarşılanmır, bəs sizcə, etirazçıların bu planı nəyi fərqli etdi?

- Məncə, hadisələrin məhz Məşhəddə başlaması üstündə xüsusi nəzəriyyələrin qurulmasına ehtiyac yoxdur. Olayların səbəbləri bölgə xarakterində deyil, bütün İrana xasdır. Bahalıq, korrupsiya, talançılıq, qanunsuzluq, ölkə ehtiyatlarının xaricdəki əməliyyatlara sərf olunması, ölkədəki durum və onun gələcəyiylə bağlı hakim elita daxilində ciddi fikir ayrılıqları kimi ciddi strukturlu səbəblər ölkəni və onun əhalisinin əksəriyyətini qayğılandırır.

 - İran qapalı ölkədir. Bəs Amerika etirazçılara dəstəyi ilə getdikcə siyasi xarakter alan aksiyada özünə qapalı ölkədə hansısa yeri tuta, Tramp nəyəsə nail ola bildimi?

- Ölkə daxilində xarici dəstəyə ehtiyacı olan müxalif qüvvələr var. Onlar bu cür mənəvi dəstək istəyirlər. Amma Amerika prezidenti Trampın bu tvitləri kaş ki, olmayaydı. Onun ziyanı daha çox oldu. Olayların xarici güclərin fitnə-fəsadının nəticəsi olması haqqında hakimiyyətin haqsız ittihamlarının ortaya çıxması və bunun əhalinin bir hissəsinə təsir etməsini görürük.

 - Bir az əvvəl İranın keçmiş prezidenti Mahmud Əhmedinejadın etiraz aksiyalarına dəstək verdiyi üçün saxlanıldığı barədə xəbər yayıldı. Bu, onsuz da cığırından çıxaran prosesləri daha da qəlizləşdirə bilərmi? Hadisələrin sonu sizə necə görünür?

- Keçmiş prezident Əhmədinejadın həbs ediləcəyi məsələsi çoxdan danışılırdı. Hətta etirazların başlanmasından əvvəl də belə söz-söhbət vardı. Bu, Xamnei və tərəfdarlarının artıq “qəti addım” atmağa başlamalarının əlamətidir. Böyük ehtimalla indiki mərhələdə etiraz aksiyakları səngiyəcək, hətta dayanacaq. Amma bu, İranda problemin həllinin göstəricisi olmayacaq.


+ Benzer Haberler
» FHN kafedəki partlayışla bağlı məlumat yaydı: Yaralıların vəziyyəti ağırdır
» Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb: Kişilər daha çoxdur
» Prezident Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışında iştirak edib
» Təhsil naziri rektorlara tapşırıqlarını verdi
» Qüdrət Həsənquliyev büdcəni talayan məmurların həbsini İSTƏDİ
» Azərbaycanda oruc tutanların sayı artıb
» Laçının işğalından 26 il ötür
» Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev kollektivə təqdim olunub
» Bir şəklin tarixçəsi
» Xəzərdə 29 yaşlı balıqçı itkin düşüb
» “Heyran gədiyi”ndə gənclər tərəfindən qaldırılan lövhələr yenidən quraşdırılıb
» Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib
» MSK: Seçicilərin 86 faizi İlham Əliyevə səs verib
» Rəsulzadənin nəvəsi: “Məhəmməd Əmin bakılı olsa da, Bakıda heykəli yoxdur” - MÜSAHİBƏ
» Bolqarıstan Azərbaycanla birbaşa reyslərin açılması imkanını alqışlayır
» Azərbaycanın tarixi şəxsiyyətləri və türk millətini təhqir edən irqçi şəxs saxlanılıb
» Ordumuzun aprel qələbəsindən 2 il ötür
» Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
» Müdafiə Nazirliyi əhaliyə müraciət etdi
» Gəncədə iki otağlı ev yanıb


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details. (15)

Məzənnələr
 USD :  1.7000
 EUR :  1.9978
 GBP :  2.2839
 TRY :  0.3765
 EUR/USD :  1.1752
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-DƏN BÖYÜK RƏQƏM VARMI?
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Elmin və Pulun Tərəzisidəki Çəkisi
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Sovyetler Sonrası Azerbaycan – Ermenistan İlişkileri Ve Rusya Faktörü
Selçuk DÜZGÜN
Türk Keneşi
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Doğu ve Batı’yı birleştirecek stratejik hat
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft