AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Neft bazarının durumu və bölgədə enerji rəqabəti
24/05/2016 Yazdır

Enerji sahəsində araşdırmaçı Umud Şükri Amerikanın Səsinə müsahibədə dünyanın neft və qaz bazarındakı dəyişiklikləri, eləcə də iqtisadiyyatının əsasən neft sektorundan asılı olan region ölkələrinin durumunu dəyərləndirib.

Güneyli ekspert, həmçinin bölgə ölkələri arasında mövcud olan siyasi gərginliklərin enerji ticarətindəki əksini şərh edib.

Beynəlxalq Enerji Agentliyinin məlumatına istinad edərək 2016-cı ilin sonuna doğru neftin qiymətinin nisbətən artacağını bildirən ekspert bu artımın enerji ixrac edən ölkələrin iqtisadiyyatına ciddi təsir göstərəcəyini ifadə edir.

“2016 ilinin sonuna doğru neftin qiymətində bir artım görəcəyik. Görünür ki, bu ilin sonunda neftin qiyməti 50 və 70 dollar arasında olacaq. 50-dən aşağıya düşmə və 70-in üzərinə çıxma ehtimalı azdır.

Qaz bazarı da istər istəməz neftdən asılıdır və neft bazarında dəyişiklik bir neçə ay sonra özünü qaz bazarında da göstərəcək... Əlbəttə bu ilin sonunda hələ neft ixrac edən ölkələrin durumunda önəmli bir yaxşılaşma olacağına inanmıram...”

Səudiyyə Ərəbistanının yeni enerji naziri ölkəsinin ən böyük neft ixracatçısı kimi rolunu saxlamağa davam edəcəyini deyir

Səudiyyə Ərəbistanının yeni enerji naziri ölkəsinin ən böyük neft ixracatçısı kimi rolunu saxlamağa davam edəcəyini deyir

Şükri keçən illərdə neft qiymətinin kəskin azalması nəticəsində bölgədə ən çox zərər görən ölkələrin daha çox neft ixrac etdikləri üçün Səudiyyə Ərəbistanı və Rusiya olduğunu önə çəkərək, Səudiyyə Ərəbistanının bu səbəblə üzləşdiyi iqtisadi problemləri şərh edib.

“İran sanksiyalara görə neft sata bilmirdi. Buna görə də, qiymətlərin azalması üzündən zərər görmədi... Azərbaycan özünə görə zərər gördü, amma gələcəkdə qaz bazarındakı durumu yaxşı ola bilə,” deyə o, İran və Azərbaycan Respublikasında durumu təsvir edir.

Bir tərəfdə Rusiya və İran, digər tərəfdə isə Səudiyyə Ərəbistanı arasında yaşanan siyasi gərginlik və həmin gərginlik səbəbilə ortaya çıxan enerji rəqabətini şərh edən Umud Şükri bunun qısa və uzun müddətdə hər iki tərəfə maddi zərər verəcəyini söyləyir.

“Bölgədə geosiyasi və məzhəb münaqişələri vardır. Hər ölkə beynəlxalq sahədə əlindən gəldiyi qədir təbii qaynaqlarından öz siyasətlərini yürütmək istiqamətində istifadə edir. Əlində olan nefti başqa ölkəni yıxmaq üçün işlədir, daha çox sataraq nefti ucuzlaşdırıb rəqib ölkəyə zərər verməyə çalışır, amma uzun müddətdə özü də problem yaşayır.”

Onun dediklərinə görə, İran və Rusiya siyasi müttəfiq olsalar da, enerji bazarında mənfəətləri bəzən üst-üstə düşməyə bilər:

“İran və Rusiyanın Xəzərdə ortaq çıxarları vardır. Misal üçün, hər iki ölkə Türkmənistanın Avropaya qaz ixracatına mane oldular... Ancaq neft məsələsində İrana qarşı sanksiyalar tətbiq edildiyi üçün Rusiya daha çox neft sata bilirdi.

İndi sanksiyaların qalxması ilə beynəlxalq bazarlarda yerini itirməmək üçün iqtisadiyyatını ayaqda saxlamaq üçün daha çox neft satmağa çalışacaq. Buna görə, İran və Rusiya strateji ortaq olsalar da bəzən mənfəətləri bir-biri ilə tərs düşə bilər.”

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft