AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Özəl bağçaların əksəriyyəti məmurlarındır
12/06/2018 Yazdır

Bakıda yerləşən “Kids studio” bağçasında uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər ictimaiyyət tərəfindən böyük qınaqla qarşılanıb.

Qeyd edək ki, görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb. Görüntülər ictimailəşdikdən sonra Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri “Kids studio” uşaq bağçasında olub. “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.

Sosiaal şəbəkələrdə aparılan müzakirələrə görə, bağça indiyədək lisenziyasız fəaliyyət göstərib. Bu və bu kimi məsələlərə aydınlıq gətirilməsi üçün rəsmilərə və ekspertlərə müraciət etdik.

“Özəl bağçalara lisenziyanı Bakı Şəhər İcra Hakimiyyəti vermir”

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum özəl bağçalara nəzarət fəaliyyətini həyata keçirmir:

“İcra Hakimiyyəti dövlət bağçalarına nəzarət edir. Onlara da lisenziya verilməsi nəzərdə tutulmur. Amma özəl bağçalara nəzarətin hansı qurum tərəfindən icra olunduğunu dəqiq söyləyə bilmərik. Bizdə olan məlumata görə, özəl bağçalara nəzarət ya Təhsil Nazirliyi, ya da Daxili İşlər Nazirliyinin hansısa şöbəsi tərəfindən verilir. Bizdə bu barədə dəqiq məlumat yoxdur”.
“Kimsə yaxasını kənara çəkməsin”

Təhsil eksperti Kamran Əsədov isə açıqlamasında bir çox suallara aydınlıq gətirib. Ekpert bildirib ki, ölkədə hər hansı hadisə baş verən kimi şablon olaraq “müəssisə qeydiyyatsız fəaliyyət göstərib”, yaxud “həmin şəxs işdən çıxarılıb”, yaxud “bizdə bu adda adam çalışmır” və s. açıqlamları verilir:

“Azərbaycan Respublikasının qanunvercilik aktlarına görə, vergi ödəyicisi kimi qeydiyyatdan keçən fiziki və hüquqi şəxsə xidmət göstərmək hüququ verilir. Lisnziyadan keçib ya da keçməmək həmin bağçanın fəaliyyət göstərib-göstərməməsinə hüquqi zəmin yaratmır. Lisenziyadan keçmək könüllülük prinsipi əsasında baş verə bilər.

Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına görə, Azərbaycan dövləti sahibkarlığı dəstəkləyir və heç kimin fəaliyyət sahəsinə məhdudiyyət tətbiq edilə bilməz. Ona lisenziyanın verilib-verilməməsi qanun pozuntusu  sayılmır. Bu baxımdan kimlərsə ““Kids studio” bağçası lisenziyasız fəaliyyət göstərirdi” deməklə məsuliyyəti üzərindən atmasın”.

“94 özəl bağçadan 20-nin lisenziyası var”

Ekspert deyib ki, hazırda Vergilər Nazirliyində qeydiyyatdan keçmiş 94 özəl uşaq bağçası fəaliyyət göstərir:

“94 uşaq bağçasından cəmi 20-si lisenziya alıb. Bu da könüllülük prinsipləri əsasında. Lisenziya almaq üçün 1600 manatadək vəsait ödənişi tələb edilir. Bilirik ki, bəzən lisenziya verilməsində şəffaflıq təmin edilmir. Amma konkret olaraq lisenziya verilməsi üçün tələb olunan şərtlər olduqca ağırdır və bu, biznes maraqlarına ziddir.

Ümumilikdə istənilən hüquqi və fiziki şəxs vergi qeydiyyatından keçərək, bağça və digər xidmət sahəsində fəaliyyət göstərə bilər. Bu gün heç bir qurum yaxasını kənara çəkməsin ki, “biz lisenziya verməmişik”, yaxud “bağçanın fəaliyyətindən xəbərsiz idik”.

O bağçaların hər biri vergi ödəyicisi kimi qeydiyyatdan keçib, Azərbaycan dövləti də sahibkarların yanındadır. Bu hadisə əlbəttə, təəssüf doğuran məqamdır. Amma bu kimi hallarda mütləq şəkildə “qurumun fəaliyyəti dayandırılmalıdır” fikri əsas meyar olmamalıdır. Onda belə çıxır ki, hansısa bağçada bu kimi fakt olan kimi, bağçanı bağlamalıyıq?..

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 132-ci maddəsində bu kimi zorakılığa qarşı cəza tədbirləri nəzərdə tutulub. Biz isə qanunları kənara qoyub, məsələni icitmai qınağa çeviririk. Cinayət Məcəlləsinin  126-cı maddəsində ictimai ittiham əsasında şikayət nəzərdə tutulan halda, qurum fəaliyyətini dayandırmalıdır.

Onda belə çxıır ki, hər kəs 5-3 nəfəri ətrafına yığıb kimdənsə şikayət edib fəaliyyətini dayandıra bilər? Xeyr! Bu halı törədən şəxs birbaşa özü məsuliyyət daşımalıdır. Qanunvericilikdə bunun üçün cərimə cəzası, islah işləri, ən son anda onun işdən çıxarılaraq həbs edilməsi nəzərdə tutulub”.

“Bağçalar Təhsil Nazirliyinin tabeliyinə verilməlidir”

K.Əsədov dövlət və uşaq bağçalarının vahid mərkəzdən idarə olunmasını təklif edib:

“Problem bundadır ki, Azərbyacanda özəl bağçalara nəzarət sistemi yoxdur. Oradakı təhlükəsizlikdən, qidalanmadan, kadrların bu sahəyə nə qədər yaralı olub-olmamalarından xəbərsizik. Problemin kökü odur ki, özəl bağçalar nəzarətsizdir.

Hər kəs bir bina götürür, vergi qeydiyyatından keçirir və reklam vasitəsilə çox sayda insan cəlb edərək, fəaliyyət göstərir. Bu baxımdan məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin balansına verilməlidir. Ona görə verilməlidir ki, vahidlik prinsipi qorunsun. Yəni ibtidaidən aliyə qədər vahid mərkəz tərəfindən idarə olunsun. Yəni bu, o qənaəti formalaşdırmasın ki, Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində hər şey əladır, yaxud məktəblərdə vəziyyət o qədər ürəkaçandır ki, bağçaları da düzəldəcəklər. Biz Təhsil Nazirliyinin özünün tabeliyində olan təhsil müəssisələrində keyfiyyət artımını gözləyirik.

Sadəcə vahidlik prinsipi baxımından bağçaların Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasının tərəfdarıyam. 2011-ci ildən bağçalar İcra hakimiyyətlərinin balansına verildi və fəaliyyətləri tamamilə nəzarətsiz hala düşdü. Düşünürəm ki, bağçalar, digər dünya ölkələrində olduğu kimi, ayrıca bir qurumun tərkibinə verilməli, amma o qurum ümumilikdə Təhsil Nazirliyinin nəzdində olmalıdır.

Necə ki, diplomların tanınması və akreditasiyası, peşə təhsili nazirliyə tabe olan ayrıca bir qurum tərəfindən idarə olunur . Eynilə məktəbəqədər təhsil müəssiələri, uşaq bağçaları, körpələr evi, internat evləri də vahid qurum tərəfindən idarə olunmalıdır ki, oradakı şəxslərin nə qədər təhsilə yararlı olub-olmadığını müəyən edə bilək. Biz bilmirik o müəssisələrdə nə qədər qida zəhərlənmələri olur, təhlükəsizlik məsələlərinə nə qədər riayət olunur və s”.

Özəl bağçalar kimindir?..

Ekspert özəl bağçaların əksəriyyətinin məmurlara məxsusluğunu və onlara müdaxilənin mümkünsüz olduğunu diqqətə çatdırıb:

“Onu da qeyd etmək istəyirəm ki, özəl bağçalar ictimaiyyətə açıq deyil. Dövlət bağçaları açıqdır, biz vaxtaşırı bu yöndə müzakirələr aparırıq. Amma özəl bağçalar bir çox hallarda məmurlara, bu və digər vəzifəli şəxslərə, İcra Hakimiyyətlərinin şəxsi fəaliyyətlərinə bağlı olduqlarına görə onlara müdaxilə etmək olmur.

Özəl bağçalar birbaşa məmurlara tabe olduğu üçün onlara müdaxilə etmək çətindir. Bu kimi problemlərin aradan qaldırılması üçün dövlət və özəl bağçalar vahid qurum tərəfindən idarə edilməlidir. İstər rəhbər işçilərə, istərsə də digər işçilərə fəaliyyətinin yararlılığı ilə bağlı lisenziya verilməlidir. Amma bu fəaliyyət lisenzityası biznes mühitinə zərbə vurmamalıdır”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8507
 GBP :  2.1644
 TRY :  0.0526
 EUR/USD :  1.0886
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft