AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Təbrizin bələdiyyə başqanı İnstaqram səhifəsində etiraz komentlərinə qadağa qoydu  •   Hikmət Hacıyev: Yaqland daim ermənipərəstliyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib  •   Ukrayna yazıçısı Bakıdan yazdı...  •   İranda türklər futbolda ayrı-seçkiliyə etiraz edir  •   Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfərə gəlib  •   Azərbaycanla Hindistan arasında vizasız gediş-gəliş barədə saziş təsdiq edilib  •   Özəl bağçaların əksəriyyəti məmurlarındır  •   Güneydə türk fəalların şəhərlərarası səyahətinə əngəl törədilir  •   Maroş Şefçoviç: TANAP-ın açılışı göstərir ki, biz niyyətləri reallığa çeviririk  •   Azərbaycanlı fəaldan Urmu gölünün qurudulmasına etiraz – VİDEO  •   190 azərbaycanlı zəngin Türkiyənin Alanya şəhərində villa alıb  •   Con Toşak Traktorsazinin yeni baş məşqçisi oldu  •   Paytaxtın mərkəzində 2 göyrüş ağacının kəsilməsi faktı aşkarlandı  •   Şəhər Şurası: ‘Ana’ adı qanuna uyğun deyil, məkan adları farsca olmalıdır  •   Generalların vəzifədən çıxarılması kadr islahatlarının tərkib hissəsidir  •   Bu gün “Cənub Qaz Dəhlizi”nin açılışı keçirilir   •   Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq  •   Traktorsazi klubu satılıb  •   Cümhuriyyət parlamentinin sonuncu iclasından REPORTAJ: Zalda ağlayan və ürəkləri parçalanan deputatlar…  •   Şərqi Azərbaycanda ötən il 14 mindən çox azyaşlı qız rəsmi nikaha girib  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Prezident: "Azəri", "Çıraq" və "Günəşli" nəhəng neft yataqlarının işlənməsində yeni dövr başlayır
14/09/2017 Yazdır

"Azəri", "Çıraq" və "Günəşli" nəhəng neft yataqlarının işlənməsində yeni dövr başlayır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün əlamətdar və tarixi bir gündür:

"Azəri", "Çıraq", "Günəşli" nəhəng neft yataqlarının işlənməsində yeni dövr başlayır. Bu tarixi mərasimdə bizimlə bərabər iştirak etmək üçün xaricdən gələn bütün qonaqları səmimiyyətlə salamlayıram. Onların bu tədbirdə iştirakı bir daha bugünkü mərasimin önəmini əks etdirir".

İlham Əliyev bildirib ki, bu gün imzalanacaq sazişin Azərbaycan üçün çox böyük əhəmiyyəti var:

"Azəri", "Çıraq", "Günəşli" neft yataqlarının işlənməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq saziş Azərbaycan üçün daha da əlverişlidir. Baxmayaraq ki, 1994-cü ildə imzalanmış müqavilə də bizim maraqlarımızı tam təmin edirdi, bu dəfə isə daha da yaxşı şərtlərlə saziş imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm. Saziş imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. SOCAR-ın "AzACG" şirkəti podratçı kimi sazişin icrasında iştirak edəcək.

SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Əlbəttə ki, sazişin bir çox müddəaları var və bu əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı üçün, bizim maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu sazişin çox böyük əhəmiyyəti var. Eyni zamanda onu da qeyd etməliyəm ki, 23 il ərzində sazişin icrası da çox uğurlu idi və bu illər ərzində 436 milyon ton neft “Azəri”, “Çıraq”, “Günəşli”dən hasil edilib.

Yaxşı xatırlayıram ki, 1994-cü ildə saziş imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən edilmişdir. Ancaq bugünkü məlumat – əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq – onu göstərir ki, hələ də “Azəri”, “Çıraq”, “Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, sazişin icrası müddətində bu rəqəm daha da artacaq".

Azərbaycan Prezidenti xatırladıb ki, 23 il bundan əvvəl ölkəmizin tarixində çox əlamətdar hadisə baş verdi: "Bakının “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin sədrliyi ilə “Əsrin müqaviləsi”nin imzalanması mərasimi keçirilmişdir və bu, ölkəmizin uğurlu inkişafına təkan vermişdir. O günləri mən çox yaxşı xatırlayıram, o günlər mənim gözümün qabağındadır. Doğrudan da Azərbaycan öz tarixində ən önəmli addımlardan birini atdı".

Dövlət başçısı vurğulayıb ki, “Əsrin müqaviləsi”nin imzalanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.


+ Benzer Haberler
» Generalların vəzifədən çıxarılması kadr islahatlarının tərkib hissəsidir
» Manat ucuzlaşmayacaq
» Azərbaycanın xarici dövlət borcu artıb
» Azərbaycanda 2018-2019-cu illər üçün neft hasilatı ilə bağlı proqnozlar
» Ərzaq malları bir ildə 16,4 faiz bahalaşıb - RƏSMİ
» Bakı-Tbilisi-Qars dəmir yolu dünyada sabitliyin, təhlükəsizliyin təminatçısıdır
» Azərbaycan və Türkiyə arasında pul köçürmələri üzrə yeni sistem istifadəyə veriləcək
» Azərbaycan neft hasilatını 9,5% azaldıb
» Martın 10-na manatın dollara nisbətdə orta çəkili məzənnəsi
» SOCAR neft və qaz hasilatında planı yerinə yetirə bilməyib
» “İpoteka kreditinin verilməsi bərpa olunacaq”
» Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
» Xarici və yerli sahibkarlar mütləq oxusunlar - QAYDALAR
» BP: Dünya bazarında neft çatışmazlığı dörd ildən sonra yaranacaq
» Mobil telefon idxalında say məhdudiyyəti ləğv oluna bilər
» Dollar və manatın bugünkü məzənnəsi
» Bakıda evlərin qiyməti qalxmağa başladı
» Qeydiyyatdan keçməmiş dərmanları satanlar yüksək məbləğdə cərimələnəcək
» Prezident: “Yerli məhsul xarici məhsuldan əhəmiyyətli dərəcədə ucuz olmalıdır”
» Oktyabrın 11-dən “Bank Standard”ın qorunan əmanətçilərinə kompensasiyanın verilməsinə başlanacaq


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details. (10)

Məzənnələr
 USD :  1.7000
 EUR :  2.0067
 GBP :  2.2768
 TRY :  0.3642
 EUR/USD :  1.1804
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-DƏN BÖYÜK RƏQƏM VARMI?
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Elmin və Pulun Tərəzisidəki Çəkisi
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Sovyetler Sonrası Azerbaycan – Ermenistan İlişkileri Ve Rusya Faktörü
Selçuk DÜZGÜN
Türk Keneşi
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Doğu ve Batı’yı birleştirecek stratejik hat
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft