AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Prezident seçkilərinin eks-namizədləri: Kimi siyasətdən, kimi həyatdan gedib...
19/09/2014 Yazdır

Azərbaycanda növbəti prezident seçkiləri haqda danışmaq hələ çox tezdir. Bunun üçün 2018-ci ili gözləməliyik. Amma prezident seçkilərindən söz düşəndə istər-istəməz vaxtilə bu marafona quşulmuş eks-namizdələr də xatırlanır.

Müstəqil Azərbaycan Respublikası indiyə kimi 7 dəfə prezident seçkiləri görüb. Bu seçkilərdə müxtəlif siyasi qurumları təmsil etmiş xeyli namizəd iştirak edib. Bəs onlar hardadır, nə işlə məşğuldurlar, kimlər həyatdan köçüb, kimlər siyasətdən çəkilib?

Modern.az saytı Azərbaycanda keçirilmiş seçkilərin prezidentliyə eks-namizədlərini yada salır...

Müstəqil Azərbaycanda ilk prezident seçkisi 1991-ci il sentyabrın 8-də keçirilib. Həmin seçkidə yeganə namizəd o zaman Sov.İKP Mərkəzi Komitəsinin birinci katibi Ayaz Mütəllibov olub və səslərin 98,5%-nin qazanmaqla ilk prezident kimi Azərbaycan tarixinə düşüb. Doğrudur, o zaman indi politoloq kimi fəaliyyət göstərən Zərdüşt Əlizadə A.Mütəllibova alternativ olaraq namizədliyini irəli sürmüşdü. Amma o, seçkiyə az qalmış namizədliyini geri götürərək, marafonda sona kimi iştirak etmədi.

1992-ci ilin martında Xocalı soyqırımının doğurduğu kütləvi etirazların və mitinqlərin qarşısında geri çəkilən prezident Ayaz Mütəllibov istefa verdiyini bəyan etdi. Az sonra - mayın 14-də eks-prezident Mütəllibov yenidən vəzifəsinə qayıtdığını elan etsə də, növbəti kütləvi etirazlardan sonra vəzifəsini və ölkəni tərk etməyə məcbur oldu. 

Nəticədə 3 həftə sonra - 1992-ci il iyunun 7-də Azərbaycanda 2-ci dəfə prezident seçkiləri keçirildi. Bu seçkidə 5 namizəd iştirak edirdi. Azərbaycan Xalq Cəbhəsininn sədri Əbülfəz Elçibəy, Azərbaycan Demokratik Ziyalılar İttifaqının namizədi Nizami Süleymanov, müstəqil namizəd Yaqub Məmmədov, "Azərbaycanda Demokratik İslahatlar uğrunda" ictimai hərəkatın namizədi İlyas İsmayılov, Azərbaycan Xalq - Demokrat Qrupundan Rafiq Turabxanoğlu.

Bu seçkidə Əbülfəz Elçibəy 59.4% səslə Azərbaycanın ikinci prezidenti oldu. 

Həmin seçkilərin prezidentliyə eks-namizədlərindən olan texnika elmləri doktoru Nizami Süleymanov hazırda Milli Elmlər Akademiyasının müxbir üzvüdür. N.Süleymanov AMEA XKTMB -  "Kristal”ın direktoru vəzifəsini də tutur. O, bir müddət Müstəqil Azərbaycan Partiyasının sədri kimi aktiv siyasi fəaliyyət göstərməyə çalışsa da,  siyasət meydanında sözünü deyə bilmədi. Yəqin elə buna görə də siyasətdən çəkildi.

Digər eks-namizəd, tibb elmləri doktoru Yaqub Məmmədov da hazırda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Bununla yanaşı, Y.Məmmədov Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasının professorudur. Vaxtilə aktiv siyasətdə olmuş, bir müddət Ali Sovetə sədrlik etmiş eks-deputat Yaqub Məmmədov da hazırda aktiv siyasətlə məşğul deyil.

İlyas İsmayılov isə aktiv siyasətin içindədir. Hazırda Ədalət Partiyasına sədrlik edən İ.İsmayılov həm də Milli Məclisin deputatıdır. 

Rafiq Turabxanoğlu Azərbaycan Xalq Demokratik Partiyasının başqanı olsa da, onu fəal siyasətçi kimi xarakterizə edə bilmərik. Demək olar ki, ortalarda yoxdur. Özünün dediyinə görə, 2013-cü ilin yanvar ayından bir təqaüdçü olaraq Turan Mənəvi Dövlətinin yaradılmasına çalışır. Onun tez-tez Azərbaycandan Orta Asiyaya gedib-gəldiyi deyilir.



3-cü prezident seçkilərinin keçirilməsi də Azərbaycandakı siyasi gərginliyin nəticəsi kimi baş verdi. 4 iyun Gəncə qiyamından sonra prezident Əbülfəz Elçibəy Bakını tərk edərək Ordubadın Kələki kəndinə getdi, nəticədə faktiki hakimiyyətini itirdi. 

1993-cü ilin oktyabr ayına təyin olunan prezident seçkilərinə 3 namizəd qatıldı - Yeni Azərbaycan partiyasının sədri və Ali Sovetin sədri kimi prezident səlahiyyətlərini icra edən Heydər Əliyev, siyasi dairələrdə çox az tanınan Karrar Əbilov və biznesmen Zakir Tağıyev. 1993-cü il, oktyabrın 3-də keçirilən seçki Heydər Əliyevin tam üstünlüyü ilə başa çatdı. O, seçicilərin 98,8%-nin səsini qazanaraq 3-cü prezident kimi tarixə düşdü.

Seçkinin eks-namizədi, sonralar Vahid Azərbaycan Partiyasına sədrlik etmiş Karrar Əbilov bir neçə il öncə dünyasını dəyişib. 

Zakir Tağıyev 90-cı illərin əvvələrində Azərbaycan-Ukrayna cəmiyyətinin sədri, “Təranə” Holdinqin prezidenti olaraq iş adamı kimi tanınmışdı. “Milyoner Zakir” ləqəbi qazanmış Tağıyev siyasətə atılsa da, bu sahədə möhkəmələ bilməyərək çəkilib getdi.  Hazırda biznes sahəsində çalışır.

1998-ci ildə Azərbaycanda sayca 4-cü prezident seçkiləri keçirildi. Həmin il oktyabrın 11-də keçirilən seçkilərdə 6 namizəd mübarizə aparırdı. YAP sədri Heydər Əliyev, Milli İstiqlal partiyasının sədri Etibar Məmmədov, Müstəqil Azərbaycan Partiyasının sədri, akademik Nizami Süleymanov, Azərbaycan Kommunist Partiyasının sədri Firudin Həsənov, Qeyrət Partiyasının sədri Əşrəf Mehdiyev və Sosial Rifah Partiyasının sədriXanhüseyn Kazımlı. Bu seçkidə Heydər Əliyevin 2-ci müddətə prezident seçildi.

11,84% səslə ikinci yeri tutan AMİP sədri Etibar Məmmədov bu gün artıq bir zamanların aktiv siyasətçisi kimi xatırlanır. AMİP lideri kimi təqdim olunan Etibar Məmmədov siyasətdən getdiyini bəyan edib.

Nizami Süleymanovun hazırda harada olduğunu yuxarıda qeyd etmişik.

Firudin Həsənov siyasətdən tamamilə çəkilən eks-namizədlərdəndir. Kommunist Partiyasının keçmiş sədri hazırda pedaqoji fəaliyyətlə məşğuldur. Modern.az saytına məlum olub ki, o, hazırda “Odlar Yurdu” Universitetində dərs deyir.

Hamının mübariz insan kimi xatırladığı Əşrəf Mehdiyev bu gün həyatda yoxdur. O, bir neçə il öncə vəfat edib. Qeyrət Partiyasının isə səsi-sorağı yoxdur.

Bu seçkinin eks-namizədlərindən yalnız Xanhüseyn Kazımlı siyasətdə - ortalıqdadır. Doğrudur, Sosial Rifah Partiyasının sədrini aktiv siyasətçi kimi xarakterizə etmək olmaz. Amma Milli Məclisin deputatı olan X.Kazımlı ara-sıra bəzi açıqlamalarıyla mediada görünür. 



Azərbaycanda 5-ci prezident seçkiləri 2003-cü il oktyabrın 15-də keçirildi. Bu, əvvəlki seçkilərdən xüsusi gərginliyilə yadda qalan hadisə oldu. Seçkidə 8 namizəd iştirak edirdi: YAP-ın namizədi İlham Əliyev, Bizim Azərbaycan Blokunun namizədi, Müsavat başqanı İsa Qəmbər, Vahid Azərbaycan Milli Birlik Blokunun namizədi, Liberal Partiyanın sədri Lalə-Şövkət Hacıyeva, AMİP sədri Etibar Məmmədov, Ədalət Partiyasının sədri  İlyas İsmayılov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev

 Seçkilərin nəticələrinə görə, İlham Əliyev 76,84% səslə qalib gələrək Azərbaycanın növbəti prezidenti oldu.

İkinci yeri tutmuş İsa Qəmbər bu gün də aktiv siyasi fəaliyyətlə məşğuldur. İsa Qəmbər Müsavat başqanlığından getməyə hazırlaşsa da, partiyası növbəti prezident seçkilərində məhz onu özünün namizədi kimi görür.

Etibar Məmmədov qeyd etdiyimiz kimi aktiv siyasi preseslərdən geri çəkilib.

Liberal Partiyanın sədri postundan çoxdan istefa vermiş Lalə-Şövkət Hacıyeva da demək olar ki fəal siyasətçi deyil, ortalıqda görünməyən Lalə xanım mətbuatla da təmasları kəsib.

İlyas İsmayılov Milli Məclisin deputatı olaraq siyasətin içində qalır.

Eks-namizəd Sabir Rüstəmxanlı da parlament üzvüdür. Amma o, gələn il siyasətdən gedəcəyini, deputatlığa namizədliyini verməyəcəyini bəyan deib. Deməli həm də bundan sonrakı prezident seçkilərinə də qatılmayacaq.

BAXCP sədri Qüdrət Həsənquliyev Milli Məclisin fəal deputatlarından biri olaraq tanınır.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə tez-tez müxalif düşərgənin liderləri haqqında “səs-küylü” bəyanatları və bəzən də qeyri-ciddi açıqlamaları ilə siyasi gündəmdə qalmağa çalışır.

Azərbaycanda sayca 6-cı prezident seçkirləri 2008-ci il oktyabrln 15-də keçirildi. Aparıcı müxalifət qüvvələri seçkini boykot etdi. Bu dəfə İlham Əlivevin rəqiblərinin sayı 6 nəfər idi.

Bunlar Ümid Partiyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev,Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Liberal-Demokrat Partiyasının sədriFuad Əliyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev.  

Eks-namizədlər Qüdrət Həsənquliyev, Fazil Mustafa, İqbal Ağazadə hazırda Milli Məclisin deputatları olaraq fəali siyasətlə məşğuldurlar.

Hafiz Hacıyevdən yuxarıda bəhs etmişik.

Qulamhüseyn Əlibəyli və Fuad Əliyev isəbu gün zəif partiyaların sədrləri olaraq siyasət meydanında zəif siyasətçilər hesab olunurlar.

Nəhayət 7-ci prezident seçkiləri ötən ilin oktyabrında keçirildi. YAP-ın namizədi 3-cü dəfə ölkə prezidenti seçildi. Onun əsas rəqibi, eks-namizəd Cəmil Həsənli bu gün bəzi siyasi qüvvələrin birləşdiyi Milli Şuranın sədridir.

Digər eks-namizədlər Qüdrət Həsənquliyev, İqbal Ağazadə, İlyas İsmayılov, Hafiz Hacıyevin əlavə təqdimata ehtiyacı yoxdur.

O ki qaldı deputat Zahid Oruc, ADP sədri Sərdar Cəlaloğlu, ASDP sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevə, onların hamısı hazırda siyasətlə məşğuldurlar.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft