AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “Qonşu Fatma xalanın fikrini daha çox önəmsəyirlər, nəinki həkimin”
11/02/2016 Yazdır

Aile.lent.az-ın suallarını Mərkəzi Gömrük Hospitalının həkim-mütəxəssisi, ümumi cərrah Elmir Əsgərov cavablandırıb.

E. Əsgərov Azərbaycan Tibb Universitetində təhsil alıb. Təhsilini İzmirin Ege Universitetində davam etdirib. Ümumi cərrah və orqan transplantasiyası sahəsində uzmandır. Bir müddət İzmirdə xəstəxanaların birində çalışıb.

- Azərbaycanda tibb təhsilini xaricdə alan və ya xarici ölkələrdən birində işləyən həkimlərə güvən daha çoxdur nədənsə.

- Tibb bütün dünyada ən sürətlə inkişaf edən sahələrdən biridir. İnkişafla bərabər peşəkar həkim olmaq istəyən gənclər daha çox bilik əldə etməyə meyllidirlər. Buna görə də xaricə üz tuturlar.

Lakin Sovet dövründə bütün dünyada məşhur olan Topçubaşov kimi həkimlərimiz də olub. İndi də Azərbaycanın bütün dünyada məşhur həkimləri var. Bugünkü tibbin inkişafında onların rolu əvəzedilməzdir.

Sovet təhsil sistemində uzmanlıq, yəni mütəxəssis kimi təhsil və təcrübə kifayət qədər verilmirdi. 6 il oxuduqdan sonra bir il internatura keçirdin. Bir il, məsələn, ümumi cərrahiyyə üçün nə qədər kifayət edə bilər ki?! Heç ümumi cərrahiyyənin baza təməlinə çatmırsan.

Amma xarici təhsil sistemində uzmanlıq yüksək səviyyədədir. Ən azı beş il uzman olursan. Bu da xaricdə təhsil alanları bir addım önə çıxarır. Bu o demək deyil ki, Azərbaycanda olan cərrahlar pisdir. Xeyr. Sadəcə Azərbaycanda yeni dünya tibbini tətbiq etmək lazımdır. Təəssüf ki, bizdə hələ də köhnə, sovet sisteminin tibbi tətbiq edilir.

İnsanlar xaricə çox gedib gəlir, hamı dünya ilə maraqlanır, internet sistemi ilə hər şeyi öyrənmək mümkün olub. Biz həkimlər də bunlarla ayaqlaşmalıyıq ki, insanlar bizə güvənsin. Vacib olan müasir dövrün tələblərinə cavab verən modern bir həkim olmaqdır.

- Məhz bu güvən məsələsinə görə də imkanı olan azərbaycanlılar hətta səhhətində yaranan kiçik bir problemə görə xaricə üz tutur. 

- Azərbaycanın tibb sistemində bir axsaqlıq, sistemin gətirdiyi problemlər var. Bu problemlərdən birincisi tibbi sığorta sisteminin olmamasıdır. İkincisi, doğru həkimə rast gəlməyən insanlar qaçır. Azərbaycan həkimlərinə qarşı insanlarda böyük bir aqressiya var. Yaxın gələcəkdə bu aqressiya olmayacaq.

Çünki artıq Azərbaycana çox güclü həkimlər gəlir. Amma heyf ki, özünü inkişaf etdirməyən, müasir dövrün tibbi ilə ayaqlaşmayan həkimlərin sayı daha çoxdur. Bu cür həkimlər olduqca insanların xaricə getmə ehtimalı daha da çoxalır. İnsanlar fayda görmədikləri üçün xaricə üz tutmağa məcburdurlar.

Digər səbəb isə işin ticari tərəfidir. Türkiyə və İranın səhiyyə nümayəndələri burada səhiyyə biznesi, səhiyyə turizmi deyilən yollarla xəstələrin oraya getməsini təmin etmək üçün ciddi çalışırlar, marketinq işləri qururlar. Bunu da əngəlləmək lazımdır. Azərbaycanda səhiyyə sistemi düzələrsə, bu işlər də yoluna düşər.  

Xaricdəki əməliyyatlara, xaricdən gəlib burada əməliyyat edən həkimlərə çox bel bağlamaq olmaz. Biz xaricdə edilən və sonradan fəsadları, problemləri yaranan bir çox təkrar əməliyyatlar edirik. Əməliyyatdan sonra xəstə uzun müddət izlənməlidir, müşahidə altında saxlanmalıdır. Bir çox insanlar var ki, xaricdə əməliyyat olub, indi gedə bilmir.

Xüsusən də xərçəng xəstəlikləri. Axı bu, ömür boyu izlənməlidir. Ya da bir dəfə əməliyyat olub, sonra həkimini tapa bilmir və ya xaricdən həkimlər gəlir burada əməliyyat edib gedirlər, onu tapa bilmirlər. İrandan çox zaman xəstələr sənədlərini belə gətirə bilmirlər, biz bilmirik orada nələr olub, əməliyyatı hansı mərhələdə ediblər, necə ediblər. Bu cür durumlarda biz də çətinlik çəkirik, xəstələr də.

- İnsanların həkimlərə olan aqressiyası apardıqları yanlış müalicələrə görə yaranır.

- Azərbaycanda tibb sahəsində qarşılaşdığımız çətinliklər məlumatsızlıq, səhv bilgi və  insanların həkimlərə güvəninin olmamasıdır. İnsanlar həkimə gəldiyi zaman qonşudakı Fatma xalanın fikrini daha çox önəmsəyir, nəinki bir həkimin. İnsanlar heç olmasa ən çox yayılan xəstəliklər barədə məlumatlı olmalıdırlar, qulaqdan doldurma bilgilərə yox.  

Misal üçün, xərçəng xəstəliyi haqda çoxlarının yanlış bilgiləri var, deyirlər ki, “bıçaq dəysə öləcək”. Hansı ki, həmin xərçəng olan insanı əməliyyat etsən, 20-30 il yaşamaq şansı var. Düzdür, insanların yanlış müalicə alma ehtimalı da çoxdur. Çünki yenə də sovet sistemini tətbiq edən həkimlər yanlış müalicə edirlər və bu da insanların güvənsizliyinə gətirib çıxarır.

- Azərbaycanda tibbin ən zəif və az inkişaf etmiş sahəsi hansıdır?

- Bir çox sahələr zəifdir. Amma orqan köçürülməsi bilikləri çox aşağı səviyyədədir.  Düzdür, Neftçilər xəstəxanasının həkimi Mir Cəlal Kazımi bu sahədə peşəkardır. Qaraciyər-böyrək köçürülməsi əməliyyatını onun heyəti uğurla həyata keçirir. Amma təbii ki, onların da çox çətinlikləri var.

Çətinliklər ondan ibarətdir ki, insanlar bu mövzuda biliksizdirlər, dövlət proqramları çox zəifdir. Canlı və ya kadavradan, yəni beyin ölümü olan insanlardan orqan köçürülmələri, orqanların alınması və s. dövlət səviyyəsində tənzimlənən məsələlərdir. Bunlar yeni başlayan proseslərdir.

Qarşıdakı illərdə bu mövzularda insanlar da məlumatlı olacaqlar. İnsanlar “orqanlar can bağışlayır” fikrinə sahib olmalıdırlar. Öldüyü zaman orqanlar insanla gedir, halbuki bir insan öldüyü zaman hər hansı orqanı başqasına həyat verə bilər. Bu cür məsələlərin dövlət tərəfindən təməli hazırlanmalıdır. Kadavra proqramlar olmalıdır ki, orqan gözləyən xəstələrimiz daha çox əziyyət çəkməsinlər.

Bundan başqa onkologiyanın bir çox növləri və xüsusən də uşaq onkologiyası, uşaq xəstəlikləri kimi bir çox sahələrin inkişafını gözləyirik. Dediyim ixtisaslarda ayrı-ayrılıqda yaxşı həkimlər var, amma sistematik, ümumi olaraq istədiyimiz səviyyədə deyil. Ən azı Türkiyədəki kimi deyil.

- Azərbaycanda daha çox hansı orqanların köçürülməsi həyata keçirilir?

- Ən çox ehtiyac olan orqanlardan biri böyrəkdir. Böyrək çatışmazlığı Azərbaycan üçün də çox ciddi problemlərdəndir. Bu xəstəlikdən əziyyət çəkən, orqan nəqlinə ehtiyacı olan  çox sayda xəstələr var. Bundan başqa Azərbaycanda hepatit xəstəliklərinə həddən artıq çox rast gəlinir. Bu xəstəliklər də qaraciyər çatışmazlığına səbəb olur. Hepatit Azərbaycanda çox olduğu üçün qaraciyər çatışmazlığı da Azərbaycanda getdikcə artır. Dolayısı ilə orqan nəqlinə də ehtiyac artır.

Bundan başqa, xüsusən də uşaq vaxtlarında yaranan bir çox qan xəstəlikləri, xərçəng növlərində sümük iliyi nəqlləri çox önəmli bir sahədir. Azərbaycanda sümük iliyinə ehtiyacı olan çox sayda uşaq xəstələri var. Onkoloji xəstəliklər dünyada ağır xəstəliklərdəndir. Müalicə prinsipi də çox çətindir, həmçinin ciddi maliyyə tələb edən işdir, dərmanlar rahatlıqla tapılmır və digər bu kimi bir çox sosial faktorlar var.

Başqa bir məsələ isə bu xəstəliyin tibbi tərəfidir, xəstəlik bütün verilən dərmanlara rəğmən dirənçlidir, müalicəyə reaksiya verməyən bir çox durumlara rast gəlinir. O zaman biz həkimlər də çarəsiz qalırıq. Xəstəlik qarşısında çarəsiz olmaq həkimləri incidən ən böyük səbəbdir.

- Niyə son dövrlər uşaqlar arasında onkoloji xəstəliklər artıb?

- Ən böyük səbəb radiasiyaya məruz qalmağımızdır. Son 100 ildə atom bombaları, nüvə proqramları ortaya çıxması və inkişafı ilə bərabər insanlar arasında mutasiya dəyişikliyinə uğramaq, mutasiyaların əmələ gəlməsi və xərçəng xəstəliklərinin yaranmasına səbəb olub. Atom, nüvənin ortaya çıxması ilə bərabər insanlıq bir dram yaşadı. Onların texnologiyada istifadəsi insanlar arasında böyük xəstəliklərə səbəb oldu. Radiasiya ciddi xərçəng xəstəliklərinin əmələ gəlməsinə təməl hazırladı.

Son dövrlər uşaqlar arasında bu cür xəstəliklərin çoxalması, qalxanabənzər vəz xərçənginin yayılması radiasiyaya bağlıdır. 30 il bundan əvvəl baş verən Çernobl hadisəsi, Yaponiyadakı partlayışlar və bilmədiyimiz minlərlə məsələlər insanlar üzərində təsirini müxtəlif şəkillərdə göstərir.

Onkoloji xəstəliklərin də ən böyük problemləri genlərin mutasiyaya, dəyişikliyə uğramasıdır. Bu isə xəstəliklərin ortaya çıxmasına səbəb olur. Bununla yanaşı, insanların yaşayış tərzi də dəyişib, ekologiya çox ciddi pozulub, yediyimiz qidalarda konserogen maddələr çoxalıb. Bunların hamısı kompleks formada insanlarda xərçəng xəstəliyinin ciddi hala gəlməsinə səbəb olur.

- İnsanda qorxudan xərçəng yarana bilər?

- Qorxu ciddi sinirsel stress faktorudur. Bədənin immun sistemini həddən artıq aşağı salır. Bədənimizdə hər gün 100 minlərlə xərçəng hüceyrəsi əmələ gəlir. Bu ciddi qorxu immun sistemini o dərəcə aşağı salmalıdır ki, xərçəng hüceyrələri bədənimiz tərəfindən dağıdıla bilməsin və xərçəngin inkişafına səbəb olsun. Əslində sualın məntiqi açıqlaması budur. Amma qorxunun xərçənglə birbaşa əlaqəsi yoxdur.

- Xərçəngdən qorunmanın konkret bir yolu varmı?

- “Bunu yeyək, bunu içək, bunu geyinək ki, xərçəng olmayaq” – bu, bir qorunma vasitəsidir. Amma xərçəngdən qorunmanın ən gözəl yolu xərçəngin profilaktikasıdır, yəni vaxtında aşkarlanmasıdır. Vaxtında aşkarlanan hər hansı bir bölgənin, sistemin xərçəngi müalicəyə tabe ola bilir və yaşamaq müddəti çox daha uzun olur.

Biz xərçəng olub-olmayacağımızı bilmək iqtidarında deyilik. Düzdür, yaponlar həmin mərhələyə gəlirlər. Çox keçməz ki, yaponlar genetikada DNT-yə əsasən bir insanın nə vaxt xərçəng olub-olmayacağını deyə biləcəklər. Amma hələ tibb bir insanın xərçəng olub-olmayacağını bilmək iqtidarında deyil.

Lakin bəzi genetik faktorlar var ki, o faktorları öyrənərək bu insanda xərçəng olub-olmamasını təxmin etmək olar. Məsələn, qadınlarda süd vəzi xərçənginin, kişilərdə prostat vəzi xərçənginin əlamətləri var. Ona görə də 40 yaşından sonra bütün qadınlara homoqrafiya, kolonoskopiya, kişilərə prostat vəzi xərçəngi üçün müəyyən testlər etdirməyi məsləhət görürük. Bunlar xəstəliyin erkən mərhələdə aşkarlanmasına səbəb olacaq.

- Ola bilərmi ki, dediyiniz xərçəng növləri gizli inkişaf etsin?

- Bir qadının süd vəzində bir düyünün əmələ gəlib əllə hiss edilməsi təxminən 2 ildən çox vaxt aparır. Ona görə də biz qadınlara hər il mamoqrafiya etdirməyi məsləhət görürük. Yəni xərçəng başlanğıc mərhələdə olduğu zaman, hələ əlimizlə hiss edilmə dərəcəsinə gəlmədikdə mamoqrafiya ilə onu təsbit edə bilərik. Gizli inkişaf dediyiniz budur.

Eyni zamanda kişilərdə prostat vəzi testlərini etdirməklə prostat xərçəngini vaxtında aşkarlaya bilərik. Qadınlarda uşaqlıq yolu xərçəngini tapmaq üçün ona uyğun test etməklə xərçəngi aşkarlamaq mümkündür. Profilaktik tibb dediyimiz budur. Yəni onları şikayət olmadan belə yoxlamaq lazımdır. Lakin bir daha qeyd edim ki, müalicəyə dirəncli xərçənglər də var. Hər xərçəng müalicəyə reaksiya verməyə bilər.

- Böyrək çatışmazlığı qəfil yaranan xəstəlikdir?

- Bəzən xüsusi zəhərlənmələr və ya bir çox səbəblərdən qəfildən böyrək çatışmazlığı yarana bilər. Kəskin böyrək çatışmazlığı bir çox xəstəliklərə bağlıdır.

Məsələn, infeksiya, zəhərlənmə və s. Amma əsasən xroniki böyrək çatışmazlığı anadangəlmə bir çox xəstəliklərə, bədəndə bir çox xəstəliklərə, qəbul etdiyimiz uzunmüddətli dərmanlara bağlı olur. Bunlar zaman içərisində tədricən böyrək sistemində problemlər yaradır və böyrək çatışmazlığını gətirib çıxarır.

- İnsanlara nə məsləhət görürsünuz?

- Azərbaycanda ilk növbədə bir əsas problem var - çox gec mərhələdə xəstəliyin üstünə düşürlər. İkincisi isə, insanlar cərrahları gördüyü zaman sadəcə əməliyyat düşünürlər. Elə bilirlər ki, hər bir halda cərrah əməliyyatı məsləhət görəcək. Amma belə bir misal var: pis cərrah hər şeyi əməliyyat edir, yaxşı cərrah nəyi əməliyyat edəcəyini bilir, mükəmməl cərrah nəyi əməliyyat etməyəcəyini bilir.

Xəstəyə vicdanla yanaşan həkim ilk növbədə onu əməliyyatsız necə qurtara biləcəyini düşünür. Əgər hər hansı xəstəliyin əməliyyatsız çarəsi varsa, vicdanlı cərrah mütləq o yolu seçir. Ancaq sadəcə vicdan yetmir, müasir olmaq, müasir dünya tibbini izləmək də lazımdır. Əvvəllər bütün xəstəliklər əməliyyat olunurdusa, bu gün bir çox xəstəliklər əməliyyatsız ötüşür.

Sadəcə maddiyyat üçün və ya nəyinsə bahasına bir insanın orqanını almaq ən böyük təhlükə və faciədir. İnsanlar da həyatlarını güvənə biləcəkləri həkimə etibar etməlidirlər. Bəzən insanlar reklam xatirinə bir həkimin yanına gedir, nədir ki, həmin həkim məşhurdur, qapısında çox xəstə var. Bunlar məntiqli deyil. Xəstə həkimdən enerji almalı, güvənməlidir.

- Qış mövsümüdür, lakin hava tez-tez dəyişir. Bu durumda insanlara xəstəliklərdən qorunmaq üçün nə məsləhət görürsünüz?

- İnsanların çoxu səhhətində yaranan bütün problemləri soyuqla və soyuqdəymə ilə əlaqələndirir. Soyuqlama bədənimizdəki immun sisteminin bir az düşməsidir ki, halsızlıq, sətəlcəm, soyuqdəymə şəklində özünü göstərir. İsti və soyuqda insanlar öz bədən temperaturlarına uyğun tənzimləməlidirlər.

Meyvə-tərəvəzi əskik etməmək, düzgün qidalanmaq lazımdır. Yarımfabrikatlardan uzaq durmaq, tanımaz-bilinməz yerlərdə yemək yeməmək lazımdır.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8055
 GBP :  2.1122
 TRY :  0.0522
 EUR/USD :  1.0621
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft