AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Qorbaçovu ayağa qalxmağa məcbur etmiş məşhur azərbaycanlı alim...
20/11/2014 Yazdır

Qarakənd faciəsinin 23-cü ildönümüdür. Vertolyotun partladılması nəticəsində dünyasını dəyişənlərdən biri də o zaman Azərbaycan Respublikasının dövlət katibi vəzifəsində çalışan Tofiq İsmayılov idi. İctimai-siyasi arenada öz qətiyyəti ilə seçilən alim həm də elm sahəsinə böyük işlər görüb.

 O, 1985-ci ildə Kosmik Tədqiqatları Elm İstehsalat Birliyini təsis edib və baş direktoru olub. Lakin T.İsmayılov SSRİ məkanında daha çox bir epizoda görə tanınıb.

Belə ki, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra SSRİ Xalq Deputatlarının qurultayında T.İsmayılov tribunaya qalxaraq 20 yanvarda Bakıda törədilmiş qanlı cinayətin baiskarlarını lənətləyob və hamıya bu qırğında həlak olmuş günahsız insanların xatirəsini yad etmək üçün ayağa qalxmağı təklif edib. Bütün deputatların, qurultayın Rəyasət Heyətinin ayağa qalxdığını görən SSRİ prezidenti Qorbaçov da ayağa qalxmağa, günahsız şəhidlərin ruhunu yad etməyə məcbur olub. 

Modern.az alimin yaxın dostu olmuş professor Rafiq Əliyevin xatirələrini oxuculara çatdırır:

“Mən onu unikal bir insan kimi xarakterizə edərdim. Elm, insanlıq şəxsiyyət baxımından çox unikal  bir insan idi. Bunların hamısı onda vəhdət təşkil etmişdi. Onun həm elmi yaradıcılığı güclü idi, həm də çox yaxşı təşkilatçılığı var idi. Alimlər adətən iki cür olur:  onlarda ya elmi güc çox olur,  ya da elmi güc zəif,  amma təşkilatçılığı yüksək olur. Tofiq İsmayılovda isə bunların hər ikisi vəhdətdə idi.

Buna görə də tək Azərbaycanda deyil, bütünlükdə SSRİ-də yaradılan bir-iki kosmik tədqiqat institutunun  yaradıcılarından biri və ilk direktoru Tofiq İsmayılov oldu. Onun ağlına, yaradıcılıq və elmi potensialına görə çevrəsi  tez bir zamanda böyüdü.  Yaratdığı məhsullar kosmik obyektlərdə tədqiq olunurdu.

İkinci məqam isə çox böyük təşkilatçılığı ilə bağlıdır. Onun başçılığı ilə çox geniş bir kosmik tədqiqatlar birliyi yarandı. Onu da deyim ki, Tofiq İsmayılovun əsas bacarıqlarından biri də elmi təhsillə eyni zamanda  birləşdirmək idi. Neft Akademiyasının rektoru Tofiq Əliyev, o və mənim çox böyük dostluğumuz var idi. Həm insani,  həm də peşə dostluğumuz çox möhkəm idi. 

1989-cu ildə mən indi kənarlaşdırıldığım kafedranı  yaradanda Tofiq İsmayılov öz köməyini təklif etdi. Dedim ki, təşəkkür edirəm. İki otaq bizə hədiyyə etdi. Biri mənim ofis otağım,  o  biri də dərs keçmək üçün böyük bir auditoriya idi. Sözümü onun insaniliyinə gətirirəm. Burda təkcə dostluq məsələsi deyildi. Həm də o  bu yolla elmlə təhsilin vəhdətini yaratmaq istəyirdi. Hərdən də ya onun özü,  ya da işçiləri gəlib bizim kafedrada görüşlər keçirərdilər.  

Amma böyük əfsuslarla qeyd edirəm ki, bineyi-qədimdə həmişə dəyərləri vurmaq istəyiblər. Peyğəmbərə daş atan insan  harda işıq görürsə onu qapatmağa çalışır. Tofiq İsmayılova elmi tədqiqat üçün akademiyada yer verdilər. Amma sonra onun adının üstünə daş itələdilər və onu akademiyaya qoymadılar.  

Daş itələyənlərdən biri  bunu müəyyən vaxtdan sonra özü mənə etiraf elədi. Görünür vicdanı oyanmışdı. İndi görəsən, sizin bu yazını oxuyanda o dünyasını düşünəcək ya yox? Öz ixtisası üzrə o yazığı akademiyaya qoymadılar. Tofiq həm də o biri  tərəfdən çox cəsarətli ictimai-siyasi xadim idi. Həmişə nəbzi el-oba, millət ilə döyünən bir şəxsiyyət idi.

Ayrı şeyləri demirəm, onun Qorbaçovla olan mükaliməsini xatırlasaq bəsdir. O həmişə öz eli-obası üçün canını qurban verməyə hazır olan insan idi. Necə ki,  bunu da etdi. İnsan gərək özü üçün yaşamasın tarix üçün yaşasın... Tofiq müəllim də tarix  üçün yaşayan insanlardandı.

Baş  katib seçiləndə ona  zəng vurub təbrik elədim. Çox təkid elədi ki, zəngləşək görüşək. Amma... çox təəssüflər olsun ki, görüşmək qismət olmadı. Tofiq İsmayılov gözləmədiyimiz bir vaxtda məlum hadisədə dünyasını dəyişdi”.

Bir şəklin tarixçəsi....

“Bu şəkil 1979-cu ilin konfransında çəkilib. Onunla 1979-cu ildə SSRİ miqyasında bir konfrans  keçirdik. Beynəlxalq konfransa dünyanın bir çox  bölgəsindən gəlmişdilər. Adı “İnvariantlılıq və həssaslıq nəzəriyyəsi” idi. Təşkil edən biz idik,  əsas aparıcısı isə SSRİ Elmlər Akademiyasının vitse-prezidenti akademik Petrov idi. O mənim elmi rəhbərim olub. Həm də İnterkosmosun sədri idi. O konfransı demək olar ki, bütün ağırlığı əvvəldən axıra Tofiqlə mənim üzərimdə idi...“.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8109
 GBP :  2.0991
 TRY :  0.0521
 EUR/USD :  1.0652
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft