AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» "Ermənistan beynəlxalq müşahidəçilərə psixoloji təzyiq və təsir etmək istəyir"
16/10/2014 Yazdır

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinə az qalmış Ermənistan Azərbaycanı cəbhə xəttində vəziyyəti gərginləşdirməkdə ittiham etməklə beynəlxalq müşahidəçilərə psixoloji təzyiq və təsir etmək, həmçinin cəbhəboyu zonada mövcud vəziyyətə təsir etmək istəyir.

Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Azərbaycanı son günlər cəbhə xəttində vəziyyəti gərginləşdirməkdə ittiham etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

V.Dərgahlı qeyd edib ki, Ermənistanın kütləvi informasiya vasitələri bu ölkənin müdafiə naziri S.Ohanyana istinadən guya cəbhədə gərginliyin artırılmasında Azərbaycan tərəfinin maraqlı olması barədə məlumat yayıblar.

Müdafiə Nazirliyinin sözçüsünün fikrincə, bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri ərəfəsində beynəlxalq müşahidəçilərə psixoloji təzyiq və təsir məqsədi daşıyır: “Rəsmi olaraq bildiririk ki, regiona sülh missiyası həyata keçirən beynəlxalq qurumların nümayəndələrinin səfərləri ərəfəsində bu və ya buna bənzər yalan və uydurma məlumatlar qonşu dövlətin rəhbərliyində təmsil olunan şəxslər tərəfindən daim səsləndirilir və artıq sistemli xarakter alıb.

İndi də bu xəbərlərin ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinə qısa bir müddət qalmış səsləndirilməsi heç şübhəsiz, Ermənistan tərəfindən təxribat xarakteri daşıyır, beynəlxalq müşahidəçilərə psixoloji təzyiq və təsir məqsədi, cəbhəboyu zonada isə mövcud vəziyyətə təsir etmək niyyəti güdür".

Onun sözlərinə görə, Ermənistan tərəfi anlamalıdır ki, münaqişənin həlli yolu beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, işğalçıların Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsidir və bu proses nə qədər tez baş tutarsa, bir o qədər də tez regionda sabitlik bərqərar olar.

Polkovnik V.Dərgahlı bildirib ki, məhz S.Ohanyan və Ermənistanın hərbi-siyasi rejimi bu münaqişənin yaranmasında, Azərbaycan ərazilərinin işğal edilməsində, Xocalı faciəsinin törədilməsində və digər hərbi cinayətlərdə günahkardırlar: “Ermənistan bu məsələdə özünü ayırmasın. Bu məsələdə günahkar məhz Ermənistanın hərbi-siyasi rejimidir.

Məhz Seyran Ohanyan, ümumilikdə isə Ermənistan rəhbərliyinin özü Azərbaycana qarşı işğalçılıq siyasətinin aparılmasında günahkardır. Məhz onlar Azərbaycan torpaqlarının 20 faizini - Dağlıq Qarabağı və ətraf rayonları işğal edib, azərbaycanlılara qarşı Xocalı soyqırımını və digər vəhşilikləri törədiblər. Ermənistan bu gün də Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir və işğal olunmuş ərazilərdə Ermənistana məxsus xeyli miqdarda ordu birləşmələri və hərbi texnika yerləşir”.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri S.Ohanyan oktyabrın 14-də bildirib ki, Azərbaycan-Ermənistan sərhədində gərginlik danışıqlar prosesi ilə bağlı müxtəlif səviyyəli görüşlər qabağı artır. Onun fikrincə, son günlər Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması da ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri, eləcə də Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrın sonunda Parisdə gözlənilən görüşü ilə əlaqədardır.

Azərbaycan snayperlərinin ön xətdə atəşkəs rejimini pozduğunu deyən S.Ohanyan Azərbaycanı dialoq və inam mühiti yaratmaq əvəzinə vəziyyəti daha da gərginləşdirməkdə ittiham edib.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8109
 GBP :  2.0991
 TRY :  0.0521
 EUR/USD :  1.0652
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft