AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» "Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi çox vacibdir"
07/12/2016 Yazdır
Millət vəkili Q.Paşayeva  MM-də müəllimlərin problemlərindən danışıb və onların güzəştli ipoteka kreditləşməsindən yararlana bilməsi üçün çağırış edib.
 
Milli Məclisdə "Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı çıxış edən millət vəkili Q.Paşayeva bildirib ki, bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir və bu məsələnin həlli istiqamətində işlər sürətlənməlidir: 
 
”İpoteka kreditləri ilə bağlı 2017-ci ildə büdcədə vəsaitin nəzərdə tutulması çox vacib məsələdir. İnanırıq ki, gəlirlər artdıqca, bu vəsaitin həcmi də artacaq, çünki buna çox böyük ehtiyac var. O cümlədən cənab Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələ idi və inanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var. 
 
Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün müəllimlər ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər.
 
Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər.
 
Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. 
 
Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi çox vacibdir. Mən keçən il büdcə müzakirələri zamanı da bunu qaldırmışdım və maliyyə naziri Samir Şərifov buna baxıla biləcəyini söyləmişdi. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və müəllimlər də güzəştli kateqoriyaya daxil edilsin.
 
Müəllimlərin maaşı azdır və devalvasiya, elektrik, qazın qiymətlərinin artması fonunda onlara daha çox dəstək lazımdır. Maaşların artması ilə bərabər onların bu cür güzəştlərdən yararlanmasına böyük ehtiyac var. Gələcəyimiz olan gəncləri müəllimlər yetişdirir və biz hamımız istəyirik ki, savadlı gənclərimiz müəllimlik peşəsi arxasınca getsin.
 
Hesab edirəm ki, müəllimlərin də mənzil problemlərini həll edə bilmələri üçün ipotekadan yararlanan güzəştli qrupa daxil edilməsi savadlı gənclər arasında bu peşəni seçən insanların sayının artmasına özünün müsbət təsirini göstərəcək amillərdən biri ola bilər. 
 
Ona görə də hökimətimizdən qısa zamanda bu məsələyə baxmasını və müsbət həll olunmasını xahiş edir və buna çağırırıq”.  
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft